Azərbaycan diplomatları Qarabağ Universitetində xüsusi sessiya keçirib

Diplomatik xidmət orqanları rəhbərlərinin IX Müşavirəsi çərçivəsində Qarabağ Universitetində “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər, imkanlar və çağırışlar” mövzusunda Xankəndi xüsusi sessiyası keçirilib. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müşavirə iştirakçıları Xankəndi şəhərində həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən Qarabağ Universitetində yaradılmış şəraitlə tanış olublar. Daha sonra keçirilən Xankəndi xüsusi sessiyasının açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış…

Daha çox

Korrupsiyaya qarşı mübarizə tədbirləri xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Fransa Respublikasının Paris şəhərindəki qərargahında Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin (ACN) 24-cü Plenar iclası və Şəbəkənin İdarə Heyətinin 30-cu görüşü keçirilib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd edilən tədbirlərdə Azərbaycanı Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi, Ali Məhkəmənin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Alıyev, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın katibi Təbriz Musayev və digər…

Daha çox

Azərbaycanda bu ilin 6 ayı ərzində 17049 cinayət qeydə alınıb

Azərbaycanda bu ilin 6 ayı ərzində 17049 cinayət qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən 6 ayın yekunları ilə bağlı kollegiya iclasında bildirilib. Deyilib ki, onların 94,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub. 2024-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 18,9, odlu silahın tətbiqi ilə törədilənlər 2 dəfə, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 19,8, qrup halında baş verənlər 18,8, məişət zəminində törədilənlər 5,5, qəsdən adam öldümələr 39,1, mülkiyyət əleyhinə olanlar 4,2, o cümlədən…

Daha çox

AMB bir sığorta şirkətinə və bir sığorta agentinə icrası məcburi sərəncamlar verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agentinə icrası məcburi sərəncamlar verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, “Atasığorta”da aparılan monitorinq zamanı kibertəhlükəsizlik tələblərinin pozulduğu aşkar edilib. Fiziki şəxs Alıyev Habil Cəfər oğlunun isə fəaliyyəti ilə bağlı rüblük hesabatı yanlış təqdim etdiyi aşkarlanıb.

Daha çox

“Görüş mühüm tarixi əhəmiyyət daşıyır”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən görüş iki ölkə arasında münasibətlərin normallaşması baxımından mühüm tarixi əhəmiyyət daşıyır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib. Onun sözlərinə görə, görüşün məhz vasitəçisiz formatda keçirilməsi regionda yeni reallıqların və siyasi iradənin formalaşdığını göstərir: “Azərbaycan bu gün regionda sülhün və sabitliyin qurulmasında aparıcı rol oynayır. Əbu-Dabidə keçirilmiş bu mühüm görüş bir daha təsdiq etdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi artıq…

Daha çox

DİN-də kollegiya iclası keçirilib, 6 ayın yekunları müzakirə olunub

Daxili İşlər Nazirliyində (DİN) car ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. Bu barədə SİA-ya DİN-dən məlumat verilib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov cari ilin birinci yarısında cinayətkarlıqla mübarizədə müsbət nəticələrin əldə edildiyini, kütləvi tədbirlərdə asayişin və təhlükəsizliyin peşəkarlıqla təmin olunduğunu, eyni zamanda qarşıda mühüm vəzifələrin durduğunu və onların ətraflı müzakirəsinin, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün əlavə təşkilati tədbirlərin müəyyən edilib həyata keçirilməsinin vacibliyini nəzərə çatdırıb. Qeyd olunub ki, ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə…

Daha çox

“Səfərlər cəmiyyətin ümumi düşüncəsinə mühüm təsir göstərir”

“Ağdamda həyata keçirilən bərpa və yenidənqurma işləri təkcə infrastrukturun deyil, həm də ictimai şüurun və milli özünüdərkin möhkəmlənməsinin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Onun sözlərinə görə, regionda aparılan layihələr, həmçinin dövlət başçısı səviyyəsində verilmiş qərarlar əsasında reallaşan yüksək səviyyəli səfərlər, cəmiyyətin ümumi düşüncəsinə mühüm təsir göstərir: “Bəzi səfərlər, beynəlxalq nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlər zamanı, əhalinin yaşadığı ərazilərlə, yaşayış binaları, infrastruktur obyektləri və ictimai yerlərlə (məsələn, Bayraq Meydanı) tanışlıq həyata keçirilmişdir. Bu proses çərçivəsində, xarici və yerli qonaqlara Ağdamda görülən işlər barədə…

Daha çox

“Forum Azərbaycanın regional liderliyinin göstəricisinə çevrildi”

“Xankəndində baş tutan son forum Azərbaycanın regional liderliyinin və geosiyasi nüfuzunun güclənməsinin bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, qardaş və tərəfdaş ölkələrin – Türkiyə, Pakistan, İran, Qazaxıstan və Qırğızıstan kimi mühüm dövlətlərin liderlərinin Xankəndidə bir araya gəlməsi göstərdi ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini faktiki olaraq tanıyır və dəstəkləyir: “Bu forum, eyni zamanda, Qarabağın post-münaqişə dövründə bərpası və reinteqrasiyası prosesində mühüm mərhələ sayılır. Xankəndi artıq yalnız simvolik bir məkan deyil – burada keçirilən tədbirlər Azərbaycanın bu ərazidə sülh, sabitlik və inkişaf…

Daha çox

Dünya səyyahları Xankəndi şəhərinə səfər ediblər

Dünyanın 30 ölkəsindən Qarabağa səfər edən səyyahlar iyulun 10-da Füzuli və Şuşadan sonra Xankəndi şəhərinə gəliblər. SİA xəbər verir ki, səyyahlar Xankəndi şəhərinin mərkəzi meydanında həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qonaqlara Xankəndi azad edildikdən sonra görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, infrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl tarixi siması özünə qayıdır və bu gün Xankəndi Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilir. Şuşa şəhərində olduğu kimi, Xankəndi şəhər poçtundan da İrlandiya və Kanadaya məktub göndərilib.

Daha çox

Qəzzada sığınacaq axtarışı

HƏMAS ilə danışıqlar və ÇAXAL-ın yerləşdirilməsi İsrailin baş naziri Benyamin Netanyahu iyulun 8-də axşam Ağ Evdə ABŞ prezidenti Donald Trampla 24 saat ərzində ikinci görüşü keçirib. Görüş tamamilə Qəzza zolağındakı vəziyyətə və atəşkəs perspektivlərinə həsr olunub. Vaşinqton İsrail və radikal HƏMAS qrupunun bu həftə 60 günlük “atəşkəs”in şərtləri ilə bağlı razılığa gəlməsini gözləyir. Hazırda yeganə mübahisəli məsələ İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzzada fəaliyyət göstərən bölmələrinin fasilə zamanı harada yenidən yerləşdiriləcəyidir. Yaraqlılar İsrail hərbçilərinin anklavın mərkəzi hissəsində qalmasının və ona nəzarət edə bilmələrinin əleyhinədirlər. Benyamin Netanyahu iyulun 8-də ABŞ-a səfəri zamanı…

Daha çox