Azərbaycan diplomatları ayrı-ayrı ölkələrlə mövcud ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər


Bakıda “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi çərçivəsində “İkitərəfli əməkdaşlıq gündəliyi: çağırışlar və imkanlar” adlı səkkizinci panel keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, panel müzakirədə Azərbaycan xarici işlər nazirinin müavinləri Fariz Rzayev, Elnur Məmmədov, Yalçın Rəfiyev və Samir Şərifovun əsas məruzəçilər qismində iştirak ediblər.

Mövzu ətrafında ümumilikdə 4 blok üzrə müzakirə baş tutub. Panel müzakirəsində ayrı-ayrı ölkələrlə mövcud ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətinin təhlili, bunun əsasında atılacaq gələcək addımlar, ikitərəfli əməkdaşlığın genişləndirilməsi mexanizmlərindən istifadə kimi mövzulara toxunulub.

Əlaqəli Xəbərlər