Zelenski Trampla telefonla danışıb…

İlk təfərrüatlar məlum olub… Bu gün, iyulun 4-də Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp telefonla danışıblar. Onların söhbəti Amerikanın Ukraynaya bəzi əsas hərbi yardım növlərinin çatdırılmasında fasilə yaranıb. SİA-nın məlumatına görə, “RBC-Ukrayna” Trampla Zelenski arasındakı söhbəti daha ətraflı yazır. Yermakdan ilk təfərrüatlar Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak bildirib ki, prezidentlər arasında danışıqlar artıq baş tutub. – Prezidentlər arasında çox mühüm və mənalı söhbət olub. O qeyd edib ki, bütün təfərrüatlar çox yaxında məlum olacaq. Qərb mediasından məlumat “Axios”-un müxbiri Barak…

Daha çox

Sosial sığorta ödəmələri 13,7 faiz artıb

Cari ilin yanvar-iyun aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 146 milyon manata yaxın olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz və ya 378,1 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,3 faiz artaraq 2 milyard 47,3 milyon manat təşkil edib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artıb…

Daha çox

MM şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsini I oxunuşda təsdiqləyib

Milli Məclis (MM) şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatlarının əlavə edilməsi təklifini birinci oxunuşda təsdiqləyib. SİA xəbər verir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, dəyişiklik layihəsi Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb. Məlumata görə, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət…

Daha çox

ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir

ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir. SİA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib. Onun sözlərinə görə, İrana hücumlar nəticəsində çox böyük insan və maddi itkilər oldu: “Təbii ki, silahlı qüvvələrimiz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 57-ci maddəsinə uyğun olaraq, İranın şərəfli xalqını, onun milli suverenliyini, ölkənin ərazi bütövlüyünü qanuni şəkildə müdafiə edərək bölgədə müharibənin yayılmasının qarşısını aldı”. İran prezidenti region ölkələrinin rəsmilərinin, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin son böhran zamanı tutduğu mövqelərə təşəkkürünü bildirib: “İslam Əməkdaşlıq Təşkilatının…

Daha çox

Gürcüstan ABŞ-a qarşılıqlı faydalı “yol xəritəsi” hazırlamağı təklif edir

Gürcüstan hakimiyyəti ABŞ-a Ağ Evin əvvəlki administrasiyası dövründə pisləşən münasibətləri düzəltmək üçün qarşılıqlı faydalı “yol xəritəsi” hazırlamağı təklif edib. SİA-nın məlumatına görə, bu barədə “Vzqlyad” qəzeti yazır. …Biz öz tərəfimizdən bir addım atdıq, açıq şəkildə bəyan etdik ki, ABŞ ilə strateji tərəfdaşlığı təmiz şiferlə bərpa etməyə hazırıq. Üstəlik, oturub bu strateji tərəfdaşlıq üçün qarşılıqlı faydaları əks etdirən konkret “yol xəritəsi”ni tərtib etməyə hazırıq. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib. O əlavə edib ki, Gürcüstan səbirlə Vaşinqtondan qarşılıqlı addımlar gözləyir. May ayında hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş…

Daha çox

“Bu cür təşəbbüslər sadəcə şou xarakteri daşıyır”

“Plastikdən imtina real nəticə verə bilər, lakin bu, tədbirin miqyasından və ona yanaşmanın ciddiliyindən asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib. O bildirib ki, bu məsələnin həm müsbət, həm də tənqid olunan mənfi tərəfləri mövcuddur: “Plastik tullantıların azaldılması, xüsusilə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların – məsələn, torbalar, butulkalar, qab-qacaq və digər əşyaların istifadəsinin məhdudlaşdırılması – ətraf mühitin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynaya bilər. Bu cür plastiklər istifadədən dərhal sonra atıldığından təbiətə ciddi zərər yetirir. Əgər ətraf mühitin çirklənməsinin qarşısını almaq istəyiriksə, bu…

Daha çox

İnsanlar nəyə görə həkimə getməkdənsə, internetdən özünə diaqnoz qoyur?

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı insanların sağlamlıqla bağlı davranışlarını da köklü şəkildə dəyişib. Xüsusilə internetin əlçatan və sərhədsiz məlumat mənbəyinə çevrilməsi nəticəsində bir çox insan sağlamlıq problemləri ilə üzləşdikdə ilk olaraq həkimə yox, axtarış sistemlərinə müraciət edir. Bəzi hallarda bu, vaxt və maddi resurslara qənaət kimi dəyərləndirilsə də, çox zaman yanlış və ya qeyri-dəqiq diaqnozlara, hətta ciddi sağlamlıq risklərinə gətirib çıxara bilir. Bəs insanlar nəyə görə peşəkar tibbi yardımı gözardı edərək, internetdə özünə diaqnoz qoymağa üstünlük verirlər? SİA mövzu ilə bağlı sosioloq Elçin Bayramlı və sosioloq Üzeyir Şəfiyevin fikirlərini…

Daha çox

ECO-nun potensialı region ölkələrinin inkişafına kömək edə bilər

ECO-nun potensialı region ölkələrinin inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər. SİA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib. Onun sözlərinə görə, qonşuluq siyasəti İranın iqtisadi diplomatiyası üçün prioritet olaraq qalır: “Bizim üçün ECO qonşularla əməkdaşlığın həyata keçirildiyi təşkilatdır və bu baxımdan o, çoxtərəfli iqtisadi diplomatiyamızda ön planda dayanır. ECO-nun potensialı və imkanları region ölkələrinin və bütün regionun inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər”.

Daha çox

“Dövlət müəssisələrinin özəlləşdirilməyə hazırlanması məqsədəuyğun sayılır”

“Dövlət müəssisələrinin özəlləşdirilməsi zərurəti iqtisadi ədəbiyyatda və dünya təcrübəsində geniş şəkildə əsaslandırılmışdır. İqtisadi elm və beynəlxalq praktika göstərir ki, özəl sektor idarəetmə və təsərrüfat fəaliyyəti baxımından daha effektiv, səmərəli və nəticəyönümlü olur. Bunun əsas səbəbi şəxsi sahibkarlıq maraqlarının, yəni fərdi qazanc motivasiyasının daha rasional və operativ idarəetmə qərarlarına gətirib çıxarmasıdır. Bu müddəa həm nəzəri, həm də empirik şəkildə sübut olunmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, müəyyən sahələr var ki, onların strateji və ya sosial əhəmiyyətinə görə dövlətin iştirakı vacib sayılır: “Xüsusilə iqtisadi böhran…

Daha çox