…OPEC+ neft paktı çərçivəsində hasilatı azaldan Rusiya, Qərbin sanksiyaları və aşağı rubl neft qiymətləri fonunda əvvəlki xammalın həcmini bazara qaytarmaqda çətinlik çəkir.
SİA-nın məlumatına görə, bu barədə Reuters analitiklərə istinadən yazır.
Bazarda tarazlıq yaratmaq üçün nəzərdə tutulan qlobal OPEC+ sazişinin yanvar ayında 9 yaşı tamam olacaq. Bununla belə, sazişdə iştirak edən 20-dən çox ölkə hasilatın azalması səbəbindən bazar payını iştirakçı olmayan istehsalçılara itirir.
Mənbələrin Reuters agentliyinə verdiyi məlumata görə, səkkiz OPEC+ ölkəsi, o cümlədən liderlər Rusiya və Səudiyyə Ərəbistanı, 2025-ci ilin yazından bazar payı uğrunda mübarizədə hasilatı artırmağa başlayıblar və avqust ayında gündəlik daha 411 min barel əlavə etməyi gözləyirlər.
Beləliklə, aprel-avqust aylarında bazara əvvəlki 2,2 milyon barellik azalmadan gündə təxminən 1,8 milyon barel daxil olmalıdır.
…Energetika və Maliyyə İnstitutundan Maksim Şevırenkov hesab edir ki, Rusiya neft istehsalçılarına əvvəllər azaldılmış həcmlərə qayıtmaq üçün daha iki-üç ay lazımdır.
…Yurdurma quyularının sayı azaldıqda lay təzyiqi aşağı düşür və müvafiq olaraq quyunun debiti də aşağı düşür. Suvurma quyuları yenidən hasilata qaytarıldıqda, lay təzyiqlərinin hasilatdan çıxarıldığı zamankı səviyyəyə qayıtması vaxt tələb edə bilər..?
Əli Babayev