Fırıldaqçılar təqaüdçünü aldadaraq Kanadadan Rusiyaya çağırıblar, və…

Fırıldaqçılar Kanadada yaşayan təqaüdçünü 250 min dollar vermək üçün Rusiyaya qayıtmağa razı sala biliblər. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə REN TV məlumat yayıb. Qurban 71 yaşlı Olqa F.-dır. O, son 15 ildir Kanadanın Riçmond Hill şəhərində yaşayır. Fırıldaqçılar onunla ilk dəfə 2024-cü ilin noyabrında əlaqə saxlayıblar. Zəng edən edən şəxs özünü Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib. O bildirib ki, təqaüdçünün adına bank hesabları açılıb və bu hesablar vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdiyi iddia edilir. Bir ay sonra Olqa Moskvaya gəlib və orada bankdan 250…

Daha çox

Rusiya Azərbaycana süd müharibəsi elan etdi..?

…Rosselxoznadzor iki azərbaycanlı istehsalçıdan – ALLBUY və MILK PRODUCTS-dan bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq olunduğunu elan edib. Bu barədə idarənin saytında məlumat verilib. Qadağa 11 iyul 2025-ci ildə qüvvəyə minəcək; yuxarıda qeyd olunan istehsalçılardan malların tədarükünün mümkün bərpasının vaxtı açıqlanmır. Bu tədbirə səbəb iki Azərbaycan şirkətinin məhsullarını yoxlamaya təqdim etməkdən imtina etməsi olub. Rusiya agentliyinin nümayəndələri Azərbaycan tərəfinə beş süd zavodunda istehsal olunan məhsulların planlı yoxlanılması ilə bağlı xəbərdarlıq ediblər. Ancaq görünür, Rosselxoznadzor respublikanın müvafiq nazirliyindən heç vaxt cavab almayıb. …Qərar Azərbaycan şirkətlərinin öz məhsullarının Rusiyaya sonrakı…

Daha çox

Tixanovskayanın “hökuməti” terror təşkilatı kimi tanınıb…

Belarus Baş Prokurorluğu müxalifətçi siyasətçi, Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanın “Birləşmiş Keçid Nazirlər Kabineti”ni terror təşkilatı kimi tanıyıb. SİA-xəbər verir ki, bu barədə idarənin rəsmi Telegram kanalında məlumat verilib. …Birləşmiş Keçid Nazirləri Kabineti terror təşkilatı kimi tanınıb və onun ölkə ərazisində fəaliyyəti qadağan edilib. Bunu nəşr yazır. Baş Prokurorluq dəqiqləşdirib ki, Tixanovskayanın “hökuməti”nin fəaliyyəti məhkəmənin qərarı ilə respublika ərazisində qadağan edilib. Tixanovskaya Amerika lideri Donald Trampa müraciət edərək əri, siyasətçi Sergey Tixanovski azad edildikdən sonra Belarus prezidenti Aleksandr Lukaşenko ilə münasibətləri bərpa etməməyə çağırıb. Əli Babayev

Daha çox

Almaniyanın Silahlı Qüvvələrin büdcəsi 86 milyard avroya yüksəlib

Almaniyanın müdafiə büdcəsi 62,4 milyard avroya çatdırılıb. Bu, ötən illə müqayisədə təxminən 10 milyard avro daha çoxdur. Bundan əlavə, xüsusi fondan 24 milyard avro da hərbi sahəyə ayrılıb. Bununla da Almaniya Silahlı Qüvvələrinin büdcəsi ümumilikdə 86 milyard avro olacaq. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Boris Pistorius Bundestaqın iclasında bəyan edib. Bununla da Almaniyanın hərbi xərclərin ümumi daxili məhsulun 5 faizinə çatdırılması hədəfinə doğru böyük addım atdığını vurğulayan B.Pistorius bildirib ki, məqsəd Bundesverin mümkün qədər qısa müddətdə tam təchiz olunması və davamlı döyüş qabiliyyətinə çatdırılmasıdır.…

Daha çox

Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar

Diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsi çərçivəsində Xankəndidə keçirilən xüsusi sessiyanın iştirakçıları Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilib. İyirmi üç binadan ibarət yaşayış kompleksində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. 376 keçmiş…

