Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana iki günlük səfərə yola düşüb. Bu barədə SİA Pakistan hökumətinə istinadən xəbər verir. Sammit çərçivəsində Ş.Şərif ECO ölkələrinin digər liderləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Hökumət başçısının nümayəndə heyətinə Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshak Dar, informasiya və radio yayımı naziri Attaulla Tarar, Baş nazirin xüsusi köməkçisi Tariq Fatemi daxildir. Bu, Pakistanın Baş nazirinin bu il ərzində Azərbaycana ikinci səfəridir. O, son dəfə 2025-ci ilin may ayında Bakıda olub…
Daha çoxDay: July 3, 2025
Sür qazan – Yeni poz qazan oyunu ilə tanış ol!
“Sür qazan” 3 fərqli oyun və Bonus oyunundan ibarət “Poz qazan” oyunudur. Yeni “Poz qazan” oyunu oyna şansına yaşıl işıq tut! OBA-da “Poz-Qazan” oyunlarında son 2 gündə 3 yüksək məbləğli uduş qeydə alınıb. * Binə qəsəbəsində bir şanslı “Sür-Qazan” bileti alıb və 10 MİN manat qazanıb; * Binəqədi qəsəbəsində eyni gündə başqa bir qalib də aldığı “Sür-Qazan” bileti ilə 10 MİN manat qazanıb; * Buzovnada “Uğurlu 7” bileti isə növbəti şanslıya 10 MİN manat qazandırıb.
Daha çoxİlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub. SİA xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına görülən işlər barədə məlumat verib. Qeyd edək ki, təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbənin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun…
Daha çoxÖzbəkistan Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.
Daha çoxİtaliyada günvurmadan ölənlərin sayı 4-ə çatıb
İtaliyada anomal istilər səbəbindən ölənlərin sayı 4-ə çatıb. SİA xəbər verir ki, Sardiniya adasında 2, Palermoda 1 və Bolonyada 1 nəfər günvurmadan dünyasını dəyişib. Ölkənin Səhiyyə Nazirliyi bu gün üçün paytaxt Roma da daxil olmaqla, 18 şəhərdə qırmızı xəbərdarlıq elan edib. Hazırda ölkənin müxtəlif regionlarında havanın temperaturu 40 dərəcədən yüksəkdir. İtaliyanın Lombardiya, Emiliya-Romanya, Abruzzo, Veneto və Bazilikata bölgələrində avqustun 31-dək saat 12:30-dan 16:00-dək açıq havada işlərin dayandırılmasına dair qərar verilib.
Daha çoxYol Polisi Xidməti əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb
Ağsu rayon sakini Əzizaman İsmayılov idarə etdiyi yük avtomobili ilə magistral yolda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində tüstülənmə müşahidə edib. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) SİA-ya bildirilib ki, tüstünün getdikcə yanğına çevrildiyini görən sürücü avtomobili DYP-nin stasionar postuna sürərək kömək istəyib. Yol Polisi Xidməti əməkdaşlarının çevik müdaxiləsi nəticəsində alov söndürülüb, avtomobilin və daşınan yükün yanaraq sıradan çıxmasının qarşısı alınıb. Sürücü düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına təşəkkürünü bildirib. DYP vətəndaş məmnunluğunun təmin edilməsinin xidməti vəzifə borcu olduğunu vurğulayır, bununla yanaşı yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq,…
Daha çoxMMU-da NATO proqramı çərçivəsində treninqlər keçirilib
NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” (DEEP) çərçivəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində (MMU) treninqlər təşkil olunub. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib. Daha sonra hərbi təhsil üzrə mütəxəssislərin iştirakı ilə “Təhsildə keyfiyyətə nəzarət mexanizminin yaradılması və icra olunması” mövzusunda treninqlər keçirilib.
Daha çoxAzərbaycan Prezidenti Lukaşenkonu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: Hörmətli Aleksandr Qriqoryeviç. “Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün dost Belarus xalqını dövlət bayramı – Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycan ilə Belarusu ənənəvi sıx dostluq və qarşılıqlı dəstək əlaqələri birləşdirir. Ölkələrimiz arasında ildən-ilə yeni məzmunla zənginləşən əməkdaşlığın yüksək dinamikasını məmnunluqla qeyd etmək istərdim. Sevindirici haldır ki, biz dövlətlərarası dialoqun inkişafında, iqtisadi-ticari əməkdaşlığın möhkəmlənməsində və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsində yaxşı səviyyəyə çatmışıq. İnanıram ki, Azərbaycan ilə Belarus arasında bütün…
Daha çoxƏrdoğan sabah Xankəndiyə gələcək
Ərdoğan sabah Xankəndiyə gələcək
Daha çoxXankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. SİA xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına görüləcək işlər və “Ağdam-Xankəndi dəmir yolu” layihəsi barədə məlumat verdilər. Bildirildi ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti…
Daha çox