Ağ Ev rəhbəri bir detala aydınlıq gətirib… ABŞ prezidenti Donald Tramp deyib ki, Amerika Ukraynaya silah verməkdə davam edir. SİA-nın məlumatına görə, bu barədə Fox News xəbər verir. …Biz dayandırmamışıq, biz silah veririk. Amma biz o qədər silah verdik… və onlara kömək etməyə çalışırıq. Bayden silah təmin etməklə bütün ölkəmizi viran qoydu və biz özümüz üçün kifayət qədər silahımız olduğundan əmin olmalıyıq. Təbii ki, çümlələr rabitəsiz olsa da, hər halda bunu Tramp deyib. Əli Babayev
Daha çoxDay: July 4, 2025
MM iki Anlaşma Memorandumunu ratifikasiya edib
Milli Məclis Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iki Anlaşma Memorandumunu ratifikasiya edib. SİA-nın məlumatına görə, bununla bağlı məsələ parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb. İclasda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına…
Daha çoxRomada güclü partlayış olub
İtaliyanın paytaxtı Roma şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər xəsarət alıb. Yaralılar arasında polis, yanğınsöndürən və tibb işçiləri də var. Bildirilib ki, hadisə yerli vaxtla 8:15-də baş verib. Belə ki, ard-arda 2 partlayış olub və məktəbin yaxınlığında baş verdiyi ehtimal olunur. Həmçinin partlayışdan sonra baş verən yanğın yaxınlıqdakı depoya keçib, yaranan şok dalğası isə yaxınlıqdakı binalara ziyan vurub.
Daha çoxPakistanın Baş naziri Xankəndiyə gəlib
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Xankəndiyə gəlib. SİA xəbər verir ki, qonağı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.
Daha çoxƏrdoğan Azərbaycana səfərə gəlib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycan Respublikasına səfərə gəlib. SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Daha çoxİsrail ordusu İrana qarşı yeni plan hazırlayır
İsrail ordusu İranın İsrail üçün təhdidini aradan qaldırmaq üçün ətraflı bir plan hazırlayır. SİA xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib. Onun sözlərinə görə, ordu həm kəşfiyyat, həm də hücum qabiliyyəti cəhətindən hazırlıqlı olmalıdır ki, İran əvvəlki hərbi gücünü bərpa etmək iqtidarında olmasın. Qeyd edək ki, İran və İsrail arasında 12 gün davam edən münaqişə iyunun 24-də atəşkəslə başa çatıb.
Daha çoxMilli Observatoriyanın yaradılmasından 6 il ötür
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 6 il ötür. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Milli Observatoriya əmək, məşğulluq, sosial müdafiə, demoqrafiya sahələri üzrə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə monitorinq, təhlil və tədqiqat, proqnozlaşdırma işlərini yerinə yetirir. Həmin fəaliyyəti ilə, eyni zamanda, əmək bazarının dinamikasına uyğun çevik yanaşmaların formalaşdırılmasına, sosial siyasətin elmi əsaslarla qurulmasına və məşğulluq sahəsində dövlət proqramlarının inkişafına dəstək verir. Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyənləşdirilməsi Milli Observatoriyanın…
Daha çoxQazaxıstanın Baş naziri Azərbaycanda səfərdədir
Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib. SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qazaxıstanın Baş naziri Oljas Bektenovu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Daha çox“Azərbaycan iqtisadiyyatının əsas investisiya ehtiyacı müharibə dövründə olub”
“Yerli istehsal müəssisələrinin beynəlxalq tədarük zəncirlərinə inteqrasiyası və qlobal iqtisadiyyata adaptasiyası iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə beynəlxalq iqtisadi sistemə səmərəli inteqrasiya üçün ilk növbədə mövcud istehsalatın rəqabətqabiliyyətli olması əsas şərtlərdəndir. Rəqabətqabiliyyətin təmin olunması üçün istehsal olunan məhsullar həm keyfiyyət baxımından beynəlxalq standartlara cavab verməli, həm də müasir texnoloji əsaslara söykənən istehsal prosesləri ilə müşayiət olunmalıdır. Bu, maya dəyərinin aşağı düşməsi və nəticə etibarilə məhsulun xarici bazarda rəqabətə davamlı olmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib. Onun sözlərinə görə, lakin qeyd edilən bu iki…
Daha çoxTacikistan Prezidenti Azərbaycana səfərə gəlib
Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib. SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Tacikistan Prezidenti Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Daha çox