Daha çox

Rusiyada yeni doğulmuş körpə zibil qutusuna atılıb…

Rostov-na-Donuda Suvorovski rayonunda yeni doğulmuş uşaq zibil qutusuna atılıb; tapılan uşağı xilas etmək mümkün olmayıb. SİA-xəbər verir ki, bu barədə Don Mash Telegram kanalı məlumat yayıb. Rusiya nəşrinin məlumatına görə, şəhər sakinləri körpəni görüb və polisə müraciət ediblər. MK.RU xəbər verir ki, artıq müstəntiq və məhkəmə-tibb eksperti hadisə yerinə baş çəki Bundan əvvəl Moskva vilayətinin Pavlovski Posadında çantada körpə tapılmışdı. Uşaq yeniyetmələr tərəfindən diqqət çəkib. Həmin vaxt Hələ əvvəllər Nijni Tagildə evin həyətində skamyada uzanmış körpə tapılmışdı. Nazlı Almuradova

Daha çox

Tramp Ağ Evə ekskursiya edib…

ABŞ prezidenti Donald Tramp Nazirlər Kabinetinin 90 dəqiqəlik iclasından sonra 15 dəqiqə Ağ Evin yeni dizaynı haqqında danışıb, hətta tur da təşkil edib. SİA-xəbər verir ki, bu barədə Washington Post məlumat yayıb. Amerika lideri çərşənbə axşamı, iyulun 8-də Nazirlər Kabinetinin yeni dizaynı haqqında danışmağa başlayıb, onun sözlərinə görə, bu, “gözəl bir yerə” çevrilib. Ekskursiya zamanı tamaşaçıların diqqətini keçmiş dövlət başçılarının portretləri çəkib. Jurnalistlərin qeyd etdiyi kimi, hətta ümumi qəbul edilmiş normaları tez-tez pozan Tramp üçün belə görüşün bu cür sonu qeyri-adi olub. …Bu çərçivələrə baxın. Bilirsiniz, mən çərçivələrin pərəstişkarıyam. Bəzən…

Daha çox

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulandı. Prezident İlham Əliyevin bu ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərləri məmnunluqla xatırlandı, həmin səfərlər zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli gündəliyimizlə bağlı geniş müzakirələrin aparıldığı qeyd olundu. Görüşdə ikitərəfli əlaqələrə…

Daha çox

Lavrov Vatikanı Ukrayna üzrə danışıqlar üçün yararsız yer adlandırıb..?

Roma Papası növbəti dəfə Rusiya və Ukrayna arasında danışıqların Vatikanda keçirilməsini təklif edib… Roma Papası XIV Leo Ukrayna lideri Vladimir Zelenskiyə Vatikanda Rusiya və Ukrayna arasında münaqişənin nizamlanması üzrə danışıqların təşkilini təklif edib. SİA-xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tac Katibliyinin bəyanatında deyilir. …Müqəddəs Ata Rusiya və Ukrayna nümayəndələrini Vatikanda danışıqlara dəvət etməyə hazır olduğunu təsdiqləyib, – deyə məlumatda bildirilir. Bundan əvvəl XIV Leo da danışıqların yeni raundu üçün Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul etməyə hazır olduğunu bildirmişdi. Avropa ölkələri onun təklifini dəstəkləyib. Bundan sonra Rusiyanın…

Daha çox

NİİM moped, motosiklet və skuter sürücülərinə müraciət edib

Qaydalara uyğun olaraq piyada keçidindən istifadə edən vətəndaşı moped sürücüsü vurub. SİA-xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, bu gün axşam saatlarında Yasamal rayonu, Cəfər Cabbarlı və Bakıxanov küçələrinin kəsişməsində baş verən qəza piyadanın xəsarət alması ilə nəticələnib. “Müşahidələr deməyə əsas verir ki, bəzi moped və motosiklet sürücüləri hərəkət zamanı piyada keçidlərinin olduğunu bildirən nişanlara diqqət yetirməməklə real təhlükə yaradırlar. Daha çox kuryer xidməti göstərən həmin sürücülərin yollarda tələsmələri, nəqliyyat vasitələrini sürətlə idarə etmələri, xüsusilə də, manevretmə qaydalarını pozmaları yol-nəqliyyat hadisələrinin baş verməsinə…

Daha çox