Türkiyə xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər sabah Pakistana rəsmi səfər edəcək. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindəki mənbələrdən alınan məlumata görə, nazir Fidanın Türkiyənin Pakistan ilə müstəsna ikitərəfli siyasi əlaqələrini təsdiqləməsi, məqsədin bütün sahələrdə əlaqələri daha da gücləndirmək olduğunu bildirməsi, siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, ticarət, hərbi əlaqələr və müdafiə sənayesi sahələrində əməkdaşlığın da iki ölkə arasında hərəkətverici qüvvə olaraq intensiv və müsbət çərçivədə inkişaf etdiyini bildirməsi gözlənilir.