Çexiya Senatı hökumətin təklifinə əsasən məhbusların və təkrar cinayətlərin sayının azalmasına, eləcə də büdcə xərclərinə qənaət edilməsinə səbəb olacaq Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. SİA xəbər verir ki, qərar bəzi senatorların, hətta daha ciddi cinayət və hüquq pozuntularına görə sərbəst şəkildə pul cərimələrinin təyin olunmasının mümkünlüyünə dair narahatlıqlarına baxmayaraq qəbul edilib. Dəyişikliklər alternativ cəza növlərinə üstünlük verir və bəzi əməlləri, məsələn, alimentin ödənilməməsini qismən cinayət məsuliyyətindən azad edir. Bundan əlavə, narkotik təsirli bitkilərin yetişdirilməsi və saxlanması ilə bağlı qaydalar da yumşaldılır. Prezidentin imzasına göndərilən qanun layihəsi həmçinin “uşaq sertifikatı”nın tətbiqini və…
Daha çoxDay: July 5, 2025
Qazaxıstan mediası Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb
Qazaxıstan mediası Baş nazir Oljas Bektenovun İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndi şəhərinə səfərini geniş işıqlandırıb. SİA-nın məlumatına görə, Qazaxıstanın Inform.kz, Kazlenta.kz, Kapital.kz, Ortcom.kz və Dknews.kz kimi informasiya resursları qeyd edir ki, sammit çərçivəsində İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusi diqqət nəqliyyat və logistika, energetika, iqlim təhlükəsizliyi, rəqəmsal transformasiya və digər sahələrdə qarşılıqlı fəaliyyətə yönəlib. Yayımlarda Qazaxıstan hökumət başçısının Trans-Əfqanıstan dəmir yolunun regionun iqtisadi inkişafı üçün əhəmiyyətini vurğuladığı bildirilir. Oljas Bektenovun “Turqundi–Herat” dəmir yolu xəttinin tikintisinə Qazaxıstanın sərmayə yatırmağa hazır olduğunu…
Daha çoxHƏMAS atəşkəs təklifinə cavab verdi
HƏMAS hərəkatı Qəzza sektorunda son atəşkəs təklifinə cavab verib. SİA xəbər verir ki, bu barədə qruplaşmanın bəyanatında deyilir. “HƏMAS cavabını vasitəçilərə çatdırıb. Hərəkat təkliflərin müzakirəsi ilə bağlı danışıqlara dərhal başlamağa hazırdır”, – deyə bildirilib. HƏMAS cavabın müsbət olduğunu açıqlayıb.
Daha çoxMəşhur reper tanınmaz halda
Sürətli şəkildə çəki itirən reper Lizzo yeni görünüşü ilə gündəmə gəlib. SİA xəbər verir ki, o, son halını əks etdirən fotonu “Instagram”da izləyiciləri ilə bölüşüb. 36 yaşlı reperin şəkli xeyli diqqət çəkib. Ona “Möhtəşəm görünürsən!”, “Çox arıqlamısan, səninlə fəxr edirəm”, “Çox gözəl görünürsən” kimi şərhlər yazılıb. Qeyd edək ki, daha öncə Lizzo məşhurlar arasında məşhur olan diabet dərmanı “Ozempic”dən istifadə edərək arıqlaması ilə bağlı xəbərləri təkzib edib. O, aylarla məşq etdiyini və kalori çatışmazlığı yaradaraq arıqladığını söyləyib.
Daha çoxBu gün Aşuradır
Bu gün Məhərrəm ayının 10-cu günü – Aşura Günüdür. SİA xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının məlumatına görə, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Son illər Məhərrəmlik dönəmində dindarları İslama yad olan əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri – Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və…
Daha çoxAzərbaycan tarazlığı indi təkcə Qafqazda dəyişmir..?
