Pezeşkianın Azərbaycana gələcəyi təsdiqləndi

İran prezidenti Məsud Pezeşkianın İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Liderlər Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana gələcəyi təsdiqlənib. SİA xəbər verir ki, İranın “Mehr” xəbər Agentliyi prezidentin Azərbaycana yola düşəcəyini açıqlayıb. Azərbaycan 2025-ci il iyulun 3-4-də Xankəndidə keçiriləcək İƏT Liderlərinin 17-ci Sammitinə ev sahibliyi edəcək. Sammitdə İƏT-in regional əməkdaşlığın inkişafı və davamlı inkişafın təşviqində rolu vurğulanacaq.

Daha çox

Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı geniştərkibli istintaq qrupu yaradılıb

Baş Prokurorluda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin araşdırılması üçün geniştərkibli istintaq qrupu yaradılıb. SİA xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair Baş Prokururluqda keçirilən mətbuat konfransında qurumun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. O bildirib ki, Rusiyanın əməliyyat-axtarış strukturları ən azı 14 nəfəri saxlayıb və həmin şəxslərdən ikisi istisna olmaqla, 12-si Azərbaucan vətəndaşı olub. Onlardan 7-nə qarşı fiziki zorakılıq tətbiq edilməsi müəyyən olunub.

Daha çox

Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil

Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil. SİA xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Laçında ilk dəfədir keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumunda deyib. Onun sözlərinə görə, qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunması cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisidir: “Biz inanırıq ki, qadının iqtisadi müstəqilliyi olmadan onun sosial və siyasi güclənməsindən danışmaq mümkün deyil. Odur ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və müsbət təcrübəsini də paylaşmağa hazırdır”. B.Muradova bildirib ki, Azərbaycanda qadın…

Daha çox

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,71 % artaraq 72,52 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 68,71 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,73 % artaraq 71,21 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu keçirilir. SİA xəbər verir ki, tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə “İƏT Həftəsi” çərçivəsində baş tutur. Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələri arasında sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də İƏT regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu vurğulamaq və gücləndirməkdir. Tədbirdə iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması, rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular müzakirə olunacaq. Forum İƏT regionunun müxtəlif…

Daha çox

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Daha çox

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib. SİA xəbər verir ki, Amerika lideri bunu “Truth” hesabında yazıb. “Mənim nümayəndələrim Qəzza ilə bağlı İsrail tərəfi ilə uzun və məhsuldar görüş keçiriblər. İsrail 60 günlük atəşkəs üçün müvafiq şərtlərə razılıq verib. Bu müddət ərzində biz münaqişəni dayandırmaq üçün bütün tərəflərlə işləyəcəyik. Ümid edirəm ki, Yaxın Şərqin rifahı üçün HƏMAS bu təklifləri qəbul edəcək. Əks təqdirdə daha da pis olacaq”, – Tramp bildirib. Onun sözlərinə görə, Misir və Qətər münaqişənin həlli üçün yekun təklif verəcəklər.

Daha çox

Dövlət Komitəsində Mərakeş Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş baş tutub. Komitədən SİA-ya verilən məlumata görə, görüşdə AQUPDK-nın sədrinin müavini Aynur Sofiyeva çıxış edərək, Afrika ilə Avropa arasında strateji körpü rolunu oynayan Mərakeşin bu mövqeyindən bacarıqla istifadə etdiyini, regional və qlobal əməkdaşlıqda fəal iştirak etdiyini qeyd edib. O, ölkədə həyata keçirilən islahatlar, irimiqyaslı infrastruktur layihələri və xüsusilə alternativ enerji sahəsində əldə olunan uğurların sosial rifahın yüksəldilməsinə və dayanıqlı inkişafa…

Daha çox

Husilərin atdığı ballistik raket kosmosda vuruldu

İslam Respublikası tərəfindən dəstəklənən husilər tərəfindən Yəməndən atılan ballistik raket İsrail Müdafiə Qüvvələrinin “Khets/Arrow” hava hücumundan müdafiə sistemi tərəfindən atmosferdən kənarda vurulub. SİA xəbər verir ki, bu uğurlu müdafiə İsrail səmasından başqa Suriyanın paytaxtı Dəməşq səmasında da müşahidə edilib.

Daha çox