İlham Əliyev “Xankəndi” Biznes Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də “Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Xankəndi” Biznes Mərkəzinin açılışında iştirak edib. SİA xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, dörd mərtəbədən ibarət “Xankəndi” Biznes Mərkəzi ümumilikdə 4500 kvadratmetrdən artıq sahəni əhatə edir. Burada 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, Mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan “Zefir Cafe & Terrace” restoranı, həmçinin dəftərxana və mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətləri fəaliyyət göstərəcək. Bildirildi ki,…

Daha çox

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 6-dək davam edəcəyi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə BDYPİ -nin hərəkət iştirakçılarına müraciətində bildirilib. “Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları…

Daha çox

Xankəndi Konqres Mərkəzinin açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Konqres Mərkəzinin açılışında iştirak edib. SİA xəbər verir ki, müasir texniki avadanlıqlarla təchiz olunmuş Konqres Mərkəzi 6500 kvadratmetr sahəni əhatə edir. Burada teatral üslubda 600, ziyafət üslubunda isə 350 nəfərlik tədbir zalları, iclas, konfrans otaqları və digər müxtəlif təyinatlı otaqlar yaradılıb. Özündə müasirliklə milli memarlıq ənənələrini birləşdirən Mərkəzin binasında müxtəlif konqreslər, konfranslar, seminarlar, işgüzar görüşlər, ölkə və beynəlxalq əhəmiyyətli digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. Konqres Mərkəzinin fəaliyyətinin ilkin mərhələsində 12 nəfər daimi iş yeri ilə təmin olunub. Onlardan 8-i Xankəndi, Xocalı,…

Daha çox

Dünyadakı epizootik vəziyyətlə bağlı bəzi məhdudiyyətlər tətbiq edilib

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Namibiyanın Omaheke, Otyozondupa, Tomas, Hardap, Eronqo regionlarında atların Afrika, Bolqarıstanın Plovdiv vilayətində xırdabuynuzlu heyvanların çiçək, Fransanın Overn-Rona-Alplar və İtaliyanın Lombardiya regionunda nodulyar dermatit, Şimali Makedoniyanın Cənub-Şərqi Statistik bölgəsində nyukasl, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Uelsin Rexham regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün Namibiyadan və zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik yayılan digər inzibati ərazi…

Daha çox

Avropa Gənc Vəkillər Assosiasiyasının payız konfransı gələn il Bakıda keçiriləcək

Niderlandda Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) təşkilatçılığı ilə növbəti beynəlxalq konfransı və EYBA-nın İllik Ümumi Yığıncağı keçirilib, assosiasiyanın payız konfransının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Bu barədə SİA-ya Vəkillər Kollegiyasından (VK) məlumat verilib. Bildirilib ki, Niderlandın paytaxtı Amsterdam şəhərində keçirilən konfransda Azərbaycanın Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın “Gənc Vəkillər” Komitəsinin həmsədri, VK-nın EYBA-dakı səlahiyyətli nümayəndəsi Yunis Nəsibov sözügedən konfransa və Yığıncağa qatılıb, o cümlədən tədbirdə Asiya, ABŞ və Avropanın bir çox ölkələrinin vəkil və hüquqşünasları iştirak ediblər. Konfransın gündəliyinə uyğun olaraq əsas mövzu müasir hüquq problemləri olmaqla,…

Daha çox

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib. SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğızıstan Prezidenti Sadır Japarovu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Daha çox

Luqanskın keçmiş meri partlayışda öldü

Luqanskın keçmiş meri şəhərin mərkəzindəki partlayışda həlak olub. SİA Rusiya mediasına istinadən xəbər verir ki, partlayış bu gün səhər saatlarında baş verib. Nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb. İlkin məlumata görə, ölən Luqanskın keçmiş meri Manolis Pilavovdur. İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb. Qeyd edək ki, M.Pilavov 2014-2023-cü illərdə şəhərin meri olub.

Daha çox

“Qadınların və gənclərin fəallığı inklüziv inkişaf üçün vacibdir”

“Qadınlar və gənclər iqtisadi artıma, sosial tərəqqiyə və siyasi sabitliyə töhfə verərək, cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayırlar, onların potensialından tam istifadə edilməlidir. Qadınları və texnologiyaya çevik uyğunlaşma qabiliyyətinə malik olan gənc innovatorları aktivləşdirməklə unikal perskpektivlər əldə etmək mümkündür”. SİA xəbər verir ki, Milli Məclisin deputatı Nigar Məmmədova birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumu çərçivəsində keçirilən panel iclasda “Qadın və gənclərin sahibkarlığı üçün inklüziv hüquqi mühitin yaradılması, həmçinin qadınların və gənclərin STEM və İT peşələrinə çıxış imkanlarının genişləndirilməsi” mövzusunda çıxışı zamanı bu fikirləri səsləndirib. Deputat bildirib ki, qadınlar çox vaxt ailələrdə,…

Daha çox

Azərbaycanda ailənin orta gəlirinin hesablanması qaydası dəyişib

Nazirlər Kabineti ölkə Prezidentinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə 29 noyabr 2024-cü il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 20 dekabr 2024-cü il tarixli fərmanının icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Azərbaycanda ailənin orta gəliri hesablanarkən onun gəlirindən paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıq əvəzinə verilən pul kompensasiyası çıxılmayacaq.

Daha çox

Əfqanıstanın Baş nazirinin müavini Füzuliyə gəlib

Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib. SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Daha çox