“İran-İsrail müharibəsinin daha böyük alovlanmasını bəzi ekspertlər proqnozlaşdırır. Onların fikrincə, İran İsrailin bütün şərtlərini yerinə yetirməyəcək, nüvə silahının zənginləşdirilməsini dayandırmayacaq və bu silahı əldə etməkdən imtina etməyəcək. Bu son müharibənin isə qalibi yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, İran hava hücumlarından müdafiəsizdir. Demək olar ki, sıfır vəziyyətindədir — hava hücumundan müdafiə sistemləri yoxdur. İsrail isə texnologiyadan çox yüksək səviyyədə istifadə edir. Lakin 77 ildən bəri ilk dəfə İsrailin ərazisinə kütləvi şəkildə raketlər düşdü və onların da müdafiəsi tam işləmədi. Dəmir Qübbənin bütün raketləri…
Daha çoxDay: July 3, 2025
Boğulma hallarının qarşısını necə almaq olar?
“Çimərliyə gedərkən ilk növbədə təhlükəsizlik məsələsi ön planda olmalıdır. Əvvəlcə düzgün və rəsmi şəkildə fəaliyyətinə icazə verilmiş çimərlikləri seçmək vacibdir. Yalnız fəaliyyətinə icazə verilmiş çimərliklərdə dənizə girmək tövsiyə olunur”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. Onun sözlərinə görə, bu çimərliklər mövsüm başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən müvafiq yoxlamalardan keçirilir: “Su nümunələrinin fiziki, kimyəvi, bioloji və bakterioloji göstəriciləri araşdırılır. Əgər insanların sağlamlığı üçün təhlükə riski yaranarsa, bu barədə tədbir görülür. Eyni zamanda sualtı ərazi – akvatoriya da dərinlik baxımından öyrənilir, təhlükəli yarğanlar, axınlar və digər risk faktorları…
Daha çoxİrəvan-Moskva dostluğuna son – RAKURS
İrəvan-Moskva dostluğuna son – RAKURS
Daha çoxABŞ Ukraynaya silah satışını niyə dayandırdı?
ABŞ ordusunun hər hansı bir missiyanı yerinə yetirmək üçün lazım olan hər şeyə sahib olduğundan əmin olmalıdır. ABŞ Müdafiə Nazirliyi mühüm döyüş sursatlarının, xüsusən də zenit raketlərinin ehtiyatlarının azalması ilə bağlı narahatlıqlar artdıqca, dünya üzrə müttəfiqlərə silah satışını nəzərdən keçirir. Bu barədə Pentaqonun sözçüsü Şon Parnell brifinqdə bildirib. Onun sözlərinə görə, ABŞ-ın silah ixracına baxış davam edir və Ukraynadan başqa ölkələrə də təsir edə bilər. “Bu, ABŞ-ın hərbi yardımının müdafiə prioritetlərimizə uyğun olmasını təmin etmək üçün imkanların nəzərdən keçirilməsidir və biz Ukraynaya çatdırılan xüsusi sursatların miqdarı və növləri və ya…
Daha çoxGüclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Azərbaycanda iyulun 3-dən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan MR, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Balakən, Qax, Biləsuvar, Şəki, Zaqatala, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Saatlı, Sabirabad, İmişli, Zərdab, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda…
Daha çoxŞimali Kipr Prezidenti Şuşada Ceyhun Bayramov və Hikmət Hacıyevlə görüşüb
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. SİA xəbər verir ki, E.Tatar bu barədə “X” sosial media hesabında paylaşım edib. Görüş İqtisadi Əməkdaşlıq Təşkilatının Liderlərin 17-ci Zirvə Toplantısından əvvəl Şuşada baş tutub.
Daha çoxRusiya Poltavanı vurdu
Rusiya ordusu iyulun 3-də Ukraynanın Poltava vilayətinə hücum edib. SİA xəbər verir ki, Ukrayna KİV-nin məlumatına görə, hücum yanğına və mülki infrastruktura ziyana səbəb olub. Qeyd olunur ki, zərbə nəticəsində 2 nəfər ölüb, daha 11 nəfər yaralanıb.
Daha çox“Vergi yığımları bəzi ölkələrdə dövlət büdcəsinin maliyyə mənbəyi kimi çıxış edir”
“Vergilər gəlir əldə edən hər bir şəxsin dövlət büdcəsinə ödəməli olduğu əvəzsiz və icbari xarakter daşıyan ödənişdir. Dövlət büdcəsinin formalaşmasının əsas maliyyə mənbələrindən biri məhz vergilərdir. Dünya təcrübəsində vergi yığımları bir çox ölkələrin büdcəsinin əsas hissəsini təşkil edir və bəzi ölkələrdə dövlət büdcəsinin yeganə maliyyə mənbəyi kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında auditor Anar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikası neft ixracatçısı olan ölkə kimi dövlət büdcəsinin formalaşmasında uzun müddət neft gəlirlərinə əsaslanmışdır: “Lakin dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri dövlət büdcəsinin neft gəlirlərindən asılılığını minimuma…
Daha çox“Azərbaycan mətbuatı 150 illik şərəfli inkişaf yolunu qət edib”
“Bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyidir. Bu əlamətdar tarix ölkəmizdə söz azadlığının, ictimai fikrin və milli ideyaların təbliği sahəsində zəngin və şərəfli bir yolun təntənəsidir. Azərbaycan mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetindən başlayaraq bu günə qədər mühüm tarixi mərhələlər keçmiş, xalqın maariflənməsi, milli birliyinin güclənməsi və dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda misilsiz xidmətlər göstərmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa tapşırığı ilə mətbuatımızın 150 illiyi ölkə miqyasında geniş şəkildə qeyd edilir. Bu, həm tarixi irsimizə…
Daha çoxPrezident Xankəndidə Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib. SİA xəbər verir ki, Rəşid Meredov Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmən xalqının Milli Liderinə, Türkmənistan Prezidentinə və qardaş türkmən xalqına çatdırmağı xahiş edib. Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Qarabağda aparılan bərpa və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək bu bölgənin təbiətinin gözəlliyinə valeh olduğunu…
Daha çox