Qarabağ növbəti mühüm tədbirə ev sahibliyi edəcək

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) fəal üzvüdür. ECO-nun 17-ci Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Sammitin Qarabağın mərkəzi Xankəndidə keçirilməsi buranın beynəlxalq diplomatik arenaya çevrilməsindən xəbər verir və bölgənin inkişafına beynəlxalq diqqət cəlb edir. Bu tədbir Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək.

Daha çox

Azərbaycan-Özbəkistan münasibətləri qarşılıqlı etimada, qardaşlığa söykənir

Ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən biri Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir. Özbəkistan bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə daha da möhkəmlənib. İki dost, qardaş, müttəfiq ölkənin əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub.…

Daha çox

Gömrükçülər külli miqdarda brilyant qaş aşkar edib

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən stasionar rentgen qurğusunda baxış keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından ümumilikdə 547,7 karat brilyant qaşlar aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Daha çox

“Xocavənd” tankeri yenidən istismara verilib

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xocavənd” tankeri əsaslı təmir işlərindən sonra yenidən istismara verilib. SİA-nın məlumatına görə, ASCO-dan bildirilib ki, təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, göyərtələri təmizlənərək rənglənib. Sükan-pər qurğusu, baş və köməkçi mühərriklər, nasoslar, qazanlar tam şəkildə baxışdan keçirilib və lazımi hissələr təmir olunub. Həmçinin tanker üzrə gövdə-qaynaq, boruquraşdırma, elektrikquraşdırma avtomatika və izolyasiya işləri yerinə yetirilib. Yükqaldırıcı qurğular, eləcə də xilasedici və yanğınsöndürmə avadanlıqları da sazlanıb. “Xocavənd” gəmisinin rabitə və elektroradionaviqasiya sistemləri də təmir edilib, nasaz vəziyyətdə olan ehtiyat hissələr yenisi ilə…

Daha çox

Bəşəriyyətə sığmayanların qərib məzarları

İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin qürbətdə qalan məzarlarının ölkəyə gətirilməsinə nə mane olur? Məşhur el məsəli var, “gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşıdır”. Bəli, yeni cəmiyyətlər, yaşayışlar görmək, mədəniyyətlərlə, adət-ənənələrlə tanış olmaq, müəyyən hallarda elmi biliklərini artırmaq üçün xarici ölkələrə getmək, gəzmək olar. Tarixən ulularımız da elm öyrənmək, bilik və savad qazanmaq üçün Bağdada, Hələbə, Dəməşqə, İstanbula və digər uzaq-uzaq şəhərlərə üz tutublar. Elə şəxslərdə olub ki, Allahın buyruğu, taleyin hökmü ilə hansısa missiyanı yerinə yetirmək üçün məmləkətlər dolaşıb şəhərlər, kəndlər gəziblər. Alın yazısı olaraq dünyalarını da doğma məkanda yaxınlarının, əzizlərinin…

Daha çox

Danimarkanın baş naziri Ukraynanın Aİ-yə daxil olması ilə bağlı vəd verib

Danimarka Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasını təmin etmək üçün əlindən gələni edəcək. SİA-nın əldə etdiyi məlumata görə, Tagesschau xəbər verir ki, bunu ölkənin baş naziri Mette Frederiksen deyib. …Danimarka sədrliyi Ukraynanın Avropa İttifaqına daxil olması yolunda mümkün olan hər şeyi edəcək. Bunu baş nazir qeyd edib. Frederiksenin sözlərinə görə, Kiyev artıq “Avropa Birliyinin bir hissəsidir”. Siyasətçi əmin edib ki, Danimarka Ukraynaya hərbi dəstəyi artırmaq və Rusiyaya qarşı yeni sanksiyalar hazırlamaq niyyətindədir. Bundan əvvəl Frederiksen Avropanın təhlükəsizliyinin Danimarkanın Avropa İttifaqı Şurasına sədrliyinin mərkəzi mövzusu olacağını bildirmişdi. Əli Babayev

Daha çox

Müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxslə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxslə görüş təşkil edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev son illər ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlar, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi sahəsində görülmüş işlər barədə məlumat verib. Reabilitasiya sahəsində keyfiyyət və əlçatanlığın təmin olunması üçün atılan addımları, həmçinin xidmətlərin həcminin genişləndirildiyi, alternativ reabilitasiya üsullarının tətbiq edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, postmüharibə dövründə agentliyin…

Daha çox

Trans-Xəzər konnektivliyi üzrə strateji əməkdaşlıq müzakirə olunub

Londonda Xəzər Siyasət Mərkəzinin Trans-Xəzər bağlantısına dair üçüncü London konfransı keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “İrəliləyişi gücləndirmək, sinerjini inkişaf etdirmək” adlı tədbirdə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyənin artan regional əlaqələri, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı fonunda ortaya çıxan iqtisadi, ticari və strateji imkanlar müzakirə olunub. Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü lord Con Alderdays Birləşmiş Krallığın regionla əməkdaşlığa artan diqqətindən və bu regiona vahid prizmadan yanaşmağın əhəmiyyətindən danışıb. O, regionla əməkdaşlığın yalnız ticarətlə məhdudlaşmadığını, uzunmüddətli tərəfdaşlığa əsaslandığını bildirib. Lord Con…

Daha çox