Ədliyyə naziri Fərid Əhmədov iyulun 18-də Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin müraciətlərini dinləyəcək. Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı iyulun 17-dək Xaçmaz regional ədliyyə idarəsinə (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 17, əlaqə telefonu: (+9942332) 5-18-88) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin (+994) 012-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər. Həmçinin nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.…
Daha çoxDay: July 2, 2025
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycana dövlət səfərinə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb.
Daha çoxAzercell və Azərbaycan Cüdo Federasiyasının “Doğru yol budur” sosial layihəsi beynəlxalq mükafata layiq görülüb
Kampaniya 4 nominasiya üzrə finala yüksələrəkiki medallatəltif olunub “Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşəbbüsü ilə həyata keçirilən “Doğru yol budur” sosial kampaniyası KIAF — Beynəlxalq Reklam Festivalında yüksək nəticə əldə edib. Layihə “Əməkdaşlıq və tərəfdaşlıqlar”və “Qeyri-kommersiya və xeyriyyə layihələri” kateqoriyaları üzrə gümüş medallara layiq görülüb. Eyni zamanda, layihə “Korporativ imic və nüfuzun formalaşdırılması” və “Brendlərarası əməkdaşlıq” kateqoriyalarında da finala çıxaraq beynəlxalq reklam və yaradıcı sənaye mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Qeyd edək ki, “Doğru yol budur” kampaniyasının məqsədi gəncləri zərərli vərdişlərdən uzaq…
Daha çoxUşaqlar niyə artıq real oyun oynamaq əvəzinə telefona qaçır?
“Uşaqların real oyunlardan uzaqlaşıb telefona yönəlməsinin əsas səbəblərindən biri, hətta bəlkə də birincisi, valideynlərin davranış modelidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. Onun sözlərinə görə, müasir dövrdə bir çox valideyn müxtəlif səbəblərdən – yorğunluq, vaxt çatışmazlığı, səbir azlığı və ya digər şəxsi məşğuliyyətlər üzündən – uşaqları ilə birbaşa məşğul olmaq yerinə onların əllərinə telefon verir. Bu isə ilk baxışda rahat və təsirli bir üsul kimi görünsə də, uzunmüddətli nəticələr baxımından uşağın psixoloji və fiziki inkişafı üçün ciddi təhlükələr yaradır. Əksər hallarda valideynlər uşaqlarını sakitləşdirmək, ağlamasının, narazılığının qarşısını almaq…
Daha çoxRusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı Baş Prokurorluğun mətbuat konfransı
Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı Baş Prokurorluğun mətbuat konfransı
Daha çoxMirziyoyev Azərbaycana yola düşdü
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb. SİA-nın məlumatına görə, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Daha əvvəl səfərin 2-4 iyul tarixlərində baş tutacağı bildirilmişdi. İyulun 4-də Xankəndidə Özbəkistan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
Daha çoxZaxarovadan “Sputnik Azərbaycan”la bağlı AÇIQLAMA
Zaxarovadan “Sputnik Azərbaycan”la bağlı AÇIQLAMA
Daha çox“Seriallar gənclərə zərərli həyat tərzlərini cəlbedici göstərə bilər”
“Son illərdə yerli və xarici serialların artan populyarlığı gənclərin düşüncə tərzinə, davranış modellərinə və dəyərlər sisteminə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu təsiri həm müsbət, həm də mənfi yönlərdən qiymətləndirmək mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, xarici seriallar vasitəsilə gənclər müxtəlif mədəniyyətlər, həyat tərzləri və sosial münasibət formaları ilə tanış olur. Bu, onların dünyagörüşünü genişləndirir, tolerantlıq, fərqliliyə hörmət kimi dəyərlərin formalaşmasına kömək edir. Eyni zamanda, xarici dillərə marağın artması və qlobal məsələlərə daha açıq baxış bucağının yaranması da bu təsirin müsbət tərəflərindəndir: “Digər tərəfdən, bəzi…
Daha çox“Etnik ayrı-seçkilik sabitliyə təhdid yaradır və qarşısı dialoqla alınmalıdır”
“Son günlər Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələr – xüsusilə də azərbaycanlılara, Orta Asiya respublikalarından olanlara və digər qeyri-rus xalqların nümayəndələrinə qarşı həyata keçirilən güc tətbiqi və diskriminasiya xarakterli davranışlar – ciddi narahatlıq doğurur. Bu cür hadisələr təkcə lokal qarşıdurma kimi deyil, həm də daha geniş geosiyasi və ictimai kontekstdə qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. Onun sözlərinə görə, Rusiya daxilində sosial-iqtisadi problemlər, etnik münasibətlərdə gərginlik və mərkəzi hakimiyyətin sərt yanaşması uzun müddətdir mövcuddur. Ancaq son vaxtlar bu problemlər xüsusilə miqrantlara və etnik azlıqlara qarşı zorakılıq…
Daha çox“Sosial media həyatın bir parçası olsa da,…”
“Sosial media həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və xüsusilə gənc nəsil bu platformalardan çox fəal istifadə edir. Lakin bu aktivlik bəzən real sosial münasibətlərin zəifləməsinə səbəb olur və bu məsələ cəmiyyət üçün narahatlıq doğuran tendensiyalardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Onun sözlərinə görə, sosial medianın gənclər üzərində həm müsbət, həm də mənfi təsirləri mövcuddur. Müsbət tərəfdən baxdıqda, bu platformalar gənclərə öz fikirlərini ifadə etmək, müxtəlif maraq dairələrinə uyğun qruplara qoşulmaq və dünyanın fərqli yerlərindən olan insanlarla ünsiyyət qurmaq imkanı yaradır: “Bəzi hallarda bu, gənclərin dünyagörüşünün formalaşmasına,…
Daha çox