Azərbaycan Prezidenti Lukaşenkonu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: Hörmətli Aleksandr Qriqoryeviç. “Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün dost Belarus xalqını dövlət bayramı – Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycan ilə Belarusu ənənəvi sıx dostluq və qarşılıqlı dəstək əlaqələri birləşdirir. Ölkələrimiz arasında ildən-ilə yeni məzmunla zənginləşən əməkdaşlığın yüksək dinamikasını məmnunluqla qeyd etmək istərdim. Sevindirici haldır ki, biz dövlətlərarası dialoqun inkişafında, iqtisadi-ticari əməkdaşlığın möhkəmlənməsində və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsində yaxşı səviyyəyə çatmışıq. İnanıram ki, Azərbaycan ilə Belarus arasında bütün…

Daha çox

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. SİA xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına görüləcək işlər və “Ağdam-Xankəndi dəmir yolu” layihəsi barədə məlumat verdilər. Bildirildi ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti…

Daha çox

Şavkat Mirziyoyev Bakıda Zəfər parkını ziyarət edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Bakıda Zəfər parkını ziyarət edib. SİA xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Xatırladaq…

Daha çox

Sabah hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-22°…

Daha çox

“İlham Əliyevin fəaliyyətləri ECO-ya üzv ölkələr tərəfindən də yüksək dəyərləndirilir”

“Azərbaycanın regionda və dünyada nüfuzu artır. Artan nüfuz kontekstində beynəlxalq təşkilatlar və dövlətlərlə münasibətlərin yeni müstəviyə keçirilməsi Azərbaycanın nə qədər marağındadırsa, qarşılıqlı şəkildə ayrı-ayrı dövlətlər və təşkilatlar da Azərbaycanla münasibətlərin dərinləşdirilməsinə xüsusi maraq göstərirlər. Bu amilin özü Azərbaycanın yerləşdiyi mövqe ilə bağlıdırsa, daha vacibi isə dövlətimizin sərgilədiyi münasibətlə birbaşa əlaqəlidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, Azərbaycan istənilən əməkdaşlıqda hörmətə, qarşılıqlı marağa söykənir, münasibətlərin hər iki tərəfə dividendlər gətirməsinə önəm verir: “Belə tərəflərdən biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. İqtisadi sahədə əməkdaşlığı ana xətt kimi…

Daha çox

“Hər iki ölkənin bir-birilərinə qarşı iddiaları mövcuddur”

“İranla-İsrail arasında gedən münasibətlərin olduqca dərin kökləri var. Hər iki ölkənin bir-birilərinə qarşı iddiaları mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Siyasətçi bildirib ki, İran islam inqilabından sonra dünyada islam ölkələrinin lider dövlətinə çevrilmək istəyir: “Bir sözlə İran şiə ölkələrinin liderinə çevrilmək istəyir. Bununla yanaşı İran süni məzhəbinə xidmət edən şəxslərində hüquqlarını müdafiə edir. Bunun nəticəsində isə İran Fələstinin müdafiəsini məsələsini seçib. 1970-ci illərdə islam inqilabı başlayanda ən vacib məsələlərdən biri də Fələstin idi. Bəzi dövlətlər İsraili, bəziləri isə Fələstin dövlətinin tərəfini müdafiəsini seçdi.…

Daha çox

Bəzi rayonlara yağış yağıb, külək güclənib

Azərbaycanda iyulun 3-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Balakəndə 33, Sarıbaşda (Qax) 14, Zaqatalada 11, Tovuzda 5, Ağstafa və Şəkidə 3, Ceyrançöl, Gədəbəy və Şahbuzda 2, Daşkəsən, Göygöl, Şəmkir, Kəlbəcər, Laçın, Qubadlı, Laza (Qusar) və Lerikdə 1 mm-dir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncədə 19 m/s-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır. Havanın maksimal…

Daha çox

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib. SİA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən…

Daha çox

“Yekaterinburqda baş verən hadisə hər bir azərbaycanlını narahat edir”

“Rusiyanın Yekaterinburq şəhərində yaşayan Səfərovlar ailəsi ilə bağlı baş verən hadisələr Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurub. Bu cür yanaşma, xüsusilə hüquq-mühafizə orqanlarının ailəyə qarşı göstərdiyi münasibət nə hüquqi çərçivədə, nə də Rusiya–Azərbaycan əlaqələrinin ruhuna uyğun hesab oluna bilməz”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti və ictimaiyyəti bu məsələyə prinsipial və qəti mövqe sərgiləyib:“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının bir vətəni var – o da Azərbaycandır. Dövlətimiz daim öz vətəndaşlarının və soydaşlarının yanında olub, onların…

Daha çox