Azərbaycan icbari avtosığorta şəhadətnaməsinin forması və məzmununa dair tələbləri dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 28 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”də dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, şəhadətnamədə əks olunan standart məlumatlarla yanaşı, qeyd edilən məlumatlarda bir sıra dəyişikliklər edilib. Bundan başqa, Şəhadətnamədə nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi ölkə, eləcə də yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinə münasibətdə icazə verilən maksimum kütlə və avtobuslar, mikroavtobuslar və…

Daha çox

“Mirziyoyevin səfəri iki ölkə arasında yeni dövrün başlanğıcıdır”

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin strateji mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər təkcə protokol xarakterli deyil, dərin məzmun və konkret perspektivlər daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan ortaq tarixi, dini və mədəni köklərə malik olmaqla yanaşı, türkdilli dövlətlər içində xüsusi sinerji yaradan iki əsas oyunçudur: “İki ölkə arasında əməkdaşlıq təkcə siyasi deyil, iqtisadi, nəqliyyat, kənd təsərrüfatı və enerji sahələrində də yüksələn xətlə inkişaf edir. Azərbaycan üçün Özbəkistan Orta Asiyada, Özbəkistan üçün isə Azərbaycan Cənubi Qafqazda…

Daha çox

“Gənclər örnək götürərək öyrənməyə meyillidirlər”

“Müasir dövr texnologiyanın sürətlə inkişaf etdiyi, informasiyanın saniyələrlə yayıldığı bir zamandır. Rəqəmsal alətlər, sosial şəbəkələr, qısa videolar və digər internet məzmunları gənclərin gündəlik həyatında önəmli yer tutur. Bu isə ənənəvi oxu vərdişlərinin, xüsusilə də kitab oxuma mədəniyyətinin tədricən arxa plana keçməsinə səbəb olur. Sosioloji baxımdan bu tendensiya yalnız fərdi deyil, həm də ictimai dəyərlərin dəyişməsi ilə bağlı ciddi bir məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, gəncləri yenidən kitaba yönəltmək üçün əvvəlcə onu anlamaq lazımdır ki, bu nəsil sürətli, interaktiv və vizual informasiyaya vərdiş…

Daha çox

Avro və rubl ucuzlaşdı

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. SİA xəbər verir ki, lirənin manat qarşısında dəyəri azalıb. Beləcə, 1000 lirə 42 manat 60 qəpiyə bərabər olub. Avronun məzənnəsi azalaraq 1 avro 2.0043 , rublun məzənnəsi isə ucuzlaşaraq 100 rubl 21 manat 55 qəpiyə enib.

Daha çox

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ dolları, yaxud 1,51 % artaraq 73,61 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 69,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,12 ABŞ dolları və ya 1,58 % artaraq 72,33 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light”…

Daha çox

İlin birinci yarısında SHXÇDX-nin 103 əməkdaşı cəzalanadırılıb

Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb. Bu barədə SİA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib. Bildirilib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılan xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci yarısında 103 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən cari ildə 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə…

Daha çox

Yekaterinburqda həbs edilən Ayaz Səfərov və Şahin Lalayev apellyasiya şikayəti veriblər

Yekaterinburqda keçmiş illərdə qətl törəkməkdə ittiham olunan Ayaz Səfərov və Şahin Lalayev qərara etiraz ediblər. SİA xəbər verir ki, bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat verib. Əvvəllər Yekaterinburqun Lenin rayon məhkəməsi 8 azərbaycanlını – Ayaz, Akif, Məzahir, Kamal və Bakir Səfərovları, Əhliman Gənciyevi, Şahin Lalayevi və Əziz Abasovu həbs edib. Akif Səfərov da daha əvvəl həbs qərarına etiraz edib. “Ayaz Səfərov və Şahin Lalayevlə bağlı vəkillərdən apellyasiya şikayətləri daxil olub”, – deyə agentliyin müsahibi bildirib. Ayaz Səfərov və Şahin Lalayev 19 iyul həbs ediliblər. Xatırladaq ki,…

Daha çox

Ailələrin dağılmasında iqtisadi səbəblərin rolu nə qədər önəmlidir?

“Son illərdə ailələrin dağılmasında iqtisadi səbəblərin rolu nəzərəçarpacaq dərəcədə artmaqdadır. Bir psixoloq olaraq müşahidələrim göstərir ki, maddi çətinliklər ailə daxilində gərginliyi artırır, qarşılıqlı anlayışı zəiflədir və emosional uzaqlaşmanı sürətləndirir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib. Onun sözlərinə görə, ailənin gündəlik ehtiyaclarını ödəməkdə çətinlik çəkən fərdlər, zamanla bir-birinə qarşı narazılıq və qəzəb hissi formalaşdıra bilirlər. Bu isə tez-tez mübahisələrə, etimadın sarsılmasına və nəticə etibarilə münasibətin pozulmasına səbəb olur: “Xüsusilə ailənin əsas gəlir mənbəyinin sabit olmaması, işsizlik və ya yüksək borclanma halları tərəflərin bir-birinə qarşı gözləntilərini yerinə yetirə bilməməsinə gətirib…

Daha çox