Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci zirvə toplantısı çərçivəsində Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Son dövrlərdə ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikasının və siyasi dialoqumuzun intensivliyinin ikitərəfli münasibətlərimizin mahiyyətcə yeni mərhələyə keçməsində və daha da zənginləşdirilməsində əhəmiyyətli rol oynadığı vurğulanıb. Görüş zamanı iqtisadi əlaqələr, ticarət, investisiya, enerji təhlükəsizliyi,…

Daha çox

Pakistan ordusundan əməliyyat

Son üç gün ərzində Əfqanıstandan Pakistana qaçaq yolla keçməyə çalışan 30 silahlı şəxs zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb. “Təhlükəsizlik qüvvələrimiz yüksək peşəkarlıq göstərərək ehtimal olunan bir fəlakətin qarşısını aldı”- məlumatda bildirilib. Xatırladaq ki, ötən həftə Pakistanın Əfqanıstanla sərhəd bölgəsində terror aktı baş vermiş və nəticədə 16 Pakistan əsgəri həlak olmuşdu. Rəsmi İslamabad bu cür terror aktlarının arxasında Hindistanın olduğunu iddia edir.

Daha çox

Çində Şanxay Əməkdaşlıq Təşkilatının xalq diplomatiyası forumu keçirilir

Çinin Şenyan şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xalq diplomatiyası və qardaşlaşmış şəhərlər forumu keçirilir. SİA xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin və Liaonin əyalət hökumətinin birgə təşkil etdiyi foruma ŞƏT-in üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan ölkələrin rəsmi şəxsləri, dövlət və hökumət qurumlarının, ictimai təşkilatların, araşdırma mərkəzlərinin nümayəndələri, elm adamları, ümumilikdə 400-dən çox iştirakçı qatılıb. “Xalqlar arasında dostluğun möhkəmləndirilməsi, dayanıqlı inkişafın gücləndirilməsi” mövzusuna həsr olunan forumda Azərbaycanı Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti təmsil edir.

Daha çox

Suveren Azərbaycanda kənd təsərrüfatının rəqəmsal siyahıyaalınması

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla heç vaxt barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün böyük əzm və qətiyyət göstərdi. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə torpaqlarımızın işğalına son qoyuldu. Vətən müharibəsi dövründə Azərbaycan…

Daha çox

Strateji tərəfdaşlıqdan müttəfiqliyə uzanan yol

Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri Türk dövlətləri ilə dostluq əlaqələrinin möhkəmləndirilməsi, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Türk dünyasının beynəlxalq səviyyədə nüfuzunun artması üçün həyata keçirilən layihələr, dövlətlərarası münasibətlərin yüksək səviyyəyə çatdırılmasıdır. Azərbaycan coğrafi baxımdan həm Türkiyə, həm də Mərkəzi Asiyada yerləşən Türk dövlətləri arasında körpü rolunu oynayır. Bununla yanaşı, ölkəmiz Türk xalqları arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm vasitəçi və birləşdirici qüvvə missiyasını uğurla yerinə yetirir. Azərbaycan Respublikasının dostluq və qardaşlıq əlaqələrinə söykənən münasibət qurduğu Mərkəzi Asiya dövlətlərindən biri də Özbəkistan Respublikasıdır. Azərbaycan…

Daha çox

Bakıda küləyin sürəti 28 m/s təşkil edir

Azərbaycanda iyulun 4-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Balakəndə 5, Sarıbaş (Qax), Kəlbəcər, Göygöl, Zaqatala, Gədəbəy, Laçın, Qubadlı, Şəmkir, Şəki, Qusar, Qrız, Ağstafa və Daşkəsəndə 3 mm-dir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Culfada 21, Neftçalada 20, Naftalan və Mingəçevirdə 18 m/s-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatır.

Daha çox

Azərbaycan və Pakistan əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını təsdiqləyiblər

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə pakistan həmkarı İshaq Dar arasında görüş keçirilib. SİA bu barədə Pakistan XİN başçısının “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Tərəflər ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə edib, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını təsdiq edib və yüksək səviyyəli fikir mübadiləsinin əhəmiyyətini qeyd ediblər. “Biz yüksək səviyyəli son mübadilələrin ikitərəfli əlaqələrimizi daha da gücləndirdiyini təsdiq etdik və müxtəlif sektorlarda əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi ifadə etdik”, – paylaşımda qeyd olunur. İshaq Dar Azərbaycanı sammitin uğurla…

Daha çox

Türkiyədəki yanğınlarda 2 nəfər öldü

Türkiyənin İzmir şəhərində baş vermiş meşə yanğınlarında iki nəfər həyatını itirib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, 81 yaşlı yataq xəstəsi İbrahim Erkan və meşə işçisi İbrahim Demir vəfat edib. Qeyd edək ki, artıq İzmirin Çeşme və Ödemiş rayonlarında meşə yanğınlarına müdaxilə üçüncü gündür davam edir. Ödemişdə Tosunlar və Suçıktı məhəllələri ehtiyat tədbiri olaraq boşaldılıb.

Daha çox

“Məişət zorakılığına qarşı birlik” adlı layihə Qax şəhərində icra edilib

İyulun 2-də Qax şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin icra etdiyi “Məişət zorakılığına qarşı birlik” adlı layihə çərçivəsində tədbir keçirilib. Tədbirdə Yazıçılar Birliyinin üzvü, yazıçı-şairə Səriyyə Vəlizadə, şairə Solmaz El qızı, Zaqatala rayon üzrə “Dünya ana və Uşaqlar Birliyinin sədri, Dünyaxəbər-TV nin Zaqatala üzrə nümayəndəsi Xanım Nurullayeva, Dünyaxəbər -TV-nin region üzrə rəhbəri Fərid Surxayev iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məişət zorakılığının geniş vüsət alması və bu sahədə…

Daha çox