Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərin tarifləri”ni təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb. Qərara əsasən, beynəlxalq səfərlər həyata keçirən gəmilərə dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı göstərilən xidmətlərin tarifləri aşağıdakı kimi müəyyənləşib: Bundan başqa, Azərbaycanın ərazi suları daxilində səfərlər həyata keçirən gəmilərə dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı göstərilən xidmətlərin tarifləri xətti üzmə marşrutuna malik müntəzəm sərnişindaşıma həyata keçirən və yaxud eyni iki liman və liman akvatoriyası, dəniz əməliyyatları bazası və ya məntəqələr arasında səfərlər edən…
Daha çoxDay: July 3, 2025
Bakı və Kabil “Lazurit” nəqliyyat dəhlizinin inkişafını müzakirə edib
Əfqanıstanın iqtisadi məsələlər üzrə baş nazirinin müavini Əbdül Qani Beradarafan Azərbaycan Baş naziri Əli Əsadovla iyulun 2-də keçirdiyi görüşdə “Lazurit” nəqliyyat dəhlizinin inkişafını müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə Əfqanıstanın iqtisadiyyat nazirinin müavini “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Məlumatda qeyd olunub ki, Azərbaycan hökumətinin başçısı Əfqanıstanla ixrac və idxal həcmlərini artırmağa hazır olduğunu bildirib. “Lazurit” dəhlizi Əfqanıstanın xarici ticarəti üçün ən perspektivli alternativ marşrut hesab olunur. Bu marşrut boyunca yerləşən ölkələr əsas əfqan malları – ilk növbədə qurudulmuş meyvələr, dərman bitkiləri və faydalı qazıntılar üçün tutumlu satış…
Daha çoxİran nüvə silahını haram elan etdi
İran nüvə silahlarını “qeyri-insani” və “İslam prinsiplərinə zidd” hesab edir. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “Biz nüvə silahını təkcə qeyri-insani deyil, həm də İslam prinsiplərinə zidd hesab edirik. İkincisi, dövlətimizin müdafiəsi üçün nüvə silahı lazım olduğuna inanmırıq. Bu silahlar bizi daha həssas vəziyyətə salardı. Təbii ki, İran daxilində bununla bağlı hələ də müzakirələr gedir və mənim fikrimi bölüşməyən insanlar var”, – o, CBS telekanalına deyib. ABŞ-la nüvə danışıqlarını şərh edən Əraqçi deyib ki, Tehran hazırda İran-İsrail münaqişəsi və Vaşinqtonun bu münaqişəyə qarışmasından sonra…
Daha çoxBu gün Beynəlxalq Polietilen Paketdən İmtina Günüdür
Hər il iyulun 3-ü dünyanın bir çox ölkəsində Beynəlxalq Polietilen Paketdən İmtina Günü kimi qeyd olunur. SİA xəbər verir ki, günün məqsədi plastik torbaların ətraf mühitə və insan sağlamlığına verdiyi zərərlərə diqqət yönəltmək və həmin zərərləri azaltmaq üçün daha davamlı alternativlərə keçidi təşviq etməkdir. Plastik torbalar planetimiz üçün böyük problem olaraq qalır. Hər il təxminən 100 min dəniz canlısı bu səbəbdən məhv olur. Polietilen paketlər qida zəncirinə daxil olduqda insan sağlamlığına da zərər verə bilər. Plastik torbaların istifadəsini azaltmaq və daha dayanıqlı alternativlərə keçmək ətraf mühiti qorumaq və insan sağlamlığını…
Daha çoxECO-nun 17-ci Zirvə görüşü: Azərbaycanın güclənən beynəlxalq mövqeyi
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində qurduğu münasibətlər ölkənin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə tutduğu fəal mövqeyini aydın şəkildə nümayiş etdirir. 1992-ci ildən ECO-nun üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir. Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və…
Daha çoxBakının bu ərazilərində qaz olmayacaq
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində və Suraxanı rayonunun Hövsan qəsəbəsində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. SİA bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Təmir işləri aparılan müddətdə Zabrat qəsəbəsinin Yeni sahə, Vidadi, 1 May küçələrinin, Hövsan qəsəbəsinin isə Məktəbli küçəsinin qaz təchizatında fasilə yaranacaq.
Daha çoxSadır Japarov Azərbaycanda ECO sammitində iştirak edəcək
Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 3-də Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak etmək üçün Azərbaycana ikigünlük işgüzar səfər edəcək. SİA xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sağınbek Abdumutalip məlumat verib.
Daha çoxTəbii qazın dəyəri azaldı
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.28% ucuzlaşaraq 3.4782 ABŞ dollarına bərabər olub. SİA xəbər verir ki, Niderlandın “Title Transfer Facility”də (TTF) qazın meqavat-saatının dəyəri 1.73 % azalıb. Beləliklə, qazın meqavat-saatı 33.30 avro olub.
Daha çoxGünün havası – Külək, şimşək, sel, dolu…
Günün havası – Külək, şimşək, sel, dolu…
Daha çoxNeft ucuzlaşdı
Neft ucuzlaşdı
Daha çox