“Məişət zorakılığına qarşı birlik” adlı layihə Qax şəhərində icra edilib

İyulun 2-də Qax şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin icra etdiyi “Məişət zorakılığına qarşı birlik” adlı layihə çərçivəsində tədbir keçirilib. Tədbirdə Yazıçılar Birliyinin üzvü, yazıçı-şairə Səriyyə Vəlizadə, şairə Solmaz El qızı, Zaqatala rayon üzrə “Dünya ana və Uşaqlar Birliyinin sədri, Dünyaxəbər-TV nin Zaqatala üzrə nümayəndəsi Xanım Nurullayeva, Dünyaxəbər -TV-nin region üzrə rəhbəri Fərid Surxayev iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məişət zorakılığının geniş vüsət alması və bu sahədə…

Daha çox

Avro və rubl ucuzlaşdı

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. SİA xəbər verir ki, lirənin manat qarşısında dəyəri 0.23% artaraq 0.0427 manata bərabər olub. Avronun məzənnəsi 0.07% azalaraq 1 avro 2.0029, rublun məzənnəsi isə 0.53% ucuzlaşaraq 100 rubl 2.1438 manata enib.

Daha çox

Tacikistan Prezidenti ECO sammitində iştirak etmək üçün Azərbaycana yola düşüb

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) liderlərinin iclasında iştirak etmək üçün Azərbaycana yola düşüb. SİA tacik liderinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Emoməli Rəhmonun səfəri zamanı onu xarici işlər naziri, prezidentin xarici əlaqələr üzrə və iqtisadi məsələlər üzrə köməkçiləri, iqtisadi inkişaf və ticarət naziri, nəqliyyat naziri və digər rəsmi şəxslər müşayiət edirlər. Qeyd edək ki, ECO liderlərinin sammiti bu gün Xankəndi şəhərində Türkiyə, Özbəkistan, Qırğızıstan və Türkmənistan da daxil olmaqla 10 üzv ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə başlayır. Sammitdə müşahidəçi qismində ŞKTC nümayəndə heyəti də…

Daha çox

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,07 ABŞ dolları, yaxud 1,46 % artaraq 74,68 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,14 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,10 ABŞ dolları və ya 1,52 % artaraq 73,43 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin…

Daha çox

Güclü külək, yağış, dolu – Günün havası

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.…

Daha çox

Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib

Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib. SİA Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, bir sıra yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Hal-hazırda: 1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Daha çox

ABŞ Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin etdi

Rəsmi Vaşinqton Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib. SİA xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Emi Karlon təyin edilib. Onun bu həftə Bakıya gəldiyi qeyd olunub. Emi Karlon 2022-2024-cü illərdə Xarici Xidmət İnstitutunda Siyasi Təlim Direktoru vəzifəsində çalışıb. Əvvəllər o, Şərqi Asiya və Sakit Okean Məsələləri Bürosunda Avstraliya, Yeni Zelandiya və Sakit Okean adaları üzrə direktor müavini olub (2020-2022). O, həmçinin ABŞ-nin Yunanıstandakı səfirliyində (2016-2019) və ondan əvvəl İndoneziya, Avstriya və Rusiyada Siyasi Müşavir vəzifəsində çalışıb. O, ABŞ Dövlət Departamentinin Avropa və…

Daha çox