İlham Əliyev Ruanda Prezidentini təbrik edib

Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidenti Pol Kaqameyə təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ruanda Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. Azərbaycan ilə Ruanda arasında münasibətlərin dinamik inkişaf etməsi məmnunluq doğurur. Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycana həyata keçirdiyiniz səfər çərçivəsində Bakıda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri xoş təəssüratlarla xatırlayıram. Bu gün Azərbaycan-Ruanda əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, dostluq münasibətlərimizin…

Daha çox

İran Prezidenti Xankəndiyə səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. SİA-nın əldə etdiyi məlumata görə, onun bu ilin iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub. Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə dəvət edib.

Daha çox

Avtobuslardakı havalandırma problemi nəyə görədir?

“Avtobus sürücülərinin havalandırmadan istifadə etməməsinin bir neçə səbəbi var və bu məsələ həm texniki, həm də idarəetmə baxımından izah oluna bilər”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, ilk növbədə qeyd edilməlidir ki, bəzi avtobuslarda havalandırma sistemləri texniki cəhətdən ya ümumiyyətlə mövcud deyil, ya da işlək vəziyyətdə deyil: “Xüsusilə köhnə modellərdə bu sistemlər ya sıradan çıxıb, ya da düzgün texniki xidmət göstərilmədiyinə görə istifadə üçün yararsız hala düşüb. Bu səbəbdən də sürücülər havalandırmanı işə salmaq imkanına malik olmurlar. Digər tərəfdən bəzi hallarda sürücülər və…

Daha çox

Azərbaycan Prezidenti Somali liderinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə Somali arasında münasibətlər son dövrdə yüksələn xətt üzrə inkişaf edir. Fevral ayında Sizin ölkəmizə rəsmi səfəriniz dövlətlərarası əlaqələrimizin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram. Hazırda Azərbaycan-Somali ikitərəfli münasibətlərinin gündəliyinin genişləndirilməsi üçün…

Daha çox

Türkiyədə böyük əməliyyat

İzmir Respublika Baş Prokurorluğunun İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı “rüşvətxorluq” və “qanunsuzluq” iddiaları ilə başlatdığı istintaq çərçivəsində, aralarında İzmir Bələdiyyəsinin keçmiş başçısı Tunç Soyerin də olduğu bir çox adam saxlanılıb. SİA xəbər verir ki, bu barədə “Milliyyet” məlumat yayıb. Bildirilir ki, İzmir Respublika Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən aparılan istintaq çərçivəsində səhər saatlarında İZBETON şirkəti və kooperativlərə qarşı əməliyyat keçirilib. Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin qrupları barələrində həbs qətimkan tədbiri seçilən 157 nəfərin əksəriyyətini saxlayıb.

Daha çox

“Azərbaycanda söz və fikir azadlığına yeni nəfəs verildi”

“Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi ölkə miqyasında geniş şəkildə qeyd olunur. Bu yubiley yalnız bir tarixi hadisənin deyil, həm də milli şüurun, ictimai fikrin və informasiya siyasətinin inkişafında medianın oynadığı strateji rolun təntənəsidir. 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol təkcə jurnalistikanın yox, bütövlükdə xalqın maariflənməsinin, dövlətçilik düşüncəsinin və milli kimliyin formalaşmasının başlanğıcı oldu”. Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib. Onun sözlərinə görə, o dövrdə qəzet çap etmək, ictimai məsələləri qaldırmaq, cəmiyyətə səs vermək…

Daha çox

Azərbaycan səfiri Rusiya XİN-ə gəlib

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinin binasına gəlib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumatda deyilir ki, diplomat jurnalistlərə şərh vermədən içəri keçib. Xatırladaq ki, dünən Rusiya XİN Bakıda hüquq-mühafizə orqanlarının “Sputnik Azərbaycan”ın redaksiyasında əməliyyat keçirdikdən sonra Azərbaycan səfirini çağırmışdı. Nazirlik baş verənlərlə bağlı Azərbaycanın rəsmi nümayəndəsinə etirazını bildirmişdi. İyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı 2 azərbaycanlı öldürülüb. Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov döyülərək qətlə yetirilib. Hadisə zamanı…

Daha çox

İran ABŞ-la nüvə danışıqlarının şərtini açıqladı

İran və ABŞ arasında nüvə danışıqları ABŞ hərbi təhdidlərini dayandırmayana qədər davam etməyəcək. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı “CBS Nyus”a deyib. “Danışıqların bərpa edilib-edilməməsinə qərar vermək üçün ilk növbədə Vaşinqtonun danışıqlardan hərbi təcavüz üçün istifadə etməyəcəyinə əmin olmalıyıq”, – o bildirib. Arakçının sözlərinə görə, diplomatiyanın qapıları heç vaxt bağlanmayacaq: “Uranın zənginləşdirilməsi qabaqcıl, elmə əsaslanan sənayedir. Bu sənaye zədələnərsə və ya məhv olarsa, biz bu sənayedə yenidən irəliləyiş əldə etmək üçün zərəri tez bir zamanda bərpa edə və uğursuzluqları aradan qaldıra bilərik. Uranın zənginləşdirilməsi texnologiyası…

Daha çox

Azərbaycanda unun qiyməti ucuzlaşdı

İyunun 30-na olan vəziyyətə görə, Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib. SİA Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən həftə ilə müqayisədə 3 % – 0,7 % azalma ilə müşahidə olunub. Bakı şəhərində və Abşeron rayonunda isə unun topdansatış qiyməti 26,5-27,5 manat arasında dəyişib. Burada da qiymətlər müvafiq olaraq 1,8-1 % azalıb. Məlumata görə, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25,8 manat təşkil edib ki, bu da…

Daha çox