“OPEC+”a üzv olan 8 ölkə avqustda hasilatı artıra bilər

“OPEC+”a üzv olan və neft hasilatını könüllü olaraq azaldan 8 ölkə avqustda istehsalı gündəlik 411 min bareldən çox artırmaq barədə qərar qəbul edə bilər. SİA xəbər verir ki, bu barədə TASS-a nümayəndə heyətlərindən birindəki mənbə bildirib. Bununla belə, agentliyin həmsöhbəti hasilat həcminin artırılması ilə bağlı konkret variantları açıqlamayıb. “Reuters” agentliyi mənbələrə istinadən bildirir ki, “OPEC+” “səkkizliyi” avqustda hasilatı gündəlik təxminən 550 min barel artıra bilər. Avqust üçün istehsal parametrləri ilə bağlı yekun qərarın qəbul ediləcəyi görüş iyulun 5-də keçirilməlidir. “OPEC+”a üzv olan 8 ölkə ötən ilin əvvəlindən hasilatı gündəlik 2,2…

Daha çox

Anar Quliyev Şirvanda vətəndaşları qəbul edib

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Şirvan şəhərində Biləsuvar, Neftçala, Naftalan və Hacıqabul rayon sakinlərini qəbul edib. SİA bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, qəbulda vətəndaşların tikintiyə icazə və torpaq münasibətləri ilə bağlı sualları cavablandırılıb, şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi və qurumun yaratdığı Elektron İcazə sisteminin üstünlükləri barədə onlara ətraflı məlumat verilib.

Daha çox

Zəngəzur dəhlizini geoiqtisadi inqilabın tərkib hissəsi kimi görürəm

Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar yaradacaq. SİA xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. Türkiyə lideri Zəngəzur dəhlizini təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi gördüyünü bildirib. “Zəngəzur dəhlizinin açılışı həm də Orta Dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzər dənizindən keçərək Mərkəzi Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə…

Daha çox

Azərbaycan və Rusiya problemin öhdəsindən gəlmək səviyyəsinə malik dost ölkələrdir

Azərbaycan və Rusiya problemin öhdəsindən gələcək anlayış səviyyəsinə malik ölkələrdir. SİA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. “Hər iki dost ölkə problemin öhdəsindən gələcək anlayış səviyyəsinə malikdir. Prezident İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır. O bu məsələnin ardınca getməyin və bunun qızışdırılmasının tərəfdarı deyil”, – Türkiyə lideri əlavə edib. Türkiyə Prezidenti baş verənləri yaxından izlədiklərini və hər iki ölkəni mülayim olmağa çağırdıqlarını da əlavə edib: “Diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına…

Daha çox

FHN-in Gəncə Regional Mərkəzində metodiki toplantı keçirildi

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Mülki müdafiə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda metodiki toplantı keçirilib. SİA xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən bildirilib. Tədbirdə Regional Mərkəzin əməkdaşları, regiondakı şəhər və rayon icra hakimiyyətlərinin mülki müdafiə qərargahlarının rəisləri, aidiyyəti xidmətlərin, idarə və təşkilatlarınn səlahiyyətli şəxsləri iştirak ediblər. Toplantının keçirilməsində əsas məqsəd ərazidə mülki müdafiə işinin təşkilinin mövcud vəziyyətinin təhlili, görülmüş işlər və qarşıda duran vəzifələrə dair fikir mübadiləsinin aparılması olub. Toplantıda çıxış edənlər tədbirin əhəmiyyətindən bəhs edərək, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar. Tədbirdə…

Daha çox

UNESCAP-ın 82-ci sessiyasına hazırlıq işləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbananın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. SİA xəbər verir ki, nazirlikdən bildirilib ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar, sosial müdafiə tədbirlərinin gücləndirilməsi və vətəndaş rifahının təminatı istiqamətində görülən işlər barədə məlumat verib. O, gələn il ölkəmizin ev sahibliyi edəcəyi UNESCAP-ın 82-ci sessiyasının regional və qlobal dialoqun gücləndirilməsi, sosial inklüzivliyin təşviqi və yaşlı əhalinin…

Daha çox

20 ştat Trampı məhkəməyə verib

Tramp administrasiyası milyonlarla insanın şəxsi tibbi məlumatlarını deportasiya məmurlarına verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya və daha 19 ştat bu addımın qanunsuz olduğunu deyərək məhkəməyə şikayət edib. Məlumatların paylaşılması federal məxfilik qanunlarını poza bilər. Bu məlumatlar Medicaid proqramına yazılan şəxslərlə bağlı olub. Kaliforniyanın baş prokuroru Bonta bildirib ki, Tramp administrasiyası şəxsi tibbi məlumatları paylaşmaqla federal məxfilik qanunlarını, o cümlədən HIPAA qanununu pozub. O deyib ki, bu addım illərdir mövcud olan səhiyyə siyasətinə ziddir və belə məlumatlar yalnız xüsusi hallarda paylaşılmalıdır. Tramp administrasiyası deportasiya məmurlarına daha çox məlumat…

Daha çox

Aİ İsrailə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır

Avropa İttifaqı gələn həftə Qəzza zolağında davam edən hərbi əməliyyatlarla əlaqədar İsrailə qarşı mümkün sanksiya tədbirlərini elan edəcək. SİA xəbər verir ki, bu barədə TASS İnformasiya Agentliyi məlumat yayıb. İddialara görə, nəzərdən keçirilən ssenarilər arasında Aİ-İsrail Assosiasiya Sazişinin tam və ya qismən dayandırılması, habelə israilli rəsmilərə və digər şəxslərə qarşı fərdi sanksiyaların tətbiqi yer alır. Həmçinin ticarət məhdudiyyətləri, silah embarqosu və elmi-texniki əməkdaşlığın dayandırılması ehtimalı da müzakirə olunur. Sanksiya qərarlarının iyulun 15-də Aİ xarici işlər nazirləri tərəfindən müzakirə ediləcəyi gözlənilir.

Daha çox

Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib

İyulun 5-də Qafqaz Müsəlmanları İdarəsində qurumun təşkilatçılığı, Respublika Qan Bankının dəstəyi ilə Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib. SİA xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, idarə əməkdaşları, Milli Məclisin deputatları və ölkəmizdəki dini konfessiyaların nümayəndələri iştirak ediblər.

Daha çox