“İyulun 3-ü və 4-ü tarixlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib. Onun sözlərinə görə, ara-sıra şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur: “Gün ərzində havanın maksimal temperaturunun 26–29 dərəcə isti olacağı proqnozlaşdırılır. Bölgələrdə isə hava şəraiti daha dəyişkən olacaq. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli, lakin leysan xarakterli olacağı, hətta dolu düşəcəyi ehtimalı da var. Qərb küləyi bəzi bölgələrdə güclənəcək. Aran rayonlarında havanın…
Daha çoxDay: July 2, 2025
Türkiyədə səhərə dad qatan ənənə: Türk səhər yeməyi
Türkiyəyə səfər edən hər bir qonağın dadmalı olduğu ənənəvi təcrübələrdən biri türk səhər yeməyidir. Zəngin və çeşidli süfrəsi ilə seçilən bu mətbəx mirası, sadəcə bir qida qəbulu deyil, mədəniyyətin, qonaqpərvərliyin və birlikdə paylaşma dəyərlərinin təcəssümüdür. SİA xəbər verir ki, Türk səhər yeməyi süfrəsində bir-birindən fərqli pendir növləri, yaşıl və qara zeytunlar, ev şəraitində hazırlanan xəmir məmulatları, təzə tərəvəzlər – xüsusilə pomidor və xiyar, müxtəlif üsullarla hazırlanmış yumurta növləri, qurudulmuş ətlər, isti və təzə çörək, mövsümi mürəbbələr, təbii bal və qaymaq təqdim olunur. Bu zəngin çeşidə, süfrənin ayrılmaz hissəsi olan və…
Daha çoxÖzbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub
İyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi. Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçdi. Sonra rəsmi foto çəkdirildi.
Daha çoxMuxtar Babayev və ÜST rəhbəri iqlim gündəliyində səhiyyənin rolunu müzakirə ediblər
COP29-un prezidenti Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ilə iqlim gündəliyində səhiyyənin rolunu müzakirə edib. SİA-nın məlumatına görə, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib. “Tərəflər milli iqlim planlarının növbəti mərhələsinin həm dekarbonizasiya və davamlı inkişafa necə töhfə verə biləcəyini, həm də səhiyyə tədbirlərinin bu sənədlərə inteqrasiyasını müzakirə ediblər”, – məlumatda qeyd olunub.
Daha çoxİlham Əliyevin Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb
İlham Əliyevin Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb
Daha çoxTürkiyədə zəlzələ olub
Türkiyənin Mərmərə bölgəsində yerli vaxtla saat 13:57-də 4,3 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına əsasən, yeraltı təkanların episentri Bursanın Gemlik rayonudur. İstanbul başda olmaqla bir çox bölgədə hiss edilən zəlzələnin ocağının yerin 12,91 kilometr dərinliyində olduğu bildirilir. Yeraltı təkanlarla bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya AFAD və ölkənin digər əlaqədar qurumlarının bütün heyətlərinin dərhal sahə araşdırmasına başladıqlarını bildirib. Qeyd edək ki, son bir neçə gün ərzində mərkəzi Bursa olmaqla Türkiyədə bir neçə yeraltı təkan baş verib.
Daha çoxİyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək
İyul ayının birinci ongünlüyünün sonlarınadək ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi, bəzi bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yağıntıların əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Məlumatda qeyd olunub ki, bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasından 2 dərəcə, iyun ayında 1 dərəcə yuxarı olub. İyul ayının birinci ongünlüyündə isə temperaturun normaya yaxın olacağı proqnozlaşdırılır. İyul ayının birinci ongünlüyündə havanın maksimal temperaturunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 3-8 dərəcə…
Daha çox“ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs tam sülh sazişi deyil”
“Qısamüddətli İran–İsrail müharibəsi dayandıqdan sonra regionda yaranmış mövcud status-kvo həm hərbi, həm diplomatik cəhətdən “müvəqqəti atəşkəs” xarakteri daşıyır. Bir neçə günlük intensiv zərbələr dövründə İsrail Tehran yaxınlığındakı bəzi nüvə-tədqiqat obyektlərini sıradan çıxardığını, İran isə hücumları dəf edərək strateji infrastrukturunu qoruduğunu elan etməklə daxili auditoriyalara “qələbə” narrativi təqdim etdi. Hər iki tərəfin qalib görüntüsü yaratması, əslində, itkilər barədə informasiyanı nəzarətdə saxlamaq və psixoloji üstünlüyü qorumaq cəhdidir; real vəziyyət isə daha mürəkkəbdir”. Bu sözləri SİA-ya aşıqlamasında politoloq politoloq Züriyə Qarayeva deyib. Onun sözlərinə görə, ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs tam sülh…
Daha çox“Azərbaycan polisi cəmiyyətin etimad bəslədiyi, güvəndiyi bir quruma çevrilib”
Azərbaycan cəmiyyətində hüquq və asayişin təmin olunmasında daxili işlər orqanları müstəsna rol oynayır. Polis sisteminin müasir hüquqi bazaya əsaslanan, güclü və çevik struktur kimi formalaşması, inkişafı isə ölkəmizin müstəqillik dövrünə, yəni Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illərə təsadüf edir. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib. Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli Sərəncamı ilə 2 iyul tarixi “Azərbaycan Polisi Günü” elan olunub və həmin tarixdən etibarən bu əlamətdar gün hər il…
Daha çoxİlham Əliyevin Şavkat Mirziyoyevlə təkbətək görüşü olub
İlham Əliyevin Şavkat Mirziyoyevlə təkbətək görüşü olub
Daha çox