İspaniyada 4 İsveç vətəndaşı həbs olunub. SİA “Boras Tidning” nəşrinə istinadla xəbər verir ki, saxlanılan şəxslər cinayətkar qruplaşmanın tapşırığı ilə qətl törətmək məqsədilə bu ölkəyə gəliblər. Həbs edilənlər arasında İsveçin Buros şəhərindən olan 16 və 19 yaşlılar da var. Onların hər ikisi “Lejonen” (“Lions”) cinayətkar şəbəkəsi ilə əlaqəlidirlər. Bundan əlavə, 19 yaşlı şübhəlinin “Rumba” qruplaşması ilə də əlaqələrinin olduğu bildirilir. Hələlik hadisənin digər təfərrüatları açıqlanmır.
Daha çoxDay: July 6, 2025
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi belə olacaq
Media nümayəndələri Prezident İlham Əliyev iyulun 3-də təməlini qoyduğu Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksin inşa ediləcək yerdə olub. SİA xəbər verir ki, təşkil edilən mediaturda “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə məlumat verib. O bildirib ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Qeyd edilib ki, Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb: “Bu dəmir yolu xətti boyunca…
Daha çoxAzərbaycan XİN ABŞ-yə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib. SİA xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında yazılıb. “ABŞ-nin Texas ştatının mərkəzini vuran daşqınlar nəticəsində çoxlu sayda insan ölümü və yaralanması bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk”, – paylaşımda deyilir. Qeyd edk ki, Texasda daşqınlar nəticəsində 50 adam ölüb.
Daha çoxBakıdakı “ECO Təmiz Enerji Mərkəzi” iqlim böhranı ilə mübarizəyə töhfə verəcək
Bakıda yaradılacaq İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Təmiz Enerji Mərkəzi regionun enerji təhlükəsizliyinə töhfə verəcək, enerji resurslarından istifadənin səmərəliliyini artıracaq, qlobal iqlim böhranı ilə mübarizədə yeni stimul olacaq. SİA xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetinin ECO-nun Xankəndidə keçirilən 17-ci Zirvə görüşünün yekunlarına həsr olunmuş bazar günü buraxılışında deyilir. Nəşr Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı təsis sənədlərinin ratifikasiyasının yekun mərhələsi barədə bəhs edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana istinadən yazır. “Təsis sazişinin mətni ötən ay Böyük Millət Məclisinə (Türkiyə Parlamenti) təqdim edilib və yaxın vaxtlarda parlamentin xarici əlaqələr…
Daha çoxTəl-Əvivdə hava limanına hücum oldu
Yəmənin “Ənsar Allah” hərəkatının husiləri İsrailin Təl-Əvivdəki Ben Qurion hava limanını ballistik raketlə vurduğunu açıqlayıb. SİA xəbər verir ki, bu barədə hərəkatın mətbuat katibi Yəhya Səriyyə teleqram kanalında məlumat yayıb. Hava limanının 2 hipersəs ballistik raketi ilə hücuma məruz qaldığı bildirilir.
Daha çoxÜmumdünya İrs Komitəsinin 47-ci sessiyası işə başlayıb
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası qurumun mənzil qərargahında Büro iclasları ilə işə başlayıb. SİA xəbər verir ki, Azərbaycan da sessiyada təmsil olunur. İyulun 16-dək davam edəcək sessiyada əvvəlcə gündəlik qəbul ediləcək, sonra 2024-2025-ci illər üçün Ümumdünya İrs Fondunun icrası, 2026-2027-ci illər üçün Ümumdünya İrs Fondunun büdcə təklifi və COM 13 – məsləhətçi qurumun yaradılması qərarına əməl olunması ilə bağlı hesabatlar dinləniləcək. Ümumdünya İrs Mərkəzinin fəaliyyəti və Ümumdünya İrs Komitəsinin qərarlarının icrası haqqında hesabat və 2025-ci il Dünya İrs Gənc Peşəkarlar Forumunun mesajının təqdim…
Daha çoxŞərurda avtomobil yolunda sel sularının yaratdığı fəsadlar aradan qaldırılır
Şərur rayonuna yağan güclü yağış nəticəsində Havuş kənd avtomobil yoluna sel gəlib. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, sel sularının yolları yuması nəticəsində bəzi hissələr yararsız hala düşüb. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb olunub. Hazırda yolun bərpası və hərəkətin normal şəkildə təmin olunması istiqamətində aparılan işlər davam etdirilir.
Daha çoxİsrail Ordusu Qəzzada 130-a yaxın hədəfə hücum edib
İsrail Ordusu Qəzza zolağına sistemli şəkildə zərbələr endirməkdə davam edir. SİA xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri quru qoşunları ilə birgə təxminən 130 hədəfə hücum edib. Vurulan hədəflər arasında qarşı tərəfin müxtəlif hərbi infrastruktur obyektləri, o cümlədən komanda məntəqələri, silah anbarları və reaktiv yaylım atəşi qurğuları olub. Ayrı-ayrı silahlı qruplara qarşı da hücumlar həyata keçirilib. Qeyd olunub ki, quru bölmələri bütün zolaqda – həm cənubda, həm Xan Yunis və Rəfah bölgəsində, həm də şimal hissədə, o…
Daha çoxKeçirilən imtahanlar nəticəsində vəkillərin sayı artır
Ölkəmizdə vəkillik peşəsinə maraq azalmır. Bu gün də Vəkillər Kollegiyasına üzvlük imtahanında 421 nəfər iştirak edir. Kollegiyaya qəbul mütəmadi keçirilir. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, namizədlər ölkəmizin bütün bölgələrini əhatə edir: “Ürəkaçan haldır ki, namizədlərin 70 faizdən çoxu 40 yaşınadək olan hüquqşünaslardır. Bu imtahanların fərqi ondan ibarətdir ki, namizədlərin 50 faizdən çoxu Bakı şəhərindən olmasına baxmayaraq 45 faizi ölkəmizin digər bölgələrini, o cümlədən Naxçıvan Muxtar Respublikasını təmsil edirlər. Həmçinin xanım namizədlərin sayı kifayət qədərdir. Vəkillər Kollegiyası qarşısına…
Daha çoxƏlilliyi olan şəxslər üçün ilk dəfə veloreabilitasiya layihəsinə başlanılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan şəxslər üçün ilk dəfə olaraq yeni veloreabilitasiya layihəsinə başlayır. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, layihənin məqsədi əlilliyi olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, idmana, o cümlədən paravelosiped idman növünə marağının artırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək verilməsindən ibarətdir. Agentliyin reabilitasiya mərkəzlərində xidmətlərə cəlb edilən əlilliyi olan şəxslər üçün nəzərdə tutulan bu layihə 3 ay müddətində Dənizkənarı Milli Parkda təşkil olunacaq. Layihə Heydər Əliyev Fondunun dəstəyi, Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi və “Azərbaycan Əlil…
Daha çox