Siluanov BRİKS-in maliyyə gücünü qiymətləndirib


BRİKS ölkələrinin maliyyə aktivlərinin ümumi həcmi 60 trilyon dollar həddini keçib ki, bu da dünya səviyyəsinin yarısından çoxdur.

SİA-nın məlumatına görə, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.

O, həmçinin təkcə BRİKS-in deyil, həm də əhalisi artıq dünya əhalisinin demək olar ki, 70 faizini təşkil edən Qlobal Cənub ölkələrinin artan rolunu qeyd edib.

Onların dünya ümumi daxili məhsulunda payına gəlincə, bu, təxminən 60 faiz təşkil edib.

Bundan əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev bildirmişdi ki, hazırda BRİKS ölkələrinin daxili ticarətinin ümumi həcmi bir trilyon dollara çatıb.

Onun sözlərinə görə, bu, blok daxilində ticarət-iqtisadi əlaqələrin güclənməsindən, eləcə də onun qlobal bazarda artan rolundan danışır.

Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Moskva BRİKS ölkələrindən olan tərəfdaşları ilə müstəqil mexanizmlər və ödəniş infrastrukturu qurmağa davam edəcək.

Əli Babayev

Əlaqəli Xəbərlər