Azərbaycan diplomatları xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması məsələsini müzakirə ediblər


Bakıda “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Milli həmrəyliyin gücləndirilməsi: diaspor fəaliyyəti və konsulluq məsələləri” ətrafında yeddinci panel keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, panel müzakirə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev və Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərovun əsas natiqlər qismində iştirakı ilə baş tutub.

Tədbir çərçivəsində ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquqlarının qorunması, zəruri konsulluq xidmətləri ilə təmini, böhran vəziyyətlərində təxliyə məsələləri və digər aidiyyəti məsələlər ətrafında müzakirələr aparılıb.

Əlaqəli Xəbərlər