Aşura günündə qanvermə ideyası Ulu Öndər Heydər Əliyevə məxsusdur

Azərbaycan xalqı Aşura günündə, həmçinin Vətən, torpaq və ədalət uğrunda şəhid olan bütün qəhrəmanların xatirəsini ehtiramla anır. SİA xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında çıxışı zamanı səsləndirib. Şeyxülislam əlavə edib ki, Aşura mərasimləri zamanı qanvermə aksiyalarının keçirilməsi ideyası Ulu Öndər Heydər Əliyevə məxsusdur: “Əvvəllər bəzi radikal qruplar bu günü sui-istifadə mövzusuna çevirmişdi. Ulu Öndərin təşəbbüsü ilə bu məsələ müdrikcəsinə həll olundu – kim bu yolda qan vermək istəyirsə, qoy, bu qanla bir həyat xilas etsin. Bu təşəbbüs…

Daha çox

Hərracın gedişini “Mobil icra” proqram təminatı ilə izləmək mümkün olacaq

İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması qaydasında dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyinin kollegiyası qərar qəbul edib. Dəyişikliyə əsasən, tələbkar, borclu, habelə hərracda iştirak edən şəxslər hərracın gedişini “Mobil icra” proqram təminatı vasitəsilə izləyə biləcək. Hüquqi şəxs olan tələbkar, borclu və digər hərrac iştirakçıları “Mobil icra” proqram təminatı vasitəsilə hərracın gedişini portal sahibi ilə Mülki Məcəlləyə uyğun bağlanılmış müqaviləyə müvafiq olaraq izləyəcək.

Daha çox

Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə A.Alişahbananın İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi qeyd edilib. Azərbaycan ilə UNESCAP arasında uzunmüddətli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Gələn ilin aprel ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Azərbaycan ilə UNESCAP arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə…

Daha çox

Şəkidəki əmlak kompleksi hərraca çıxarılacaq

Avqustun 5-də, saat 10:00-da qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki rayonunun Daşüz kəndində yerləşən əmlak kompleksinin satışı ilə bağlı hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin tabeliyində olan müəssisənin ümumi faydalı sahəsi və özəlləşdirilən torpaq sahəsi 100 min kv.m.-dir. Əmlakın ilkin satış qiyməti 1 milyon manatdır. Bunun 10 %-i və yaxud 100 min manatı beh kimi ödənilməlidir. Hərrac Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A ünvanında olacaq. Əlavə məlumatları Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzindən və Dövlət əmlakının özəlləşdirilməsinin təşkili…

Daha çox

Allahşükür Paşazadə qanvermə aksiyasında

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir. SİA xəbər verir ki, qanvermə aksiyasında QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri və deputatlar iştirak edir. Qeyd edək ki, ölkə üzrə ümumilikdə 22 məscid və ziyarətgahda, 15 tibb müəsisəsində qanvermə aksiyası təşkil olunub.

Daha çox

Qalib xalqın şeyxülüslamıyam və bununla qürur duyuram

Azərbaycanın erməni kilsəsi ilə olan əlaqələri 44 günlük Vətən müharibəsində qazanılan qələbədən əvvəl fərqli idi. SİA xəbər verir ki, bunu qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. “Çünki 2020-ci ilə qədər kilsə rəhbərləri ilə görüşdə onlar özlərini qalib kimi göstərir, bizə istehza ilə baxırdılar. Bu məni də incitdiyi kimi, Azərbaycan xalqını da incidirdi. Mən indi qalib xalqın şeyxülüslamıyam və bununla qürur duyuram”, – QMİ sədri bildirib.

Daha çox

Naxçıvanda barama istehsalı 17 % artıb

Bu il Naxçıvan Muxtar Respublikasında 1 757 kiloqram yaş barama istehsal edilib ki, bu da ötən illə müqayisədə 17% çoxdur. SİA xəbər verir ki, barama Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarında istehsal edilib. Bu bölgələrdə ümumilikdə 14 kümçüyə 40 qutu ipəkqurdu toxumu paylanıb. Babək rayonu üzrə 633,5 kq, Sədərək rayonu üzrə 436,2 kq, Culfa rayonu üzrə 226 kq, Şərur rayonu üzrə 207,3 kq, Ordubad rayonu üzrə 118,8 kq, Naxçıvan şəhəri üzrə 75,2 kq, Kəngərli rayonu üzrə isə 60 kq yaş barama tədarük olunub. Ən…

Daha çox

Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir

Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir. SİA xəbər verir ki, bu sözləri qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib. O deyib ki, bu, Azərbaycanın dövlət siyasəti və onun nəticəsidir: “Azərbaycanda sovet dövründə 17 məscid var idisə, bu gün minlərlə məscidimiz var. Bu şərairi yaradan da dövlətdir. Bu həm də din və dövlət arasındakı münasibətin göstəricisidir”.

Daha çox

Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək

İyulun 7-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysini istifadəyə verəcək. SİA bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır. Avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da hərəkət edəcək. Reys üzrə aralıq məntəqə olaraq Xocalı, Xankəndi və Şuşa şəhərləri təyin edilmişdir. Avtobuslar Laçın şəhərindən saat 09:00, Şuşa şəhərindən 10:00, Xankəndi şəhərindən 10:30, Xocalı rayonundan isə 11:00-da yola düşəcək. Bakı-Laçın və əksinə istiqamətdə biletin…

Daha çox

Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Pakistan arasında bu ölkəyə investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Sənədi Azərbaycan tərəfindən nazir, Pakistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar imzalayıb. “Sənəd iki ölkə liderlərinin qarşılıqlı iqtisadi münasibətlərin və sərmayə tərəfdaşlığının daha da gücləndirilməsi barədə tapşırığının icrasına təkan verəcək”, – deyə M.Cabbarov qeyd edib.

Daha çox