Qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun açıq müsabiqələr əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi üzrə tədbirləri davam etdirilir. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, hazırda mərkəzin Müsabiqə Komissiyası tərəfindən Gəncə regional bölməsində kimya ixtisası üzrə vakant ştat vahidinin olması ilə bağlı növbəti açıq müsabiqə elan edilir. Göstərilən ixtisas üzrə vəzifədə işləmək arzusunda olan, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən, ali təhsilli, zəruri nəzəri və peşə hazırlığına malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar. Müraciət edənlər 2025-ci il iyulun 1-dən sentyabrın 1-i saat…

Daha çox

“Azərbaycanın enerji sektorunun inkişafına dünyanın da ehtiyacı var”

“”8 Noyabr” elektrik stansiyası gücünə görə Azərbaycanın ən böyük elektrik stansiyası sayılır. “Mingəçevir” Su Elektrik Stansiyası əgər vaxtı ilə Sovet Azərbaycanının ən böyük enerji mənbəyi idisə, bu gün “8 Noyabr” müstəqil Azərbaycanın ən böyük enerji mənbəyi kimi fəxarətlə qeyd edilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycanın enerji siyasəti ümumiyyətlə iqtisadi sektorun ən aparıcı sahəsinə çevrilib. Buna həm cəmiyyətin, həm də Azərbaycanın enerji sektorunun inkişafına dünyanın böyük ehtiyacı var: “Tək-tək ölkələr var ki, onlarda enerji sektorunun hərtərəfli şaxələndirilməsi və inkişaf etdirilməsi təkcə ölkənin milli…

Daha çox

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Ukraynanın Sumı vilayətindən uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana gəlib. SİA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında yazıb. “Ukraynalı uşaqlar üçün bu proqramın dəstəklənməsinə görə Azərbaycan rəhbərliyinə, xalqına və bütün tərəfdaşlara minnətdaram”, – səfir vurğulayıb.

Daha çox

“İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə”

Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi “İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə” layihəsinə yekun vurulub. SİA xəbər verir ki, 2025-ci il 20 iyun – 27 iyun tarixlərində layihə çərçivəsində təlimçilərin iştirakı ilə öncədən keçirilmiş 12 təlim əsasında 5 istiqamət üzrə tapşırıqlar verilib. Bir həftə ərzində hazırlıqlardan sonra gənclərin sosial şəbəkə seqmentlərində iş, montaj və dizayn, UX/Uİ üzrə saytların hazırlanması və istifadəsi sahəsində praktik fəaliyyət və bloqgerlik istiqamətində təqdimatları keçirilib. Təlimçilərin qiymətləndirmələrindən sonra ümumilikdə 50 təqdimat arasından hər istiqamət üzrə 3 ən yaxşı təqdimat seçilib. Sonra ən yaxşı təqdimatı…

Daha çox

Əməkdaşlıq protokolu imzalanıb

Qardaş ölkənin Qaziantep şəhərində Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq haqqında Protokol imzalanıb, həmçinin ali təhsil sistemində audit sahəsində əməkdaşlığı da nəzərdə tutan Tədbirlər Planı təsdiq edilib. SİA xəbər verir ki, mərasim iştirakçıları qarşısında çıxış edən Türkiyə Hesablama Palatasının rəhbəri Metin Yener iki qardaş ölkə arasında əməkdaşlıq üzrə Fəaliyyət Planının üç il müddətinə nəzərdə tutulduğunu bildirib. “Biz Türkiyə ilə Azərbaycan arasında bir ay və qarşıdakı iki il müddətinə dəqiq addımları nəzərdə tutan əməkdaşlıq çərçivəsi barədə razılığa gəldik”, – deyə o qeyd edib. M.Yener vurğulayıb ki, Ankara nəzarət və audit…

Daha çox

Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və…

Daha çox

Kahramanmaraş valisinə bayraq təqdim edilib

Türkiyənin Kahramanmaraş vilayətinin valisi Mükerrem Ünlüere fəlakət zonasında Azərbaycan Fövqəladə Hallar Nazirliyi qərargahının üzərində dalğalanan bayraq təqdim edilib. SİA xəbər verir ki, vilayətin valisinə bu bayrağı Azərbaycan diasporunun Kahramanmaraşda fəaliyyət göstərən diaspor strukturunun – Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Cəmiyyətinin rəhbəri Tural Şahbazlı təqdim edib. O bildirib ki, xilasetmə əməliyyatı başa çatdıqdan az sonra qərar verib ki, 2023-cü ilin fevralında baş vermiş zəlzələ zonasına ilk gələn Azərbaycan xilasedicilərinin qərargahı üzərində dalğalanan bayrağı qoruyub saxlasın. “Xalqlarımızın həmrəyliyinin və qardaşlığının daha bir rəmzi olan bu bayrağı Kahramanmaraşın rəhbərinə təqdim etmək qərarına gəldim”,…

Daha çox

“Komanda-qərargah akademik kursu”nun buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetində (MMU) Hərbi İdarəetmə İnstitutunun “Komanda-qərargah akademik kursu”nun 25-ci buraxılışına həsr olunan mərasim keçirilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, MMU-nun rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək məzunlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun və digər rəhbər heyətin təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, həmçinin kursu tədris edən professor-müəllim heyətinə öz təşəkkürünü bildirib. O, peşəkar və müasir tələblərə uyğun zabit kadrlarının hazırlanmasının Ali Baş Komandan tərəfindən Azərbaycan Ordusunun rəhbərliyi qarşısında qoyulmuş prioritet məsələlərdən biri olduğunu qeyd edib və bu istiqamətdə görülən işlərin,…

Daha çox

“Nə piyada, nə də sürücü belə bir hərəkəti gözləmir”

“Son illərdə şəhər mərkəzlərində elektrikli skuterlərin sürətlə artması bir tərəfdən ekoloji cəhətdən qənaətcil və rahat nəqliyyat vasitəsi kimi qiymətləndirilsə də, digər tərəfdən artıq şəhər sakinlərinin və sürücülərin ciddi narahatlıq doğuran mövzularından birinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, xüsusilə piyadalar və avtomobil sürücüləri tez-tez şikayət edirlər ki, skuter istifadəçiləri xüsusi ayrılmış skuter və velosiped yolları olsa belə, həmin yolları deyil, piyada səkilərini və ya avtomobil yollarını seçirlər. Bu isə həm təhlükəsizlik, həm də intizam baxımından ciddi problemlərə səbəb…

Daha çox