Japarov sabah Rusiyaya gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 2-si Rusiyaya işgüzar səfər edəcək. SİA xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb. Bildirilib ki, Japarovla rusiyalı həmkarı Vladimir Putin arasında ikitərəfli görüş gözlənilir. Görüş zamanı liderlər Qırğızıstan-Rusiya əməkdaşlığının cari məsələlərini, o cümlədən ticarət-iqtisadi, mədəni, humanitar və investisiya sahələrini müzakirə edəcəklər.

Daha çox

“Rusiya bir vaxtlar İrəvanda ixtişaş törədə bilmədi, bizdə neynəyəcək?”

POLİTOLOQ: “Rusiyanın əlinin hər yerdən çıxdığı bir məqamda dünyanın ölkəmizə marağı artır” “Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən zorakılıq aktı əslində Rusiyanın dövlət siyasətinin təzahürüdür. Zaman-zaman Rusiyada yaşayan soydaşlarımıza qarşı irqçilik münasibətləri dəfələrlə müşahidə olunub. Təyyarə qəzasından başlanmış deputatımızın bu ölkəyə buraxılmaması, Yekaterinburq, Voronej, Saratov şəhərlərində soydaşlarımıza qarşı kütləvi hücumlara qədər baş verən bütün proseslər eyni siyasətin tərkib hissəsidir”. SİA xəbər verir ki, bunu açıqlamasında yazıçı-publisist, politoloq Yunus Oğuz deyib. Bildirib ki, ehtimallara görə, belə hadisələr Moskvada da təkrar oluna bilər: “Vaxtilə Moskvada azərbaycanlı iş adamı Telman…

Daha çox

“İqtisadi uğurlarımız insanlarda gələcəyə böyük inam yaradıb”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı imzalanan sərəncamlar, əlbəttə ki, insanlara göstərilən qayğı və diqqətin bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Onun sözlərinə görə, ölkə rəhbəri daim bildirir ki, xalqın rifahının yüksəldilməsi və onların təhlükəsizliyinin təmin olunması dövlətin qarşısında duran birinci dərəcəli vəzifədir və bu sahədə bütün tədbirlər vaxtında həyata keçirilməlidir: “Qeyd edilməlidir ki, bu cənab Prezidentin bu istiqamətdə imzaladığı ilk sərəncam deyil. Son illər ərzində sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı bir sıra mühüm…

Daha çox

Türkiyədə meşə yanğınları davam edir

Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Türkiyənin bir sıra bölgələrində meşə yanğınları baş verib. Son 5 gün ərzində ölkə üzrə 342 meşə yanğını qeydə alınıb ki, onlardan 6-sı hələ də davam edir. SİA xəbər verir ki, yanğınlarla bağlı Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı açıqlama verib. O, ölkənin müxtəlif bölgələrində baş verən yanğınlarına havadan və qurudan müdaxilə edildiyini bildirib. Yanğınların Manisa, İzmir və Hatayda davam etdiyini deyib. Qeyd edilib ki, İzmirin Seferihisar və Menderes bölgələrindəki yanğınlarda hazırkı vəziyyət dünənə nisbətən yaxşıdır. İzmir və Manisada gecə boyu aparılan intensiv müdaxilələrlə…

Daha çox

DMX 5 ildir Azərbaycanda olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Dövlət Miqrasiya Xidməti Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. Bu barədə SİA-ya Xidmətdən məlumat verilib. Qeyd edilib ki, 24 mart 2020-ci il tarixindən Azərbaycanda olan və COVİD-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iyulun 31-dək Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər.

Daha çox

“İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə” layihəsinə yekun vurulub

Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi “İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə” layihəsinə yekun vurulub. 2025-ci il 20 iyun – 27 iyun tarixlərində layihə çərçivəsində təlimçilərin iştirakı ilə öncədən keçirilmiş 12 təlim əsasında 5 istiqamət üzrə tapşırıqlar verilib. Bir həftə ərzində hazırlıqlardan sonra gənclərin sosial şəbəkə seqmentlərində iş, montaj və dizayn, UX/Uİ üzrə saytların hazırlanması və istifadəsi sahəsində praktik fəaliyyət və bloqgerlik istiqamətində təqdimatları keçirilib. Təlimçilərin qiymətləndirmələrindən sonra ümumilikdə 50 təqdimat arasından hər istiqamət üzrə 3 ən yaxşı təqdimat seçilib. Sonra ən yaxşı təqdimatı hazırlamış gənclərin mükafatlandırma mərasimi…

Daha çox

Dünya Bankı Azərbaycana 173,5 milyon dollar kredit ayırır

Bu gün “Azərenerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit müqaviləsi və Azərbaycan ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə zəmanət sazişi imzalanıb. SİA xəbər verir ki, 173,5 milyon dollar məbləğində olan kredit sazişini “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster, kredit müqavinə dair zəmanət sazişini isə Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev və Ş.Ştallmayster imzalayıb. Cəlb…

Daha çox

“İran-İsrail arasında baş verən müharibə region ölkələrinə ciddi təsir göstərir”

“İran və İsrail münasibətləri post-müharibə dövrünü xatırladır. Hər kəsə məlum olduğu kimi, müharibədən sonra hər iki ölkə öz yaralarını sağaltmaqla məşğuldur. Hətta sülh müqaviləsi bağlansa belə bu, praktik olaraq mümkün görünmür. Sadəcə iki ölkə arasında atəşkəs rejimi mövcud ola bilər. Lakin bu şəraitdə belə, hər iki dövlət qarşılıqlı nifrətlərini bir-birinə ifadə etməkdə davam edəcək”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib. Onun sözlərinə görə, İsrail İranın atom silahına malikolma ehtimalını öz mövcudluğu üçün təhlükə hesab edir: “İran isə dəfələrlə bəyan edib ki, İsraili yer üzündən siləcək. Bu…

Daha çox

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf proqramı uğurla başa çatıb. SİA xəbər verir ki, proqram iştirakçıları məhsulun ideyanın yaranmasından — ilkin tədqiqat və ehtiyacların müəyyənləşdirilməsi mərhələsindən başlayaraq istifadəyə verilməsi və sonrakı post-analiz mərhələsinə qədər olan bütün inkişaf dövrünü əhatəli şəkildə öyrənmək imkanı əldə ediblər. Proqrama 493 nəfər müraciət edib və onlardan yalnız 33 nəfər seçim mərhələlərini uğurla keçərək layihədə iştirak hüququ qazanıb. Dörd ay davam edən proqramda iştirakçılar 5 modul üzrə intensiv təlimlərə cəlb olunublar. Təlimlər…

Daha çox