İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumunda iştirak edən nümayəndə heyəti Ağdam şəhərinə yollanıb. SİA xəbər verir ki, 7 ölkədən 100-dən artıq nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olub. Ekskursiya çərçivəsində qonaqlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi və tarixi Ağdam Cümə Məscidini ziyarət ediblər. Nümayəndələr şəhərin keçmişi və yenidən qurulan gələcəyi barədə ətraflı məlumat əldə ediblər. Səfərin sonunda iştirakçılar üçün ziyafət və Azərbaycan mədəniyyətini əks etdirən mədəni-əyləncəli proqram təşkil olunub. Qeyd edək ki, İƏT Həftəsi çərçivəsində…
Daha çoxDay: July 1, 2025
“Azəriqaz”ın rəhbəri Şabranda vətəndaşları qəbul edəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Şabran rayonunda vətəndaşları qəbul edəcək. SİA “Azəriqaz”a istinadən xəbər verir ki, vətəndaş qəbulu iyulun 3-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Görüş zamanı Şabran və Xaçmaz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. İstehsal Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Xaçmaz Regional qaz istismarı İdarəsinə (tel: 050-845-95-60; 050-845-95-61) müraciət edə bilərlər.
Daha çoxFaktiki hava açıqlanıb
Azərbaycanda iyulun 1-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 12, Şahdağda 7, Qusarda (Laza) 6, Göygöldə 3, Naftalan, Qrız, Daşkəsəndə 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, İsmayıllı, Oğuz, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Şahbuzda 1 mm-dir. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Şahdağ və Mingəçevirdə 20, Culfada 18, Naftalanda…
Daha çoxAzərbaycan neftinin qiyməti 72 dollara düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,84 ABŞ dolları, yaxud 1,15 % azalaraq 72,01 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 68,16 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,83 ABŞ dolları və ya 0,16 % azalaraq 70,70 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin…
Daha çoxBMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı İspaniyada öz işinə başlayıb
BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə 4-cü Qlobal Konfransı (FFD4) iyulun 1-də İspaniyanın Sevilya şəhərində öz işinə başlayıb. SİA xəbər verir ki, hər 10 ildən bir keçirilən və 164 dövlətin və 49 beynəlxalq təşkilatın iştirak etdiyi konfransda Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizi Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini, İspaniya Krallığındakı səfir, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, Nazirlər Kabineti, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin məsul vəzifəli şəxsləri daxildir.…
Daha çoxƏmtəə bazarlarında qızıl 3 300 dollardan yuxarı səviyyədə ticarət olunur
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,92% dolları artaraq 3 338,1 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti də 0,69% artaraq 36,42 ABŞ dolları olub.
Daha çoxTramp Suriyaya qarşı sanksiyaları ləğv etdi
ABŞ prezidenti Donald Tramp “ölkənin sabitlik və sülhə gedən yolunu dəstəkləmək üçün” Suriyaya qarşı sanksiyaları ləğv edən mühüm sərəncam imzalayıb. SİA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Sərəncam keçmiş prezident Bəşər Əsədə, onun tərəfdaşlarına, “insan haqlarını pozanlara, narkotik tacirlərinə, kimyəvi silahlarla əlaqəli şəxslərə, İŞİD və ya onun törəmələrinə və İranın etibarlı nümayəndələrinə” qarşı sanksiyaların qüvvədə qalması ilə yanaşı, Suriyaya qarşı sanksiyaları ləğv edir. Sərəncam dövlət katibinə “Həyat Təhrir əş-Şam”ın (HTŞ) Xarici Terror Təşkilatı kimi tanınmasına yenidən baxmağı tapşırır. Sərəncam dövlət katibinə HTŞ və Əhməd əl-Şaraanın Xüsusi Təyin…
Daha çoxNəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Bu gün Bakı şəhərinin Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. SİA bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, Nəsimi rayonu, İ.Qasımov küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə iyulun 1-nə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq. Qaz təchizatı dayandırılan müddətdə İ.Qasımov və S.Rüstəm küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Daha çoxAzərbaycanda avronun məzənnəsi 2 manatı ötüb
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. SİA xəbər verir ki, 2025-ci il iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Rusiyanın 100 rublu 2,1707 manatadək, Türkiyə lirəsi 0,0427 manatadək, Avro isə 2,0035 manata kimi bahalaşıb.
Daha çoxTürkiyə NATO sammitinə ev sahibliyi edəcək
Türkiyə 2026-cı ildə paytaxt Ankarada keçiriləcək NATO sammitində çox mühüm qərarlar qəbul etmək üçün zəmin hazırlayacaq. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Nazirlər Kabinetinin iclasının yekunlarına dair çıxışında deyib. O qeyd edib ki, “bölgədə baş verən son hadisələr ölkə hakimiyyətinin Türkiyədə terrorun kökünün kəsilməsinə yönəlik başlatdığı prosesin nə qədər düzgün və strateji addım olduğunu təsdiqlədi”. Ərdoğan əlavə edib ki, “Türkiyə öz milli təhlükəsizliyinə qarşı istənilən təcavüzkar hərəkətə qəti cavab verməyə hazırdır”.
Daha çox