Onlar Tallinndə “Slava Ukraine” restoranını yandırıblar. Estoniyada məhkəmə iki Moldova vətəndaşını “Slava Ukrayna” restoranını yandırmaqda təqsirli bilib. SİA-nın məlumatına görə, ERR xəbər verir ki, məlum oldu ki, onlar Rusiya kəşfiyyatı (QRU) üçün işləyiblər. Estoniya hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Moldova vətəndaşı 1992-ci il təvəllüdlü İvan Kixayal bu ilin yanvarında Rusiya xüsusi xidmət orqanlarının göstərişi əsasında Voru qraflığının Osula kəndində COOP mağazasını yandırıb. Demək olar ki, bir həftə sonra ona 2 min dollara yaxın maaş verildi. Tezliklə ruslar ona Tallinndəki “Slava Ukrainiy” restoranını yandırmağı əmr…
Daha çoxDay: July 2, 2025
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakı şəhərində növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ombudsman qəbul üçün müraciət etmiş Azərbaycan vətəndaşlarının, həmçinin əcnəbi şəxslərin hər birini fərdi qaydada dinləyib. Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib. Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması…
Daha çoxŞKTC prezidentinin fəxri doktor diplomu mərasimi keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) 2025-ci il iyulun 2-də mühüm və əlamətdar tədbir baş tutub. Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatar universitetin fəxri doktoru adına layiq görülüb. Tədbir Prezident Ersin Tatarın Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunub və ölkələrimiz arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin təcəssümü kimi dəyərləndirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən öncə cənab Ersin Tatar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin universitet ərazisindəki büstünü ziyarət edib, önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib. Ardınca Prezident AzTU-nun əsas tədris binasında yerləşən kitabxana ilə yaxından tanış…
Daha çoxBu, Londonun Kiyevə hərbi yardımına təsir etməyəcək…
Avropa ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmasına reaksiya verib ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmaq qərarı Londonun Kiyevə hərbi yardımına təsir etməyəcək. SİA-xəbər verir ki, bu barədə “The Guardian” Britaniya mənbələrinə istinadən yazır. Ukraynanın Avropadakı müttəfiqləri “boşluqları doldurmağa” çalışıblar, lakin Qərb hərbi rəsmiləri çoxdan etiraf ediblər ki, ABŞ tərəfi Ukraynanı kritik silahlarla təmin edir. Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Kiyevə silah tədarükünün dayandırıldığını açıqlamışdı. Diplomat vurğulayıb ki, Vaşinqton ilk növbədə ABŞ-ın ehtiyaclarını qarşılayacaq. Əli Babayev
Daha çoxQazaxıstan Prezidenti Azərbaycana minnətdarlığını bildirib…
…yüksək təşkilatçılığına görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın etibarlı dostu olan Azərbaycana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) yüksəksəviyyəli sədrliyinə, dialoqun, etimadın və tərəfdaşlığın möhkəmləndirilməsi, eləcə də AQEM-in institusional inkişafına verdiyi töhfəyə görə səmimi minnətdarlığını bildirib. SİA Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısı Astanada AQEM-in qərargahının açılışında çıxışı zamanı deyib. Qazaxıstan Prezidenti Asiyada AQEM-in bütün iştirakçılarının hamısına uğurlar arzulayıb. “Biz həmişə əmin olmuşuq ki, yalnız əməkdaşlığın, qarşılıqlı anlaşmanın və dialoqun inkişafı davamlı sülhə, sabitliyə və rifaha nail olmağa…
Daha çoxMüharibənin üç qalibi – RAKURS
Müharibənin üç qalibi – RAKURS
Daha çoxNabiullina çox təlatümlü vaxtlar barədə xəbərdarlıq etdi
Rusiya iqtisadiyyatı bəzi xarici çağırışlara uyğunlaşa bildi, lakin qarşıda “çox təlatümlü dövrlər” gözləyir. SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, bu barədə tənzimləyicinin rəhbəri Elvira Nabiullina Rusiya Bankının Maliyyə Konqresində bildirib. O bildirib ki, bu vəziyyətin üstünlüyü bahalı əmək şəraitində əmək məhsuldarlığının inkişafı və artması üçün yeni imkanların yaranmasıdır. Əli Babayev
Daha çoxAzərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə mübadiləsi mərasimi olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzaladılar. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət Planını (“Yol xəritəsi”)” Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov…
Daha çoxBaş nazir Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb. SİA-nın məlumatına görə, Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünün əhəmiyyətinə toxunulub. Ölkəmizin 1992-ci ildə İƏT-ə qoşulduğu gündən regionda əməkdaşlığın inkişafına xidmət edən müxtəlif təşəbbüslərdə fəal iştirak etdiyi bildirilib. Qeyd edilib ki, Azərbaycanın müəllifi olduğu və iştirak etdiyi iqtisadi, enerji və nəqliyyat layihələri bütün İƏT ölkələri üçün faydalıdır. Görüş zamanı Azərbaycan ilə Əfqanıstan arasında iqtisadi, ticarət, tranzit və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda…
Daha çox…Tramp Nyu Yorkla bağlı söz verdi…
ABŞ prezidenti Donald Tramp Nyu-York şəhərini noyabrda keçiriləcək mer seçkiləri ərəfəsində “xilas edəcək” və onu yenidən “möhtəşəm” edəcəklərinə söz verib. …Mən Nyu Yorku xilas edəcəyəm və onu yenidən isti və möhtəşəm edəcəm, eynilə yaxşı ABŞ-da etdiyim kimi… SİA-nın məlumatına görə, Tramp bunu Truth Social-da yazıb. O, həmçinin merliyə namizədlərdən birini “kommunist dəlisi” adlandırıb və ona şəhəri “dağıtmağa” imkan verməyəcəyinə söz verib. …Əlimdə bütün rıçaqlar və bütün kartlar var. Bunu da ABŞ prezidenti vurğulayıb. İyunun ortalarında Nyu Yorkun mərkəzində Trampın siyasətinə qarşı çoxminlik etiraz aksiyası keçirilib. Əli Babayev
Daha çox