“Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır…”

XİN: Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırırıq Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiyanın ölkəmizdəki səfirliyinin 2 iyul tarixli bəyanatlarında guya Azərbaycanda səfərdə olan Rusiya vətəndaşlarına və onların ailə üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi, habelə həbs olunmuş Rusiya vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi ilə bağlı Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya…

Daha çox

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olunub

Ukrayna Prokurorlar Şurasının təqdimatı ilə ölkənin Baş prokuroru əslən azərbaycanlı Amil Ömərovu Xarkov Vilayət Prokurorluğunun rəhbəri vəzifəsinə təyin edib. SİA-xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Amil Ömərovun prokurorluq orqanlarında kifayət qədər təcrübəsi var. O, son 9 ildə prokurorluq orqanlarında rəhbər vəzifələrdə, xüsusən 2021-ci ildən – Xarkov şəhərinin Şevçenko rayon prokuroru kimi fəaliyyət göstərib. Namizədlik müstəsna olaraq peşəkar keyfiyyətlər, təcrübə və qanunvericilik meyarlarına uyğunluq nəzərə alınmaqla – Ukrayna Prokurorlar Şurasının müvafiq tövsiyəsindən sonra təyin edilib. İcra müddəti 5 ildir. Qeyd edək ki, Amil Ömərov Azərbaycanın…

Daha çox

Şərqi Afrikada yeni okean formalaşmağa başlayıb…

Xəritələrdə nə vaxt görünəcək? …Efiopiyada, Afar Rift Zonasında elm adamları yeni okean hövzəsinin əmələ gəlməsinə dair sübutlar aşkar ediblər. Beynəlxalq geoloqlar qrupu regionda materik qabığının sözün əsl mənasında parçalandığını təsdiqləyən məlumatları təqdim edib. SİA-nın məlumatına görə, tədqiqat iyunun 25-də Nature Geoscience jurnalında dərc olunub. Söhbət nadir geoloji hadisədən gedir: üç tektonik plitənin (Afrika, Ərəbistan və Somali) yaxınlaşması zamanı yer qabığının altında ərimiş mantiyanın pulsasiyalı axınları qeydə alınıb. Suonsi Universitetindən geoloq, tədqiqat müəllifi Emma Vatts, “…Bu impulslar fərqli kimyəvi imzalar daşıyır və tektonik plitələrə təsir edərək,…

Daha çox

Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze” istirahət mərkəzində olublar. SİA xəbər verir ki, “Sea Breeze”in təsisçisi Emin Ağalarov Azərbaycanın və Özbəkistanın dövlət başçılarına kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün planlaşdırılan layihələr barədə məlumat verib. Hazırda 500 hektar ərazini əhatə edən “Sea Breeze”də indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Ötən dövr ərzində kompleksin ərazisində 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Ərazidə artıq 20 min sakin yaşayır…

Daha çox

ECO-nun Qadınlar Forumunda mühüm məsələlərə toxunulub

Bugünkü forum çərçivəsində bir çox mühüm məsələlərə toxunuldu, o cümlədən iqlim dəyişmələri ilə mübarizədə qadınların rolu, qadınların sahibkarlıq fəaliyyəti üçün şəraitin yaxşılaşdırılması, eləcə də onların iqtisadi inkişaf və BMT-nin Davamlı İnkişaf üzrə 2030-cu il Gündəliyi tərəfindən irəli sürülən davamlı inkişafda rolunun artırılması kimi mövzular müzakirə olunub. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) eksperti Tatyana Çernyavskaya Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunda deyib. Onun sözlərinə görə, forumda ECO-nun hansı siyasi və iqtisadi alətləri bölüşə biləcəyi və təşkilatının qadınları istehsal proseslərinə cəlb etməklə iqtisadi artımı stimullaşdırmaq…

Daha çox

Baş nazir Əli Əsədov Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb. SİA-nın məlumatına görə, Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) müşahidəçi dövlət statusuna malik olan Şimali Kiprin Prezidentinin ECO-nun Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi vurğulanıb. Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında son dövrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd edilib. Söhbət zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Daha çox

İjevskdəki dron istehsalı zavodu fəaliyyətini dayandırıb…

Ukraynanın zərbəsindən sonra… …Udmurtiyada İjevsk elektromexaniki zavodu “Kupol” iyulun 1-də səhər saatlarında Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qaldıqdan sonra fəaliyyətini dayandırıb. SİA-nın məlumatına görə, iki pilotsuz təyyarə hədəfinə çatıb: biri 106 saylı sexin pəncərəsinə uçub, ikincisi 110 saylı sexin damına çırpılıb və partlayıb. Yanğın baş verib, dam örtüyü 1300 m²-lik ərazini aşıb. Nəticədə 1-ci korpusun metal emalı, mikrosxemlərin lehimləndiyi, hücum pilotsuz təyyarələrinin istehsal olunduğu 4 sexi məhv edib. Hücumdan əvvəl orada üç növbə ilə gecə-gündüz pilotsuz təyyarələr yığılırdı. Bundan əvvəl Udmurtiyanın rəhbəri Aleksandr Breçalov Kupol-a…

Daha çox

Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub. SİA-nın məlumatına görə, Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Tbilisi şəhərində Heydər Əliyev adına parkda Ümummilli Liderin büstünü ziyarət edib. Sonra idarə rəisi Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi general-mayor Şalva Şengelia ilə görüşüb. Görüşdə birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyətinə Gürcüstan hərbi polisi və…

Daha çox

Qəzzada müharibəyə son qoymağın yolu məlum olub

Qəzza zolağındakı böhran, Fələstinin radikal HƏMAS hərəkatı olmadan bölgədə yeni hökumət formalaşdırmaqla həll edilə bilər. SİA-nın məlumatına görə, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Qriqori Lukyanov Lenta.ru ilə söhbətində Qəzzada müharibəyə son qoymağın bu üsulunu adlandırıb. Ekspertin fikrincə, İsrail hazırda bu perspektivdən imtina edir və bu səbəbdən humanitar böhran uzun illər davam edə bilər. …İsrail heç bir mövcud Fələstin siyasi qüvvələrinin nümayəndələri olmadan texniki hökumət istəyir. Lakin belə bir hökumət legitim olmayacaq – xalq bunu qəbul etməyəcək. Legitimlik olmasa, heç nəyi dəyişməyəcək, – şərqşünas izah edib. Bundan əvvəl İsrailin…

Daha çox

Azərbaycan Prezidenti Özbəkistana minnətdarlıq edib…

…Qarabağın bərpasına köməyinə görə Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib. SİA xəbər verir ki, dövlətimizin başçısı bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib. Prezident İlham Əliyev bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti isə məhz Özbəkistanın tikdirdiyi bu məktəbdir və mən Şavkat Miromonoviçlə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə…

Daha çox