“Xankəndidə keçirilən ECO sammiti Azərbaycanın diplomatik uğurudur”

“Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) dövlət başçılarının sammiti, Azərbaycanın siyasi, iqtisadi və diplomatik tarixində mühüm bir dönüş nöqtəsidir. Bu, təkcə bir şəhərin bərpası və yenidənqurulması deyil, həm də regionun gələcək inkişaf trayektoriyasının müəyyənləşdirilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib. Onun sözlərinə görə, Xankəndidə ECO sammitinin keçirilməsi, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin praktik şəkildə tanınması və möhkəmləndirilməsi anlamına gəlir. İyirmi ildən artıq müddətdə münaqişə bölgəsi kimi tanınan şəhər indi beynəlxalq tədbirlərə ev sahibliyi edən bir mərkəzə çevrilir. Burada liderlərin iştirakı, Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyi gücləndirir və regionun…

Daha çox

Enerji sektorunda əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan və Qırğızıstan arasında enerji sektorunda əməkdaşlıq imkanları müzakirə edilib. SİA bu barədə Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istinadən xəbər verir. Məlumata görə, qurumun İdarə Heyətinin sədri Samir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru Bapa Janıbekovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. Görüş zamanı hər iki ölkənin enerji sistemləri barədə məlumat verilib, eləcə də enerji sistemlərində tezliklərin tənzimlənməsi, elektrik enerjisinin ixracı imkanları, enerji sisteminin balansına avtomatlaşdırılmış nəzarət və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq kimi məsələlərə toxunulub.

Daha çox

“Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır”

Tacikistan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır. SİA xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon EC-nın 17-ci Zirvə görüşündə bildirib. Onun sözlərinə görə, region ölkələri ilə ticari-iqtisadi əməkdaşlıq Tacikistanın xarici siyasətinin əsas istiqamətlərindən biridir: “Ticarət və maliyyə, enerji, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı regionun inkişafı üçün ilkin şərtdir. 2024-cü ildə Tacikistanın ticarət dövriyyəsində ECO-ya üzv ölkələrdəki payı 33 % təşkil edib. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 18 %-lik artım deməkdir. Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsinin artırmaqda maraqlıdır”.

Daha çox

“ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında enerji sahəsində əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. SİA xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon ECO-nun 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, regionun iqtisadi inkişafında enerji sahəsində əməkdaşlıq həlledici rol oynayır: “ECO-ya üzv ölkələr üçün vahid enerji bazarı strategiyasının hazırlanması zəruridir. Çünki sənaye sektoru bərpa olunan enerjidən istifadə imkanlarını genişləndirməli, bu isə öz növbəsində iqtisadi artımı dəstəkləməlidir. Hazırda Tacikistan bu istiqamətdə yeni iqtisadi artım strategiyasını həyata keçirməkdədir. Elektrik stansiyalarının qurulması və enerji istehsalının artırılması bu strategiyanın əsas hədəflərindən…

Daha çox

Baş prokuror Yardımlıda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev iyunun 4-də Yardımlı rayon prokurorluğunun inzibati binasında Yardımlı, Masallı, Cəlilabad rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. SİA xəbər verir ki, bu barədə Baş prokurorluq məlumat yayıb. Bildirilib ki, qəbulda iştirak edən 19 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib. Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret…

Daha çox

Ceyhun Bayramov Lana Zaki Anvar Zaki Nusseibeh ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Lana Zaki Anvar Zaki Nusseibeh ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan-BƏƏ dövlət başçıları arasında sıx dostluq və qardaşlıq münasibətlərinin əlaqələrimizin inkişafı üçün möhkəm təməl yaratdığı bildirilib, strateji tərəfdaşlığımızın daha da inkişaf etdirilməsində iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin rolundan bəhs olunub. İqtisadi, ticarət, investisiyalar, energetika və humanitar sahələrdə…

Daha çox

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası başlayıb. SİA xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 22 məsələnin müzakirə edilməsi nəzərdə tutulub. İclasda Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin edilməsi, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı ilə iki Anlaşma Memorandumun ratifikasiya edilməsi, “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi, eləcə də bir neçə qanun layihəsinə təklif olunan dəyişikliklər müzakirə olunacaq.

Daha çox

Prezident İlham Əliyev Donald Trampı təbrik edib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət veririk. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlığımız sıx…

Daha çox

Tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var

Bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa bu ölkənin Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir. “Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur”, – dövlət başçısının məktubunda qeyd olunub.

Daha çox