İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı. Sonra birgə foto çəkdirildi. Prezident İlham Əliyev Zirvə görüşündə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Hörmətli dövlət və hökumət başçıları. Hörmətli Zirvə görüşünün iştirakçıları. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz. Qazaxıstana ECO-ya uğurlu sədrliyi münasibətilə təşəkkürümü bildirirəm. Azərbaycan artıq üçüncü dəfədir…
Daha çoxDay: July 4, 2025
DİQQƏT: Sabahdan Hava yenidən dəyişir?
“İyulun 5 və 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 25-28 dərəcə isti olacaq. Bölgələrdə də yaxın iki gün ərzində yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi bəzi rayonlarda arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 28-32, dağlıq ərazilərdə isə…
Daha çoxBakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq
İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq, Alı Mustafayev küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən və Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsindən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.
Daha çoxİkitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşü çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb. Bu barədə SİA-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Son dövrlərdə ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikasının, siyasi dialoqumuzun intensivliyinin ikitərəfli münasibətlərimizin mahiyyətcə yeni mərhələyə keçməsində və daha da zənginləşdirilməsində əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb. Görüş zamanı iqtisadi əlaqələrin, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat…
Daha çoxİnsanlar niyə tənqidə dözümsüz olub?
“İnsanlar niyə tənqidə dözümsüz olur? Bu sual sadə görünsə də, cavabı insan psixikasının dərin qatlarına gedib çıxır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Almara Ağaqızı deyib. Onun sözlərinə görə, psixoloji baxımdan, insanın ən təməl ehtiyaclarından biri özünü qorumaq və qəbul edilməkdir. Tənqid isə çox zaman bu ehtiyaclara “təhlükə siqnalı” kimi təsir edir. Xüsusilə şəxsiyyətə yönəlmiş və ya haqsız görünən tənqidlər insanın daxili balansını poza bilər. Psixologiyada “ego müdafiə mexanizmləri” deyilən anlayış var. İnsan beyni, xüsusilə də limbik sistem – yəni emosional reaksiya mərkəzi – tənqidi çox vaxt təhlükə kimi qəbul edir.…
Daha çoxHumanitar sahələrdə və beynəlxalq təşkilatlarda əməkdaşlıq müzakirə edilib
Berlin şəhərində Azərbaycan və Almaniya Federativ Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili Konrad Arz von Straussenburq rəhbərlik edib. Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin cari durumu müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. İqtisadi, enerji,…
Daha çoxSamir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru ilə görüşüb
İyulun 4-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru Bapa Janıbekovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, görüş zamanı hər iki ölkənin enerji sistemləri barədə məlumat verilib, eləcə də enerji sistemlərində tezliklərin tənzimlənməsi, elektrik enerjisinin ixracı imkanları, enerji sisteminin balansına avtomatlaşdırılmış nəzarət və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq kimi məsələlərə toxunulub. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Daha çoxLahor 2027-ci il üçün ECO-nun eko-turizm paytaxtı seçilib
Pakistanın Lahor şəhəri 2027-ci il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) eko-turizm paytaxtı seçilib. SİA xəbər verir ki, bu barədə Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə bildirib.
Daha çoxAzərbaycanda rusdilli məktəblər bağlanmalıdır? – Paytaxt sakinləri DANIŞDI
Müasir dövrdə qloballaşan dünyada çoxdilli təhsil sistemi ölkələrin sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynayır. Azərbaycanda rus dili tarixi və ictimai əhəmiyyəti baxımından xüsusi yer tutur. Ölkəmizin çoxmillətli və çoxdilli cəmiyyət olması rus dilinin tədrisini yalnız kommunikativ alət kimi deyil, həm də strateji və mədəni körpü kimi dəyərləndirməyə əsas verir. Məktəblərdə rus dili dərslərinin keçirilməsi, şagirdlərin dil bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların dünya ədəbiyyatına, elmi mənbələrə və beynəlxalq informasiya məkanına çıxışını da genişləndirir. Bəs artıq rus dilinin keçirilməsinə davam edilməlidirmi? SİA bu barədə şəhər sakinlərinin fikirlərini öyrənib. Şəhər sakini Mənzurə…
Daha çoxİkitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Lana Zaki Anvar Zaki Nusseibeh ilə görüşüb. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş zamanı dövlət başçıları arasında sıx dostluq və qardaşlıq münasibətlərinin əlaqələrimizin inkişafı üçün möhkəm təməl yaratdığı bildirilib, strateji tərəfdaşlığımızın daha da inkişafında iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin rolundan bəhs olunub. İqtisadi, ticarət, investisiyalar, energetika və humanitar sahələrdə əməkdaşlıq, habelə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı…
Daha çox