Türkiyədə istirahət edən ruslar kurortda tüğyan edən yanğınlara görə tətillərini yarımçıq qoymaq istəmirlər. Rusiyanın Türkiyədəki Baş Konsulluğu hesab edir ki, turistlər tətilə xərclədikləri pulu itirmək istəmirlər.
Bir sıra vilayətlərdə, o cümlədən turistik İzmirdə tüğyan edən yanğınlara baxmayaraq, ruslar Türkiyədəki tətillərini yarımçıq qoymaq istəmirlər.
SİA-nın məlumatına görə, Rusiyadan olan bir turistin REN TV ilə söhbətində bildirdiyinə görə, əvvəlcə yanğın xəbərləri istirahət edənlərin panikasına səbəb olub.
Lakin sonradan xilasedicilər yanğın yerinə gələndə turistlər sakitləşib. Hazırda vəziyyət stabilləşib, ətrafdakılar özlərini daha rahat hiss etməyə başlayıblar.
Rusiyanın Türkiyədəki Baş Konsulluğu da təsdiqləyib ki, rusiyalı turistlərdən heç kim yanğınlarla bağlı kömək istəməyib.
Türkiyə rəsmisi istirahət edənlərin tətilə xərclədikləri pulu itirməyə hazır olmadığı, buna görə də istirahət mərkəzlərində qalmağa davam etdikləri barədə fikir bildirib.
Nazlı Almuradova