Fransanın mərkəzi hissəsində yerləşən Endr departamentində təkmühərrikli təyyarə qəzaya uğrayıb, pilot olub həlak olub. SİA Parisien qəzetinə istinadən xəbər verir ki, bu barədə departamentin yanğın-xilasetmə mərkəzindən bildirilib.
“Təyyarədə olan yeganə şəxs – 60-70 yaşlarında pilot həlak olub”, – mərkəzdən bildirilib.
Qəzaya səbəb mühərrikin sıradan çıxması olub.