Rostov vilayətində bərk məişət tullantıları poliqonu yanıb…

Yanğın Rostov vilayətinin Şaxtı şəhərində 250 kvadratmetr ərazini əhatə edən bərk məişət tullantıları poliqonunda baş verib. SİA-xəbər verir ki, bu barədə regionun mənzil-kommunal təsərrüfatı naziri Antonina Pşeniçnaya məlumat verib. …Şaxtı şəhərində bərk məişət tullantıları poliqonunda yanğın baş verib. Torpaq doldurulur, 250 kvadratmetr ərazidə mərhələli şəkildə açıq yanğınlar və yanan ləkələr söndürülür. Yanğının yayılması qeydə alınmayıb, – o, Telegram kanalında yazıb. Fövqəladə Hallar Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hazırda bölgədə 26 yanğın var. Vahid Növbətçi Dispetçer Xidməti daha əvvəl bildirmişdi ki, iyulun 9-da, eləcə də iyulun 10-dan 13-dək…

Daha çox

Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir

OPEC+ fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycan bu prosesdə çox fəal iştirak edir. Bu gün biz bu əməkdaşlıq vasitəsilə təkcə qlobal neft bazarında deyil, ümumilikdə enerji bazarında sabitliyə öz töhfəmizi veririk. SİA-nın məlumatına görə, bunu açıqlaması zamanı Vyanada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkəmizin OPEC+ formatı çərçivəsində fəaliyyətini qiymətləndirərkən bildirib. Nazir qeyd edib ki, OPEC+ enerji bazarının sabitliyində çox mühüm rol oynayır və ölkəmiz belə vacib əməkdaşlığı bu qrup çərçivəsində davam etdirməkdə maraqlıdır. 9-cu OPEC Beynəlxalq Seminarında iştirak edən nazir fürsətdən istifadə edərək OPEC-in Baş katibinə əməkdaşlığın inkişafı…

Daha çox

Avropa Məhkəməsi Rusiyanı təqsirli bilib…

…Ukraynada insan haqlarının pozulmasında və MH17 qəzasında. Qərar Ukrayna və Hollandiyanın irəli sürdüyü iddialar əsasında qəbul edilib …Çərşənbə günü Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiyanı 2014-cü ildə Ukraynanın şərqi üzərində vurulan Malayziya Hava Yollarına məxsus MH17 reysi, habelə onun Ukraynadakı hərəkətləri ilə bağlı geniş yayılmış insan haqları pozuntularına görə məsuliyyət daşıyıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” yazır. Qərar Ukrayna və Hollandiya tərəfindən qaldırılan məhkəmə iddialarından sonra çıxarılıb və separatçılara hərbi dəstəkdən tutmuş ukraynalı uşaqların zorla Rusiyaya aparılmasına qədər bir…

Daha çox

Çindən Orta Dəhliz vasitəsilə Avropaya daha bir qatar marşrutu açılıb

Çindən Orta Dəhliz vasitəsilə iyulun 9-da Avropaya yeni yük qatarı marşrutu açılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Çinin qərbindəki ən iri 2 şəhəri olan Çendu və Çonçindən yükləri götürən ultraekspres blok qatarı Sincan Uyğur Muxtar Rayonundakı Horqos terminalından Qazaxıstana keçəcək. Kommunikasiya avadanlığı, avtomobil hissələri və digər mallar yüklənmiş qatar Orta Dəhlizlə yolunu davam edərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək yükləri Avropa ölkələrinə çatdıracaq. Qeyd edək ki, bu, son 10 gün ərzində Çindən Orta Dəhliz vasitəsilə Avropaya açılan 2-ci yük qatarı marşrutudur. İyunun 30-da paytaxt Pekindən Avropaya…

Daha çox

Volodimir Zelenski Romada italiyalı həmkarı və Papa Leo ilə görüşüb

İtaliya Prezidenti Sercio Mattarella Romada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. SİA xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq, İtaliyanın Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hərtərəfli dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb. Sercio Mattarella ölkəsinin mövqeyinin tamamilə qəti olduğunu və Ukraynaya hərtərəfli dəstək olacağını bildirib. Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo isə Ukrayna Prezidentini İtaliyanın paytaxtından təxminən 25 kilometr məsafədə yerləşən Kastel Qandolfo qəsəbəsindəki iqamətgahında qəbul edib. Papa Leo Rusiya və Ukrayna nümayəndələrini danışıqlar üçün Vatikanda qarşılamağa hazır olduğunu bir daha qeyd edib. Görüşdə sülhə…

