“Plastikdən imtina real nəticə verə bilər, lakin bu, tədbirin miqyasından və ona yanaşmanın ciddiliyindən asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib. O bildirib ki, bu məsələnin həm müsbət, həm də tənqid olunan mənfi tərəfləri mövcuddur: “Plastik tullantıların azaldılması, xüsusilə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların – məsələn, torbalar, butulkalar, qab-qacaq və digər əşyaların istifadəsinin məhdudlaşdırılması – ətraf mühitin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynaya bilər. Bu cür plastiklər istifadədən dərhal sonra atıldığından təbiətə ciddi zərər yetirir. Əgər ətraf mühitin çirklənməsinin qarşısını almaq istəyiriksə, bu…
Daha çoxDay: July 4, 2025
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasının vaxtı açıqlanıb
Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası iyulun 8-də olacaq. SİA xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü iclasının sonunda məlumat verib. O qeyd edib ki, iclasın gündəliyi barədə ətraflı məlumat veriləcək.
Daha çoxİnsanlar nəyə görə həkimə getməkdənsə, internetdən özünə diaqnoz qoyur?
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı insanların sağlamlıqla bağlı davranışlarını da köklü şəkildə dəyişib. Xüsusilə internetin əlçatan və sərhədsiz məlumat mənbəyinə çevrilməsi nəticəsində bir çox insan sağlamlıq problemləri ilə üzləşdikdə ilk olaraq həkimə yox, axtarış sistemlərinə müraciət edir. Bəzi hallarda bu, vaxt və maddi resurslara qənaət kimi dəyərləndirilsə də, çox zaman yanlış və ya qeyri-dəqiq diaqnozlara, hətta ciddi sağlamlıq risklərinə gətirib çıxara bilir. Bəs insanlar nəyə görə peşəkar tibbi yardımı gözardı edərək, internetdə özünə diaqnoz qoymağa üstünlük verirlər? SİA mövzu ilə bağlı sosioloq Elçin Bayramlı və sosioloq Üzeyir Şəfiyevin fikirlərini…
Daha çoxECO-nun potensialı region ölkələrinin inkişafına kömək edə bilər
ECO-nun potensialı region ölkələrinin inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər. SİA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib. Onun sözlərinə görə, qonşuluq siyasəti İranın iqtisadi diplomatiyası üçün prioritet olaraq qalır: “Bizim üçün ECO qonşularla əməkdaşlığın həyata keçirildiyi təşkilatdır və bu baxımdan o, çoxtərəfli iqtisadi diplomatiyamızda ön planda dayanır. ECO-nun potensialı və imkanları region ölkələrinin və bütün regionun inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər”.
Daha çox“Dövlət müəssisələrinin özəlləşdirilməyə hazırlanması məqsədəuyğun sayılır”
“Dövlət müəssisələrinin özəlləşdirilməsi zərurəti iqtisadi ədəbiyyatda və dünya təcrübəsində geniş şəkildə əsaslandırılmışdır. İqtisadi elm və beynəlxalq praktika göstərir ki, özəl sektor idarəetmə və təsərrüfat fəaliyyəti baxımından daha effektiv, səmərəli və nəticəyönümlü olur. Bunun əsas səbəbi şəxsi sahibkarlıq maraqlarının, yəni fərdi qazanc motivasiyasının daha rasional və operativ idarəetmə qərarlarına gətirib çıxarmasıdır. Bu müddəa həm nəzəri, həm də empirik şəkildə sübut olunmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, müəyyən sahələr var ki, onların strateji və ya sosial əhəmiyyətinə görə dövlətin iştirakı vacib sayılır: “Xüsusilə iqtisadi böhran…
Daha çoxPrezident İlham Əliyev Zirvə görüşündə çıxış edib
İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı. Sonra birgə foto çəkdirildi. Prezident İlham Əliyev Zirvə görüşündə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Hörmətli dövlət və hökumət başçıları. Hörmətli Zirvə görüşünün iştirakçıları. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz. Qazaxıstana ECO-ya uğurlu sədrliyi münasibətilə təşəkkürümü bildirirəm. Azərbaycan artıq üçüncü dəfədir…
Daha çoxDİQQƏT: Sabahdan Hava yenidən dəyişir?
“İyulun 5 və 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 25-28 dərəcə isti olacaq. Bölgələrdə də yaxın iki gün ərzində yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi bəzi rayonlarda arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 28-32, dağlıq ərazilərdə isə…
Daha çoxBakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq
İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq, Alı Mustafayev küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən və Əbdülvahab Salamzadə küçəsinin Xutor tunelinə giriş hissəsindən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.
Daha çoxİkitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşü çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb. Bu barədə SİA-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Son dövrlərdə ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikasının, siyasi dialoqumuzun intensivliyinin ikitərəfli münasibətlərimizin mahiyyətcə yeni mərhələyə keçməsində və daha da zənginləşdirilməsində əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb. Görüş zamanı iqtisadi əlaqələrin, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat…
Daha çoxİnsanlar niyə tənqidə dözümsüz olub?
“İnsanlar niyə tənqidə dözümsüz olur? Bu sual sadə görünsə də, cavabı insan psixikasının dərin qatlarına gedib çıxır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Almara Ağaqızı deyib. Onun sözlərinə görə, psixoloji baxımdan, insanın ən təməl ehtiyaclarından biri özünü qorumaq və qəbul edilməkdir. Tənqid isə çox zaman bu ehtiyaclara “təhlükə siqnalı” kimi təsir edir. Xüsusilə şəxsiyyətə yönəlmiş və ya haqsız görünən tənqidlər insanın daxili balansını poza bilər. Psixologiyada “ego müdafiə mexanizmləri” deyilən anlayış var. İnsan beyni, xüsusilə də limbik sistem – yəni emosional reaksiya mərkəzi – tənqidi çox vaxt təhlükə kimi qəbul edir.…
Daha çox