Yekaterinburqda köhnə qətllər üzrə beşinci müttəhim həbs edilib


Yekaterinburqun Leninski Rayon Məhkəməsi Əhliman Gənciyevi bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq cinayət törətməkdə ittiham edərək həbs edib.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Gənciyev iyulun 19-dək istintaq təcridxanasında qalacaq. Bundan əvvəl məhkəmə Akif, Ayaz və Məzahir Səfərovları, daha sonra isə Bəkir Səfərovu həbs edib.

İyunun 28-də məlum olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları 10 il əvvəl baş vermiş kütləvi qırğınlarda şübhəli bilinərək cinayətkar qruplaşmanın üzvlərini saxlayıblar. Müstəntiqlərin fikrincə, saxlanılan şəxslər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda baş vermiş silsilə qətliamlarda iştirak etmiş ola bilərlər.

Əli Babayev

Əlaqəli Xəbərlər