Çinin Şenyan şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xalq diplomatiyası və qardaşlaşmış şəhərlər forumu keçirilir. SİA xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin və Liaonin əyalət hökumətinin birgə təşkil etdiyi foruma ŞƏT-in üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan ölkələrin rəsmi şəxsləri, dövlət və hökumət qurumlarının, ictimai təşkilatların, araşdırma mərkəzlərinin nümayəndələri, elm adamları, ümumilikdə 400-dən çox iştirakçı qatılıb.
“Xalqlar arasında dostluğun möhkəmləndirilməsi, dayanıqlı inkişafın gücləndirilməsi” mövzusuna həsr olunan forumda Azərbaycanı Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti təmsil edir.