Ukraynanın Sumı vilayətindən uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana gəlib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında yazıb.
“Ukraynalı uşaqlar üçün bu proqramın dəstəklənməsinə görə Azərbaycan rəhbərliyinə, xalqına və bütün tərəfdaşlara minnətdaram”, – səfir vurğulayıb.