Rusiya qardaş Ermənistanın sabitliyində səmimi maraqlıdır və onu inkişaf edən, çiçəklənən ölkə kimi görmək istərdi. SİA-nın məlumatına görə, Lenta.ru-nun müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. …Rusiya səmimi şəkildə qardaş Ermənistanın sabitliyində maraqlıdır. Təkcə ona görə deyil ki, bunlar yüksək ideallardır və bu, ilk növbədə doğrudur, həm də ona görə ki, faydalıdır, – o vurğulayıb. Diplomatın sözlərinə görə, Moskva Ermənistanı sabit, firavan və inkişaf edən dövlət kimi görmək istərdi. Onun sözlərinə görə, Moskva respublikada konstitusiya əsasında qanunun aliliyinin qorunmasının tərəfdarıdır. Bundan əvvəl…
Daha çoxDay: July 2, 2025
Yekaterinburq hadisələrinə paytaxt sakinlərinin BAXIŞI – SORĞU
Yekaterinburq hadisələrinə paytaxt sakinlərinin BAXIŞI – SORĞU
Daha çoxRusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz qarşı tərəfin diqqətinə çatdırılıb. “27 iyun tarixində Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə Rusiya hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən basqınlar zamanı qanuna zidd əməllər nəticəsində iki həmvətənimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması ilə bağlı dərin narahatlıq bir daha…
Daha çoxPolis Günü: Azərbaycanın keşikçiləri haqqında düşüncələr
Hər millətin taleyində sükutla, səssiz fədakarlıqlarla yazılan səhifələr var. Bu səhifələrdə qəhrəman adlar, titullu cümlələr olmur bəzən… Sadəcə bir ünvan olur – Vətən! Və o vətənin hər daşına, hər küçəsinə, hər nəfəsinə göz qoyan, dinməz-danışmaz qoruyucu əllər… Azərbaycanda bu əllər Polis adlanır. Bu gün– iyulun 2-si – Azərbaycanda Polis Günüdür. Bu gün bir bayramdır, amma təkcə təqvimdəki bir tarixdən ibarət deyil. Bu, gecə-gündüz sərhədi olmayan, bayram-tətil tanımayan, rahat yuxunu, ailə qucağını, şəxsi həyatını təhlükənin, məsuliyyətin və and yerinin arxasına qoyan insanların bayramıdır. Polis – o, yalnız hüquqi qayda-qanunun icraçısı deyil……
Daha çoxZaxarova açıqlama verib…
Rusiya həmişə insanlara çeşidlər, rənglər və seqreqasiya ilə bağlı münasibətlə mübarizə aparıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın aparıcı dövlət televiziya kanalı AzTV-nin Moskvanın başqa xalqlara ağalıq etməyə öyrəşdiyi barədə sözlərinə cavab olaraq bildirib. …Yalandır ki, bizim ölkədə nə vaxtsa, haradasa, nə bilim, insanlara sinfə görə rəftar siyasəti olub. Bizdə çox fərqli şeylər var idi, amma mənə elə gəlir ki, insanlara sort kimi yanaşmağa qarşı həmişə mübarizə aparan ölkəmiz olub. Bunu rusiyalı diplomat bildirib. Onun sözlərinə görə, bu cür…
Daha çoxƏfqanıstanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün əhəmiyyətinə toxunulub. Ölkənin 1992-ci ildə ECO-ya qoşulduğu gündən regionda əməkdaşlığın inkişafına xidmət edən müxtəlif təşəbbüslərdə fəal iştirak etdiyi bildirilib. Qeyd edilib ki, Azərbaycanın müəllifi olduğu və iştirak etdiyi iqtisadi, enerji və nəqliyyat layihələri bütün İƏT ölkələri üçün faydalıdır. Görüş zamanı Azərbaycan ilə Əfqanıstan arasında iqtisadi, ticarət, tranzit və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda…
Daha çox“Rusiyada qanunun aliliyindən danışmaq belə mümkünsüzdür”
“Yekaterinqburqda soydaşlarımıza qarşı törədilən cinayət əməli ölkəmizdə çox ciddi ictimai rezonansa səbəb oldu və haqlı olaraq Azərbaycan cəmiyyəti tələb edir ki, bu işin təşkilatçıları və icraçıları qanunun ən sərt şəkildə cəzalandırılsın”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Elman Nəsirov bildirib ki, Rusiyada son zamanlarda yenidən şovinizm hissələrinin gücləndiyi müşahidə olunur və 27 iyun tarixində törədilən cinayət konkret olaraq azərbaycanlılara qarşı yönəlmişdi. Bu hadisədə digər etnoslar nəzərdə tutulmamış, yalnız azərbaycanlılara qarşı saxta ittihamlar irəli sürülmüş və heç bir şübhə olmadan bu hərəkət iki tərəfli müttəfiqlik münasibətlərimizə çox ciddi…
Daha çoxZelenski mitropolit Onufrini Ukrayna vətəndaşlığından məhrum edib
Onufriy Rusiya Federasiyasının vətəndaşıdır. …Ukrayna prezidenti Vladimir Zelenski Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin mitropoliti Onufrinin (Orest Berezovski) Ukrayna vətəndaşlığına xitam verilməsi haqqında fərman imzalayıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə çərşənbə günü, iyulun 2-də Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Ukrayna Təhlükəsizlik Xidməti Onufrinin 2002-ci ildə könüllü olaraq Rusiya vətəndaşlığını aldığını müəyyən edib, lakin bu barədə Ukraynanın müvafiq dövlət qurumlarına məlumat verməyib. Eyni zamanda o, Ukrayna vətəndaşının hüquqlarından istifadə etməyə davam edib. Bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, metropoliten Moskva Patriarxlığı ilə əlaqələr saxlayır…
Daha çox“Faciələrin böyük əksəriyyəti insan faktoru ilə əlaqəlidir”
“Çimərlik ərazilərində baş verən faciələrin böyük əksəriyyəti insan faktoru ilə əlaqəlidir. Yəni qarşısı alınması mümkün olan yanlış davranışlar nəticəsində insanlar təhlükəli situasiyalarla üzləşirlər”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Orxan Musayev deyib. Onun sözlərinə görə, dəniz istirahəti əhalinin diqqətini cəlb edən əsas istirahət növlərindən və məkanlarından biri hesab olunur: “Lakin bu cəlbedicilik çox zaman qəfil və gözlənilməz şəkildə insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Bəzən insanlar dənizdə istirahət zamanı onun potensial təhlükələrini nəzərə almırlar. Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, azyaşlı uşaqları nəzarətsiz buraxmaq, qadağan…
Daha çox“Yaşlı əhali arasında əmək bazarına inteqrasiya səviyyəsi kifayət qədər aşağıdır”
“2017-ci ildə əmək pensiyaları haqqında qanunvericiliyə edilən dəyişikliyin tələbinə əsasən, hər il 6 ay olmaqla pensiya yaşı mərhələli şəkildə artırılır. Yəni bu proses texniki və hüquqi baxımdan müvəqqəti tədbir və ya ayrıca qəbul edilmiş qərar deyil, mövcud qanunun tələbi kimi həyata keçirilir və hər ilin əvvəlindən qüvvəyə minir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, bu məsələ Azərbaycanda ümumilikdə pensiya yaşının artırılmasının arzuolunan bir hal olmaması ilə bağlıdır: “Belə ki, orta ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərq — yəni gözlənilən pensiya dövrü — dünya…
Daha çox