Türkiyə 2026-cı ildə paytaxt Ankarada keçiriləcək NATO sammitində çox mühüm qərarlar qəbul etmək üçün zəmin hazırlayacaq. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Nazirlər Kabinetinin iclasının yekunlarına dair çıxışında deyib. O qeyd edib ki, “bölgədə baş verən son hadisələr ölkə hakimiyyətinin Türkiyədə terrorun kökünün kəsilməsinə yönəlik başlatdığı prosesin nə qədər düzgün və strateji addım olduğunu təsdiqlədi”. Ərdoğan əlavə edib ki, “Türkiyə öz milli təhlükəsizliyinə qarşı istənilən təcavüzkar hərəkətə qəti cavab verməyə hazırdır”.
Daha çoxDay: July 1, 2025
Hərbi xidmətə çağırış BAŞLADI
Bu gündən Azərbaycan vətəndaşlarının hərbi xidmətə növbəti çağırışı başlayıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev mayın 19-da Azərbaycan vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2007-ci ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1995–2006-cı illərdə doğulan, yaşı 30-dək olan, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən…
Daha çoxRusiyada dörd hava limanı qapadıldı
Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb. SİA xəbər verir ki, bu barədə “Rosaviasiya”nın məlumatında bildirilib. Nijnekamsk, Saratov, Ulyanovsk və Kazan hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir. Bu tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.
Daha çoxBu gündən xüsusi karantin rejiminin müddəti uzadıldı
Bu gündən etibarən Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəl rejim 1 iyul saat 06:00-dək qüvvədə idi.
Daha çoxHindistanda kimyəvi zavodda baş verən partlayışda ölənlərin sayı 34 nəfərə çatıb
Hindistanın cənubundakı Telanqana ştatında “Sigachi Industries” kimyəvi zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə ANI agentliyi polisə istinadla məlumat yayıb. Daha əvvəl 10 nəfərin öldüyü bildirilirdi. Məlumata görə, onlarla yaralı xəstəxanaya yerləşdirilib. Ştat hökuməti hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verib. Qeyd edək ki, ötən gün zavodunda partlayış baş verib. Bu, sənaye binasının dağılmasına və böyük yanğına səbəb olub.
Daha çoxBakının bəzi yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 8. Afiyəddin Cəlilov küçəsi, Yusif…
Daha çoxİstanbulda dini dəyərləri təhqir edən jurnalla bağlı istintaq başladılıb
İstanbulda dərc edilən bir satirik jurnalın bugünkü sayında Həzrət Məhəmməd Peyğəmbərə (s) qarşı karikatura dərc olunub. Bununla bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “dini dəyərləri açıq şəkildə alçaldılması” maddəsi üzrə istintaq başladılıb. SİA xəbər verir ki, istintaq çərçivəsində adıgedən jurnalın imtiyaz sahibi və baş redaktoru, yazı işləri müdiri, müəssisə müdiri, qrafik dizaynerlər və karikaturanı çəkən şəxs də daxil olmaqla 6 şübhəlinin saxlanılmasına qərar verilib. Hadisə ilə bağlı açıqlama verən ədliyyə naziri Yılmaz Tunç bu kimi halların Türkiyənin Cinayət Məcəlləsi üzrə cinayət hesab edildiyini deyib. Nazir istər sosial media hesabları vasitəsilə,…
Daha çoxBu gündən sosial müavinətlər və təqaüdlər artırıldı
Bu gündən Azərbaycanda sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyevin 12 iyun 2025-ci il tarixdə imzaladığı “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Fərmanına əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib: – orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş…
Daha çox“Netflix” NASA ilə əməkdaşlığa başladı
“Netflix” raket buraxılışlarını və astronavtların kosmosda gəzintilərini yayımlamağa başlayacaq. SİA xəbər verir ki, yayım şirkəti ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilə əməkdaşlığa başlayıb. Bu barədə “Netflix”in “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib: “Netflix kosmosu daha da yaxınlaşdırmaq üçün NASA ilə əməkdaşlıq edir”. Şirkət aydınlaşdırıb ki, 2025-ci ilin yayından başlayaraq onlar Beynəlxalq Kosmik Stansiyadan raket buraxılışlarını, astronavtların kosmosda gəzintilərini, missiya hesabatlarını və Yerin nəfəs kəsən mənzərələrini canlı yayımlayacaqlar. Xatırladaq ki, iyunun 12-də “Bloomberg” agentliyi ABŞ prezidenti Donald Trampın NASA-nın onlarla proqramından və elmi missiyalarından qurtulmağı planlaşdırdığını bildirib. Nəşrin müəlliflərinin…
Daha çoxBVF Ukraynaya 500 milyon dollar məbləğində əlavə kredit ayırıb
Ukrayna iqtisadiyyatında islahatlar və makroiqtisadi sabitlik istiqamətində atdığı addımlarla beynəlxalq maliyyə institutlarının etimadını qazanmaqda davam edir. Beynəlxalq Valyuta Fondu (IMF) daxili qiymətləndirmə prosesi nəticəsində Ukraynaya 500 milyon ABŞ dolları məbləğində əlavə kredit ayırdığını açıqlayıb. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu məbləğlə birlikdə IMF-in Ukraynaya dəstəyi çərçivəsində ümumi kredit həcmi 10,6 milyard dollara çatır. Yeni vəsaitin Ukrayna dövlət büdcəsinə birbaşa dəstək olaraq istifadə ediləcəyi bildirilir. IMF-in məlumatında qeyd olunub ki, 2025-ci il üzrə Ukraynanın iqtisadi artım proqnozu əvvəlki kimi 2-3 faiz səviyyəsində saxlanılır. Bu, əsasən qaz hasilatının azalması və…
Daha çox