Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna, Slovakiya, Özbəkistan və Əlcəzairin səfirlərini qəbul edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Prezident İqamətgahında təşkil edilən ziyafətdə Ukrayna səfiri Nəriman Celalov, Slovakiya Respublikası səfiri Mixal Slivoviç, Özbəkistan səfiri İlkhom Haydarov və Əlcəzairin səfiri Bumedien Quennad etimadnaməsini prezident Ərdoğana təqdim ediblər.
Səfirlik əməkdaşlarını və onların ailə üzvlərini təqdim edən səfirlər Ərdoğanla xatirə şəkilləri çəkdiriblər. Prezident Ərdoğan daha sonra Ukrayna səfiri Celalov, Slovakiya səfiri Slivoviç, Özbəkistan səfiri Haydarov və Əlcəzair səfiri Quennad ilə ayrı-ayrılıqda görüşüb.