Uğurlu gələcək, işıqlı sabah

İyulun 3-də Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mirzə Quliyev, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları və partiya üzvləri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar. Tədbirdə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və vəfat etmiş partiya üzvlərinin əziz xatirəsi…

Daha çox

Biz yeni Masallını gördük…

Füsunkar təbiətə malik Cənub bölgəsinin ən abad və yaşıl rayonlarından biri də Masallıdır. Son 3 ildə Masallının yaşıllğın tikinti işlərinin daha bir ünvanına çevrilməsini desək, yanılmarıq. Bu da möhtərəm Prezidentin uğurlu kadr siyasətinin nəticəsidir. Bir çox məsul vəzifələrdə çalışan Araz Əhmədovun Prezidentin sərəncam ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi rayona yeni ab-hava gətirdi. Başçının özünəməxsus iş üslubu, məqsədyönlü fəaliyyəti qısa müddətdə öz bəhrəsini verdi. Araz müəllim ilk öncə fəaliyyətinə yollardan başladı. İndi Masalının belinə kəmər kimi dolanan yollar yenidən quruldu, onlara asfalt örtüyü çəkildi. Yolların yenidən qurulması təkcə…

Daha çox

ABŞ “potensial təhlükəli şəxsləri”i vətəndaşlıqdan məhrum edir

Ədliyyə Nazirliyi denaturalizasiya üçün əsasların siyahısını genişləndirməyi planlaşdırır ABŞ Ədliyyə Departamentinin rəhbərlərindən birinin sızdırılmış memorandumuna görə, xatırladaq kimi ölkədə Baş Prokurorluq kimi fəaliyyət göstərən bu quruma denaturalizasiya ilə bağlı çox geniş səlahiyyətlərin verilməsi təklif edilir. Çox uzun cinayətlər siyahısına görə – dələduzluqdan tutmuş insan hüquqlarının pozulmasına qədər – və ya sadəcə Ədliyyə Nazirliyi ölkənin bu və ya digər “yeni” vətəndaşını təhlükəli hesab etdiyi üçün Amerika pasportunu itirmək mümkün olacaq. Bu daxili sənədə əsasən, başqa ölkədə doğulmuş, lakin Amerika vətəndaşlığını almış istənilən şəxs risk altında olacaq. Memo Prezident Donald Trampın ikinci…

Daha çox

Pakistanın Baş naziri Azərbaycana yola düşüb

Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana iki günlük səfərə yola düşüb. Bu barədə SİA Pakistan hökumətinə istinadən xəbər verir. Sammit çərçivəsində Ş.Şərif ECO ölkələrinin digər liderləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Hökumət başçısının nümayəndə heyətinə Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshak Dar, informasiya və radio yayımı naziri Attaulla Tarar, Baş nazirin xüsusi köməkçisi Tariq Fatemi daxildir. Bu, Pakistanın Baş nazirinin bu il ərzində Azərbaycana ikinci səfəridir. O, son dəfə 2025-ci ilin may ayında Bakıda olub…

Daha çox

​Sür qazan – Yeni poz qazan oyunu ilə tanış ol!

“Sür qazan” 3 fərqli oyun və Bonus oyunundan ibarət “Poz qazan” oyunudur. Yeni “Poz qazan” oyunu oyna şansına yaşıl işıq tut! OBA-da “Poz-Qazan” oyunlarında son 2 gündə 3 yüksək məbləğli uduş qeydə alınıb. * Binə qəsəbəsində bir şanslı “Sür-Qazan” bileti alıb və 10 MİN manat qazanıb; * Binəqədi qəsəbəsində eyni gündə başqa bir qalib də aldığı “Sür-Qazan” bileti ilə 10 MİN manat qazanıb; * Buzovnada “Uğurlu 7” bileti isə növbəti şanslıya 10 MİN manat qazandırıb.

Daha çox

İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub. SİA xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına görülən işlər barədə məlumat verib. Qeyd edək ki, təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbənin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun…

Daha çox

Özbəkistan Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb

Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

Daha çox

İtaliyada günvurmadan ölənlərin sayı 4-ə çatıb

İtaliyada anomal istilər səbəbindən ölənlərin sayı 4-ə çatıb. SİA xəbər verir ki, Sardiniya adasında 2, Palermoda 1 və Bolonyada 1 nəfər günvurmadan dünyasını dəyişib. Ölkənin Səhiyyə Nazirliyi bu gün üçün paytaxt Roma da daxil olmaqla, 18 şəhərdə qırmızı xəbərdarlıq elan edib. Hazırda ölkənin müxtəlif regionlarında havanın temperaturu 40 dərəcədən yüksəkdir. İtaliyanın Lombardiya, Emiliya-Romanya, Abruzzo, Veneto və Bazilikata bölgələrində avqustun 31-dək saat 12:30-dan 16:00-dək açıq havada işlərin dayandırılmasına dair qərar verilib.

Daha çox

Yol Polisi Xidməti əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb

Ağsu rayon sakini Əzizaman İsmayılov idarə etdiyi yük avtomobili ilə magistral yolda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində tüstülənmə müşahidə edib. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) SİA-ya bildirilib ki, tüstünün getdikcə yanğına çevrildiyini görən sürücü avtomobili DYP-nin stasionar postuna sürərək kömək istəyib. Yol Polisi Xidməti əməkdaşlarının çevik müdaxiləsi nəticəsində alov söndürülüb, avtomobilin və daşınan yükün yanaraq sıradan çıxmasının qarşısı alınıb. Sürücü düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına təşəkkürünü bildirib. DYP vətəndaş məmnunluğunun təmin edilməsinin xidməti vəzifə borcu olduğunu vurğulayır, bununla yanaşı yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq,…

Daha çox

MMU-da NATO proqramı çərçivəsində treninqlər keçirilib

NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” (DEEP) çərçivəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində (MMU) treninqlər təşkil olunub. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib. Daha sonra hərbi təhsil üzrə mütəxəssislərin iştirakı ilə “Təhsildə keyfiyyətə nəzarət mexanizminin yaradılması və icra olunması” mövzusunda treninqlər keçirilib.

Daha çox