Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə iyulun 2-də mübadiləsi mərasimi olub. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Daha çoxDay: July 2, 2025
Polis Günü: Asayiş keşikçiləri haqqında düşüncələr
Bu gün– iyulun 2-si – Azərbaycanda Polis Günüdür. Bu gün bir bayramdır, amma təkcə təqvimdəki bir tarixdən ibarət deyil. Bu, gecə-gündüz sərhədi olmayan, bayram-tətil tanımayan, rahat yuxunu, ailə qucağını, şəxsi həyatını təhlükənin, məsuliyyətin və and yerinin arxasına qoyan insanların bayramıdır. Polis – o, yalnız hüquqi qayda-qanunun icraçısı deyil… Polis bir cəmiyyətin təhlükəsizlik zəmanəti, sabahımıza olan inamın görünməyən sipəridir. Kiminsə xoşbəxt yuxusunun qoruyucusu, kimsəsiz küçələrin səssiz müşahidəçisi, həyəcan zənglərinin ilk cavabverəni… Polisin işi, sadəcə cinayətkarı tutmaq deyil. Onun işi, insanları qorumaq, şəhərlərə sakitlik, insanlara güvən gətirməkdir. Bəzən bir uşağın itirdiyi yol,…
Daha çoxAzərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə iyulun 2-də mübadiləsi mərasimi olub. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Daha çoxLaçında “İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu” mövzusunda panel sessiya keçirilib
Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu çərçivəsində “İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu” mövzusunda panel sessiya təşkil edilib. SİA xəbər verir ki, sessiya BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə keçirilib. Panel sessiyada çıxış edən Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigün ölkəsinin iqlim dəyişikliyi ilə mübarizə strategiyası hazırladığını və onun COP29-da təqdim olunduğunu diqqətə çatdırıb. “Biz yaşıl enerji sahəsində qadınların təmsilçiliyini artırırıq. Həmin təşəbbüs Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında həyata keçirilir”, – deyə o bildirib. Qazaxıstanın parlament üzvü, Qadın və Ailə Demoqrafik…
Daha çoxPrezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik. SİA xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən Fəxri doktor diplomunun təqdimat mərasimində deyib. O, sözügedən mərasimdə iştirak etməkdən qürur duyduğunu söyləyib: “Məni bu yüksək şərəfə layiq gördüyünüz üçün təşəkkür edirəm. Bu, mənim üçün tarixi bir andır”.
Daha çoxBakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. SİA bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Daha çoxPirallahı rayonunda 2 iyul – Azərbaycan Polisi Günü qeyd edildi
2 iyul 2025-ci il tarixində Pirallahı rayon Polis İdarəsinin inzibati binasında “Azərbaycan Polisi Günü” münasibətilə tədbir keçirilmişdir. SİA xəbər verirki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları və Rayon Polis İdarəsinin kollektivi iştirak etdilər. Tədbir Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır. Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılov polis əməkdaşlarını 2 iyul – Azərbaycan…
Daha çoxİnsanların ağ və qara rəngli maşınlara üstünlük verməsi nədən qaynaqlanır?
“Hazırkı dövrdə Azərbaycanda istismarda olan nəqliyyat vasitələrinin əksəriyyəti əsasən ağ rəngdə və digər açıq monoetik çalarlarda təqdim olunur. Bu tendensiyanın əsas səbəblərindən biri kimi ağ rəngin yüksək albedoya malik olması, yəni günəş şüalarını daha effektiv əks etdirmə xüsusiyyəti göstərilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, Azərbaycan coğrafi mövqeyinə görə günəşli iqlimə malik ölkələr sırasındadır və bu faktor avtomobil rənglərinin seçimində mühüm texniki parametr kimi nəzərə alınır: “Avtomobil rəngi yalnız texniki göstərici olmaqla məhdudlaşmır; o, həmçinin estetik və psixoloji aspektlər baxımından da…
Daha çoxŞKTC prezidentinin fəxri doktor diplomu mərasimi keçirilir
Azərbaycan Texniki Universitetində (AzTU) Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatarın fəxri doktor diplomunun təqdimat mərasimi keçirilir. SİA xəbər verir ki, tədbir Prezident Ersin Tatarın Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunub. Mərasimdən öncə Ersin Tatar Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib və universitetin kitabxanası ilə tanış olub. Daha sonra Azərbaycan Texniki Universitetinin akt zalında keçirilən əsas mərasimdə universitetin rektoru prof. Vilayət Vəliyev açılış nitqi ilə çıxış edib. Tədbirdə Ersin Tatarın ictimai-siyasi fəaliyyəti barədə təqdimat nümayiş olunub, ardınca fəxri doktor adının verilməsi mərasimi keçirilib. Hazırda fəxri mantiyanın və diplomun…
Daha çoxMilli Məclisin deputatı ATƏT PA-nın Komitə sədri seçilib
Bu gün Portuqaliyanın Porto şəhərində keçirilən ATƏT Parlament Assambleyasının (ATƏT PA) 32-ci İllik Sessiyası çərçivəsində Baş Komitələr üzrə iclaslar başa çatıb. SİA xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyevin sədri olduğu İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitənin “Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunması: ATƏT məkanında yeni reallıqlara cavab” adlı qətnaməsi müvafiq düzəlişlə qəbul olunub. Üç gün davam edən komitə iclaslarında, həmçinin müxtəlif məsələlər üzrə 6 əlavə qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib. İyulun 2-də İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş…
Daha çox