Rus doğma şəhərində terror aktı törətməyi planlaşdırırmış…


…Mərkəzi Dairə Hərbi Məhkəməsi Çelyabinskdə inzibati binada terror aktı törətməyi planlaşdıran “Rusiya Azadlığı” legionunun tərəfdarını 20 il müddətinə azadlıqdan məhrum edib.

SİA-xəbər verir ki, bu barədə Lenta.ru-ya Federal Təhlükəsizlik Xidmətinin Çelyabinsk vilayəti üzrə İdarəsi məlumat verib.

Məhkəmənin müəyyən etdiyi kimi, həmin şəxs 2023-cü ilin noyabrında saxlanılıb. O, terror təşkilatına beyət edərək, şəhərin inzibati obyektlərindən birində terror aktı törətmək qərarına gəlib.

Bunun üçün hücumçu müdafiə sahəsində federal icra orqanının binalarında kəşfiyyat aparıb. O, dövlətə xəyanətdə, terrora cəhddə və terror təşkilatının fəaliyyətində iştirakda təqsirli bilinib.

Adam ilk beş ilini həbsdə, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Bundan əvvəl məlum olub ki, Pozdino vağzalını yandıran Kirovlu yeniyetmə terror aktı maddəsi ilə məhkəmə qarşısına çıxarılacaq.

Əli Babayev

Əlaqəli Xəbərlər