Daha çox

Şimali Koreya və Mərkəzi Asiyadan olan əmək miqrantların əsas fərqləri…

Şimali Koreyalı əməkçi miqrantlar daha yaxşıdırlar..? …Kursk vilayətində sərhəd zonasında dağılmış infrastrukturun bərpası üçün Şimali Koreyadan 5 min işçinin işə götürülməsi planlaşdırılır. SİA-nın məlumatına görə, Rusiya tikinti şirkətləri Şimali Koreyadan gələn əmək miqrantlarının sayını 50 min nəfərə çatdırmağa hazır olduqlarını bildiriblər. Tikinti təşkilatının direktoru Vasilinin sözlərinə görə, Şimali Koreyalı işçilərin əmək məhsuldarlığı Mərkəzi Asiya ölkələrindən gələn miqrantlardan iki dəfə yüksəkdir. Bu, daha yüksək səviyyədə nizam-intizamla izah olunur: Koreyalı işçilər fasilə vermədən axşam saatlarına qədər işləməyə davam edir və tikinti materialları olmadıqda belə, tapşırıq tələb edirlər.…

Daha çox

Kanada və meksikalıların 50 faizdən çoxu ABŞ-ı əsas təhlükə adlandırıb

…Və həmçinin digər ölkələrin vətəndaşları da əsas təhlükə kimi ABŞ-ı seçiblər. Sorğu martın 24-dən 30-dək onlayn rejimdə aparılıb. SİA-xəbər verir ki, Pew Araşdırma Mərkəzinin sorğusuna əsasən, Kanada və Meksika əhalisinin yarıdan çoxu ABŞ-ı ölkələri üçün əsas təhlükə adlandırıb. Araşdırmaya görə, 2019-cu ildən bəri ABŞ-ı əsas təhlükə hesab edən kanadalıların payı təxminən üç dəfə artaraq 20-dən 59 faizə çatıb. Bu rəqəm Meksika vətəndaşları arasında da artaraq 56-dən 68 faizə yüksəlib. Bundan əlavə, İndoneziyalıların 40 faizi, Cənubi Afrikalıların 35 faizi, Braziliyalıların 29 faizi və Argentinalıların 24 faizi öz ölkələri üçün əsas təhlükə…

Daha çox

Trampın Afrika sammiti: minerallar, təhlükəsizlik və miqrasiya…

ABŞ-ın yeni yanaşması iqtisadi əməkdaşlığı vurğulayır… ABŞ prezidenti Donald Tramp gözlənilmədən beş Afrika ölkəsinin – Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderlərini Vaşinqtonda sammitə toplayıb. Gündəmin mərkəzində: ticarət, təhlükəsizlik, miqrasiya və mühüm təbii ehtiyatlara çıxış müzakirə olunacaq… SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Foreign Policy yazır. Tramp administrasiyası əvvəllər Afrikaya yardımı kəsib viza məhdudiyyətləri tətbiq etsə də, yeni yanaşma ABŞ-ın Çinlə rəqabət aparmağa çalışdığı xüsusilə mineral ehtiyatlar sahəsində iqtisadi əməkdaşlığı vurğulayır. Afrika üzrə keçmiş baş diplomat Troy Fittrellin sözlərinə görə, “Yardım deyil, ticarət”…

Daha çox

AB Ukraynaya görə maliyyə boşluğunu proqnozlaşdırdı..?

Macarıstan Avropa İttifaqının (Aİ) Ukrayna üçün 2028-2034-cü illər üçün büdcə təklifinə 100 milyard avro vəsaitin daxil edilməsi təşəbbüsünə qarşı çıxıb, çünki bu, yalnız icmanın borcunu artıracaq. SİA-nın məlumatına görə, bunu Macarıstanın baş nazirinin siyasi müşaviri və adaşı Balaz Orban Facebook səhifəsində bildirib. …Avropanın pulu yoxdur, amma müharibəyə gəldikdə, həmişə 100 milyard avro tapılacaq. Bu, Aİ-nin rəqabət qabiliyyətini itirməsinə, sərhədlərin qorunması üçün resurslarının azalmasına və üstəlik, Aİ ölkələrindəki ailələrə maddi dəstəyin azalmasına səbəb olacaq. Bunu deyən Orban qeyd edib ki, Avropa İttifaqı üçün bu cür xərclər “yalnız başlanğıcdır”, çünki Ukrayna prezidenti…

Daha çox

AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm

Azərbaycan mediasının AZƏRTAC vasitəsilə bu tədbirdə iştirak etməsindən, panel və müzakirələri, ümumilikdə bütün prosesi işıqlandırmasından böyük qürur duyuruq. SİA AZƏRTAC-a istinadən xəbər verir ki bu sözləri OPEC-in Baş katibi Haysam Əl-Qays Dövlət İnformasiya Agentliyi ilə qurulmuş media tərəfdaşlığı barədə bildirib. AZƏRTAC Dövlət İnformasiya Agentliyinə OPEC-lə media tərəfdaşlığı edərək, 9-cu OPEC Beynəlxalq Seminarını işıqlandırdığına görə təşəkkürümü bildirmək istəyirəm”, – deyən Baş katib bu əməkdaşlığın gələcəkdə davamlı olacağına ümid ifadə edib. Qeyd edək ki, 9-10 iyul tarixlərində Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarı qlobal enerji sahəsində aparıcı beynəlxalq tədbirlər sırasında yer alır…

Daha çox