Kreml üçün bir sıra problemlər daha da kəskinləşib..? …Azərbaycan ən önəmlidir. Elə bilməyin ki, bunu təkcə mən deyirəm?.. Yadınızda olar, Amerikalı politoloq, sosioloq və dövlət xadimi Zbiqnev Bjezinski bunu hələ neçə illər bundan əvvəl lakonik şəkildə yekunlaşdırmışdı: müstəqil Azərbaycan olmadan Mərkəzi Asiya dövlətlərinin müstəqilliyinə çevrilmək/monetizasiya etmək son dərəcə çətindir. …Azərbaycan uzun illər gərgin işlərlə rus buxovlarından tədricən qurtulmağa şərait yaradıb. Hansı ki, təkcə Qafqazda tarazlığı dəyişməyə başladı. …Və ən sondan – bu, Qazaxıstan Prezidentinin Bakıya müraciətindən, eləcə də Özbəkistan Prezidentinin Azərbaycana…elə dünənki səfərindən də aydın…
Daha çox“Yekaterinburq hadisələri Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərə bilər”
“Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələr – Azərbaycanlılara və digər xalqlara qarşı edilən qeyri-etik davranışlar, zorakılıq halları cəmiyyətimizdə haqlı narahatlığa səbəb olub. Bu cür hallar nəinki insan hüquqları baxımından yolverilməzdir, həm də iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərmək potensialına malikdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında uzun illərə söykənən strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İqtisadi, siyasi və humanitar sahədə əməkdaşlıq davam edir. Lakin bu cür insidentlər, xüsusilə də milli azlıqlara qarşı qeyri-bərabər yanaşma, qarşılıqlı inamın zədələnməsinə səbəb ola bilər: “Bildiyiniz kimi,…
Daha çoxRusiyaya gətirilən minlərlə avtomobil beynəlxalq axtarışa verilib…
İnterpol bu avtomobilləri axtarır… …Paralel idxal sxemləri ilə Rusiyaya gətirilən minlərlə xarici avtomobil İnterpolun məlumat bazasına daxil olub. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu autonews.ru saytı aşkar edib. Salonlarda avtomobil alan avtomobil sahibləri nömrələri dəyişdirmək üçün Daxili İşlər Nazirliyinə müraciət etdikdə avtomobillərinin oğurlanmış kimi beynəlxalq axtarışda olduğunu aşkar edirlər. Avtomobil eksperti Kirill Çernov deyir ki, de-fakto oğurlanmış avtomobillərin satışı sxemi təxminən 30 ildir mövcuddur və paralel idxal zamanı bu, xüsusi sürət qazanıb. Çernovun fikrincə, “Dubay sxemi”nin mahiyyəti sadədir: avtomobil Qərb ölkələrindən birində…
Daha çoxXankəndi Qafqazın yeni inkişaf mərkəzinə çevriləcək
Səmimi olaraq əminliyimi bildirirəm ki, qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən mövqeyi sayəsində qədim Xankəndi şəhəri Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcək. SİA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib. Türkiyə lideri ECO-nun Zirvə görüşünün Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında keçirilməsindən məmnunluğunu ifadə edib. Rəcəb Tayyib Ərdoğan deyib: “Bu görüşün işğaldan azad edilmiş Xankəndində təşkil olunması tədbirə xüsusi əhəmiyyət və məna verir”.
Daha çoxECO ölkələri dayanıqlı inkişaf siyasətində iqlim dəyişmələri amilini nəzərə almalıdır
Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərindən ən çox təsirlənən bölgədə yerləşir. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin öz səylərini iqlim böhranına qarşı mübarizədə cəmləşdirməsini xüsusilə vacib hesab edirəm. SİA xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ECO-nun Xankəndində keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı ifadə edib. Türkiyə liderinin sözlərinə görə, ECO ölkələrinin milli davamlı inkişaf konsepsiyalarını iqlim dəyişikliyi amili nəzərə alınmaqla həyata keçirməsi çox vacibdir. Rəcəb Tayyib Ərdoğan diqqəti Ankaranın bəyan etdiyi ekoloji məqsədlərə, o cümlədən, 2053-cü ilə qədər atmosferi çirkləndirən emissiyaları sıfıra endirmək səylərinə də…
Daha çox