Daily Express: Rusiya iqtisadiyyatında xaos…





Putin ümidsiz şəkildə inflyasiyanı azaltmağa çalışır…



…Putin Rusiya Mərkəzi Bankının məyusedici proqnozuna baxmayaraq, 2025-ci ildə ölkədə inflyasiyanı 7 faizə endirəcəyinə ümid edir.

O, bunu iyunun 20-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclası zamanı bəyan edib.

SİA-nın məlumatına görə, bunu Daily Express yazır.

…Mərkəzi Bank və hökumət lazımi səyləri açıqladı, – Putin qeyd edib.

…İnterfaks”ın məlumatına görə, illik inflyasiya iyunun 16-na 9,6 faiz təşkil edib. Buna baxmayaraq, tənzimləyicinin rəsmi hədəfi 4 faiz olaraq qalır.

Rusiya Bankı bu siyasəti onunla izah edir ki, 4 faizdən yuxarı inflyasiya artıq vətəndaşlar və biznes üçün nəzərə çarpır və daha yüksək səviyyələr qiymətlərin qeyri-sabitliyinə səbəb olur. Lakin bu, digər hökumət rəsmilərinin tənqidinə səbəb olub.

…Mənə elə gəlir ki, “4 faiz və ya Türkiyədəki kimi” qütbləri arasında müzakirə üçün yer var. Mən 4 faizə inamla yanaşı, heç olmasa bir damla iqtisadiyyat sevgisinin olmasının tərəfdarıyam.

İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov bildirib bunu.

Tənqidi VTB-nin baş direktoru Andrey Kostin isə “40 faiz inflyasiya pisdir, amma 10 faiz daxilindədirsə, məncə, bu, sadəcə olaraq gözəldir”-detyə bildirib.

Beləliklə, Rusiya iqtisadi blokunda sərt antiinflyasiya siyasətinin tərəfdarları ilə diqqəti iqtisadi artıma yönəltməyə çağıranlar arasında gərginlik artır.

Əli Babayev

Əlaqəli Xəbərlər