Bu ay ölkəmiz daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edərək dünyanın siyasi səhnəsində aktivliyi ilə fərqləndi. 2025-ci il iyulun 4-də Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü yalnız Azərbaycanın diplomatik gündəliyi baxımından deyil, həm də regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbir çərçivəsində etdiyi çıxışında həm, dövlətimizin beynəlxalq müstəvidə artan rolunudan, həm də postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən bəhs etdi. Zirvə görüşünün məhz Xankəndi şəhərində – Ermənistanın illərlə işğal altında saxladığı, bu gün artıq azad…
Daha çoxDay: July 6, 2025
ABŞ-də seldə ölənlərin sayı artdı
ABŞ-nin Texas ştatında leysan yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı artıb. SİA xəbər verir ki, bu haqda CNN telekanalı məlumat yayıb. Məlumata görə, Kerr qraflığında 43 nəfər, Burnet dairəsində 3 nəfər, Travis qraflığında 4 nəfər ölüb. Yay düşərgəsində olan 20-dən çox qız da daxil olmaqla onlarla insan itkin düşüb. Texas qubernatoru Qreq Ebbott daha öncə 850-dən çox insanın təxliyə edildiyini bildirmişdi. ABŞ Prezidenti Donald Tramp federal hakimiyyət orqanlarının daşqının nəticələrinin aradan qaldırılmasında dövlət qurumlarına yardım etdiyini bildirib.
Daha çoxQeyri-sabit hava şəraiti iyulun 7-si səhərədək davam edəcək
İyulun 6-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Düşən yağıntının miqdarı Gəncədə 8, Qaxda 7, Şərur və Göygöldə 4, Şəki (Kişçay), Zaqatala, Balakən, Şəmkir, Gədəbəy, Tovuz və Şahdağda 2, Naxçıvan, Daşkəsən, Goranboy və Naftalanda 3, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edib. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Şərur və Neftçalada 20, Culfada 19, Şamaxı və Naftalanda 18 m/s-yə çatır. Dənizdə dalğanın…
Daha çoxElçin Əmirbəyovdan sülh sazişi ilə bağlı AÇIQLAMA
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya işgüzar səfəri zamanı “Mundo Internacional” jurnalına verdiyi müsahibədə deyib. E.Əmirbəyov Ermənistanla sülh prosesi barədə danışıb, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi bir fürsətin yarandığını qeyd edib. Eyni zamanda sazişin imzalanmasına mane olan amillərdən söz açıb. Bunlar arasında Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların, habelə…
Daha çoxİsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
İsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib. SİA xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb. “Yəməndən atılan raket vurulub”, – məlumatda bildirilir. Mətbuat xidməti qeyd edib ki, “protokola uyğun olaraq” İsrailin bir sıra ərazilərində hava hücumu həyəcanı elan olunub.
Daha çoxBu gün yağış yağacaq, külək əsəcək
Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir…
Daha çoxDörd günlük iş rejimi daha məhsuldardır
Dörd günlük iş həftəsi Britaniyada tədricən reallığa çevrilir. SİA “Independent”ə istinadla xəbər verir ki, bu il Böyük Britaniyada müxtəlif sahələri təmsil edən 17 şirkət dördgünlük iş həftəsini sınaqdan keçirib. “4 Day Week Foundation” tərəfindən təşkil olunan pilot proqramda təxminən min əməkdaş iştirak edib və onların əməkhaqları dəyişmədən saxlanılıb. Sınaq uğurla başa çatdıqdan sonra bütün 17 şirkət bu sistemi müəyyən formada davam etdirməyə qərar verib. Aparılan sorğulara əsasən, iştirakçıların təxminən üçdə ikisi dörd günlük iş rejiminin onları daha az tükənmiş hiss etdirdiyini bildirib və bu sistem həm işçilər, həm də işəgötürənlər…
Daha çoxMoskvada ticarət mərkəzində yanğın
Rusiyanın paytaxtı Moskvanın şimal-qərbində yerləşən “Solneçnıy veter” ticarət mərkəzində yanğın baş verib. SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğının ticarət mərkəzinin fasadında baş verdiyi bildirilib. Yanğın zamanı 100-ə yaxın insan təxliyə edilib. Yanğının miqyası genişlənmədən yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.
Daha çoxABŞ-da fəlakət olub – ölənlərin sayı 40-ı ötdü
ABŞ-da fəlakət olub – ölənlərin sayı 40-ı ötdü
Daha çoxİslam İnkişaf Bankı Türkiyəyə 200 milyon avro maliyyə ayıracaq
İslam İnkişaf Bankı Türkiyəyə 200 milyon avro məbləğində maliyyə paketi ayıracaq. SİA Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə imzalanmış razılaşma 2023-cü ilin fevralında baş verən zəlzələlərdən zərər çəkmiş vilayətlərdə, böyük şəhərlərdə bələdiyyə infrastrukturunun davamlı inkişafını dəstəkləmək məqsədi güdür. Razılaşmaya əsasən, maliyyə iki tranşla təqdim ediləcək. Zəlzələdən zərər çəkmiş bölgələrdə infrastrukturun yenidən qurulması üçün 150 milyon avro, ikinci tranşda isə şəhərdaxili nəqliyyat sistemlərinin yaxşılaşdırılması üçün 50 milyon avro məbləğində maliyyə ayrılacaq. İslam İnkişaf Bankı Qrupunun Türkiyədəki Regional Mərkəzinin rəhbəri Valid Əbdül Vəhhab bildirib ki, bu layihə…
Daha çox