…Namibiya hökuməti dövlət dəfn mərasimlərinə müvəqqəti qadağa qoyub. Moratorium 2026-cı ilin aprel ayına qədər qüvvədə olacaq. Hökumət bu qərarın səbəblərini açıqlamayıb, lakin BBC-nin verdiyi məlumata görə, ölkədə çətin maliyyə vəziyyətində bu dəfn mərasimlərinə nə qədər xərcləndiyinə dair kəskin tənqidlər olub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Namibiyada bir dövlət dəfn mərasiminin qiyməti son bir ildə kəskin şəkildə artıb. Belə ki, 2022/23-cü maliyyə ilində 23 nəfər dövlət təltifləri ilə dəfn edilib ki, bunun üçün büdcədən 2,1 milyon Namibiya dolları (təxminən 120 min dollar) xərclənib.
2024/25 maliyyə ilində dəfn mərasimləri artıq 2,2 milyon dollara başa gəlib. Səlahiyyətlilər fevral ayında vəfat edən Namibiyanın ilk prezidenti Sem Nujomanın cənazəsinin təntənəli şəkildə ölkə daxilində daşınmasına 1,7 milyon dollar xərcləyib.
İnformasiya və Kommunikasiyalar naziri Emma Teofelus BBC-yə bildirib ki, hökumət 2026-cı ilin aprel ayına qədər “dövlət dəfnlərinin verilməsi üçün meyar və prosesləri” araşdırmaq üçün xüsusi komissiya təyin edəcək.
Bununla belə, bundan əvvəl dövlət dəfn mərasiminə ehtiyac yaranarsa, Namibiyanın hazırkı prezidenti Netumbo Nandi-Ndayitva hər bir halda moratoriyi ləğv etmək səlahiyyətinə malikdir.
Əli Babayev