Sabahdan rayonlara leysan yağacaq

Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftə sonunadək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Əsasən dağlıq və dağətəyi rayonlarda yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından sel keçəcəyi ehtimalı var.

Daha çox

Yay mövsümündə insanlar ən çox hansı qidalara üstünlük verməlidir?

“Yay aylarında isti hava şəraiti ilə əlaqədar orqanizmimizdə bir sıra fizioloji dəyişikliklər baş verir. Tərləmə artdığı üçün su və mineral itkisinin çoxalmasına gətirib çıxarır. Bu səbəbdən yay mövsümündə həm sağlam qalmaq, həm də orqanizmin enerji balansını qorumaq üçün qidalanmağımıza diqqət yetirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib. Onun sözlərinə görə, ilk olaraq su balansını qorumaq çox vacibdir. Tərləmə yolu ilə çoxlu miqdarda su itiririk. Bu səbəbdən gündəlik ən azı hər kq çəkiyə 0.3 ml su içmək tövsiyə olunur. Su ilə yanaşı təbii meyvə suları, ayran, mineral…

Daha çox

“Günəşdən alınan enerjilər yay aylarında daha səmərəli olur”

“Qızmar yay günlərində Günəşdən iki əsas enerji növü – istilik enerjisi və elektrik enerjisi əldə edilir. Günəşdən alınan istilik enerjisi əsasən məişətdə, xüsusilə suyun qızdırılması və qızdırıcı sistemlərdə istifadə olunur. Eyni zamanda bu enerji növü otellər, restoranlar və digər kommersiya obyektlərinin isitmə sistemlərində də tətbiq oluna bilər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Texniki Universitetinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri Ramiz Kəlbiyev deyib. Onun sözlərinə görə, elektrik enerjisi isə günəş panelləri (fotovoltaik sistemlər) vasitəsilə əldə edilir: “Günəşdən alınan elektrik enerjisi iki formada istifadə edilə bilər: şəbəkəyə qoşulu sistemlər…

Daha çox

Parlamentlərarası Forumun iştirakçıları Xivə şəhərində tarixi-mədəni abidələrlə tanış olublar

Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun iştirakçıları Özbəkistanın Xivə şəhərində yerləşən tarixi-mədəni abidələrlə tanış olublar. SİA xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, parlamentin sədri Sahibə Qafarova, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və nümayəndə heyətlərinin üzvləri əvvəlcə Arda Xivə kompleksinə gəliblər. Burada qonaqlara məlumat verilib ki, 25 hektar ərazidə tikilmiş kompleks yaşıllıqların salındığı Govuk gölünün sahilində yerləşir. Qonaqlar, həmçinin “Nurullaboy” saray kompleksi ilə də tanış olublar. Bildirilib ki, Xivə xanı II Məhəmməd-Rəhimbayanın əmri ilə 1906-1912-ci illərdə tikilmiş kompleks dörd hissədən ibarətdir, buraya ümumilikdə 100-dən…

Daha çox

İşəgötürənlərlə növbəti görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş təşkil olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, yaxın vaxtlarda həmin Sənaye Parkında fəaliyyətə başlayacaq işəgötürənlərin də iştirak etdiyi görüşdə işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işlərdən bəhs olunub. Bu mövzuda təqdimat edilib, icra olunan məşğulluq proqramları barədə məlumat verilib. İşəgötürənlərin kadr ehtiyaclarının qarşılanması, peşə hazırlığı və əmək yarmarkalarının təşkili, birgə maliyyələşmə proqramı…

Daha çox

Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimi keçirilib

İyulun 1-də Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimi keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, iki ölkənin qanunverici orqanları rəhbərlərinin və deputatlarının iştirak etdikləri tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova forumun iki ölkənin parlamentləri üçün çox əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu tədbir Azərbaycan Milli Məclisinin hər hansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur. Bu fakt parlamentlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir. Xalqlarımız və…

Daha çox

Enerji strategiyamızın banisi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünyanın ən nüfuzlu dövlət xadimlərindən, ən böyük siyasi şəxsiyyətlərindən biri olub, müstəqil dövlətçiliyimizin qurucusu və memarıdır. Çoxəsrlik tarixi ənənələr əsasında müasir Azərbaycan dövlətinin ideoloji-siyasi inkişaf doktrinasının yaradılması və gerçəkləşdirilməsi Ümummilli Liderin adı ilə sıx bağlıdır. Azərbaycan tarixinin Heydər Əliyev epoxası milli intibah və tərəqqi dövrü kimi xarakterizə olunur. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan dövlət müstəqilliyini yeni bərpa etməsinə baxmayaraq, ötən müddətdə düzgün iqtisadi siyasət nəticəsində dünyaya tamamilə effektiv bir iqtisadi model təklif etmişdir. Ölkəmizin zəngin təbii sərvətlərindən, qədim neft diyarı kimi…

Daha çox

Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi Senatı arasında sənədlər imzalanıb

Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı” (“Yol xəritəsi”) imzalanıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, imzalanma mərasimi Özbəkistanın Xivə şəhərində keçirilən Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu çərçivəsində baş tutub. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar. Qeyd olunub ki, bu sənəd iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin həyata keçiriləcək praktiki tədbirlər sayəsində daha da genişləndirilməsinə xidmət edir. Mərasimdə tərəflər, həmçinin Azərbaycan Milli Məclisi…

Daha çox

Azərbaycan və Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

İqtisadiyyat Nazirliyində keçirilmiş tədbirdə Özbəkistanla sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat verib. Azərbaycanda səfərdə olan Özbəkistan biznes nümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb. Bununla əlaqədar İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə “Mətanət A” və “TuranAz” şirkətləri arasında əməkdaşlığa dair sənədlər…

Daha çox

“Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı münasibətdə ciddi narazılıq yaranıb”

“Son zamanlar Rusiya Federasiyasında baş verən hadisələr – xüsusilə də azərbaycanlılara və digər xalqlara qarşı həyata keçirilən diskriminativ, qeyri-etik və zorakılıq xarakterli davranışlar beynəlxalq ictimaiyyətdə və xüsusilə də Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurur. Bu kimi hallar insan hüquqlarının pozulması ilə yanaşı, həm də multikultural dəyərlərə, beynəlmiləl münasibətlərə və dövlətlərarası əməkdaşlıq prinsiplərinə ciddi zərbə vurur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Rusiya çoxmillətli bir dövlət kimi müxtəlif etnoslara mənsub milyonlarla insanı bir arada yaşadan bir ölkədir. Lakin son dövrlərdə, xüsusilə də miqrantlara və Orta Asiya ölkələrindən…

Daha çox